1. Psixi xəstəliklər
İntiharların bir çoxu psixi xəstəliklərdən qaynaqlanır. Baxmayaraq ki, müxtəlif növ müalicə üsulları var, Lakin onlar mükəmməldən uzaqdır.
Anxiety (təşviş halı): Ümumi təşviş halı, sosial fobiya, panik atak yaxud obsessiv-kompulsiv pozuntu insanı özündən çıxarır. Bəzən təşviş halı elə həddə çatır ki, dostluq münasibətlərini davam etdirmək, məktəbi bitirmək yaxud işdə qalmaqda dəhşətli dərəcədə çətinlik yaranır. Yanlızlıq kombinasiyası və qorxu insanı intihara sövq edir.
Bipolar disorder; Bu pisixi xəstəlik kəskin əhval dəyişikliyi, şiddətli depresiya, maniya halları ilə xarekterizə olunur. Kəskin əhval dəyişikliyi, münasibətlərdə və həyatda balans yaratmaqda xəstələrə çətinlik yaradır. Əlavə olaraq depresiya fərdi intihara sövq edir.
Depresiya: İntiharların səbəbləri içərisində ən əsas yeri depresiya tutur. İnsanlar çox vaxt intihara aparan depresiya simptomlarını müalicə etmirlər. Xroniki depresiyası olan şəxslər heç nədən zövq ala bilmirlər, həyatda xoşbəxt ola bilmirlər. 90 faiz insan depresiyanı müalicə etmədikləri üçün intihar edirlər.
Şizofreniya; Bu psixi xəstəlik yüksək dərəcədə depresiya simptomlarından, halusinasiyalardan ibarət olur. Bu psixi xəstəlik həyati funksiyaları yerinə yetirməkdə çətinlik yaradır. 20-40 faiz insan şizofreniyaya görə intihar edir.
2. Travmatik təcrübələr
Hər hansı travmatik təcrübə, şəxsdə günahkarlıq, utanmaq və yardıma möhtaclıq hisləri yaradır. Əgər şəxsin fiziki istismara, cinsi istismara yaxud müharibəyə aid travması varsa, demək şəxsdə travma sonra stress pozuntusu (post-traumatic stress disorder) var. Bu pozuntu travmatik təcrübə ilə bağlı hisləri özündə assosiasiya edir. Bu da xəstəni intihara sövq edir.
PTSD: Travma sonrası stress pozuntusu olan bir çox insan hər hansı hücum, basqın kimi travmatik təcrübələrlə üz-üzə qaldıqdan sonra bu pozuntu yaranır. Bu xəstəlik travmatik hadisənin dayanmadan beyində təkrar olunması və yaddaşda qalması ilə xarekterizə olunur. Bu pozuntusu olan insanlar tez-tez gərgin olurlar, bəzən təşviş və qorxu həyatlarını normal idarə etmələrinə mane olur. Köməksiz vəziyyətdə olduqlarını hiss edən insanlar, zamanla intihara əl atırlar.
Fiziki istismar: Fiziki istismarın qurbanı olan insanların inkişafı və gələcəkdə qurduqlarını münasibətlər zədəli ola bilər. Onlar illərlə daxillərində günahkarlıq və utancaqlıq hissini daşıyırlar. Bəzən istismar olunan şəxs istismar olunduğunun fərqində olmur. İstismara məruz qalmış şəxs intiharı yeganə çıxış yolu kimi görür.
Cinsi istismar: Cinsi istismar olunan şəxsdə depresiv və intihar duyğuları baş qaldıra bilir. Cinsi istismar əhəmiyyətli psixi travma yaradır. Günahkar cəzalandırılmayanda və qurban susmağa məcbur olanda, bu travma şəxsdə güclü intihar hisləri yaradır.
Müharibə: Müharibə görən şəxslər ölümü görmüş olurlar, dəhşətli yaralarla qarşılaşırlar və dəhşətli qorxu ilə üz-üzə qalırlar. Bu gərgin təşviş və paranoniya sağ qalmış əsgərlərdə özünü daha çox göstərir. Onlar digərlərinin ölümünü və yaralanmasını görürlər, bu onlarda travma yaradır. Müharibə görmüş insanların sağalmayan psixikaları, onları fiziki xəstəliklərə tutulmalarına səbəb olur. Veteranlara edilən saxta dəstək və onların psixologiyasını başa düşməmək bəzən intiharla nəticələnə bilir.
3. Zorakılıq
Bir çox insan böyüyərkən yaxud məktəb dövründə zorakılığa məruz qalmışdır - bu həyatın qaçınılmaz hissəsidir. Zorakılıq dərin izlər buraxır. Zorakılığa məruz qalan bir çox insan sonda depresiv olurlar və vəziyyəti dəyişmək onlara çətin görünür.
Qurbanların çox olmağına baxmayaraq zorakılıq halları çox vaxt ortaya çıxarılmır və onlar bundan qaçmağın yolun intiharda görürlər. Bəzi uşaqlarda zorakılıq müşahidə olunur. Uşaqlar zəif və müdafiəsiz olduqları üçün daha çox zorakılığa məruz qalırlar.
Əlavə olaraq, günümüzdə insanlar "kiber zorakılığa" məruz qalır, onlayn qurbana çevrilirlər. Bu sosial şəbəkələrdə, saytlarda, müxtəlif bloqlarda baş verir və insanlar utandırılır. Bu hallarda intiharla nəticələnə bilir.
4. Şəxsiyyət pozuntuları
Şəxsiyyət pozuntuları psixi xəstəliklərlə sıx bağlıdır, lakin bir çox əlamətlər cəmiyyət içində müəyyən funksiyaları yerinə yetirməkdə çətinlik yaradır.
Şəxsiyyət pozuntusu olan insanlar münasibət qurmaqda, işdə qalmaqda və həyatda mübarizə aparmaqda çətinlik çəkirlər. Məsələn: Asılı şəxsiyyət pozuntusu olan şəxs təhqir olunduğu münasibətdə tərk edilməkdən qorxa bilər. Bu cür "asılılığı" olan şəxs bu vəziyyətdən qaçış yolunu intiharda görə bilər.
Çəkingən şəxsiyyət pozuntusu olan fərdlər sosial əlaqə qurmaqdan çəkinirlər, çünki rədd edilməkdən qorxurlar. Bu təcrid olunma hissinin formalaşısına gətirib çıxarır və fərd düşünür ki, heç vaxt dostları olmayacaq. Sahib olduqları şəxsiyyətə görə qaçacaq yer tapmayanda, intihara əl ata bilirlər.
Şəxsiyyət pozuntusu olan insanlarda intihar riski yüksəkdir. Şəxsiyyət pozuntuları arasında ən böyük riski Boderline şəxsiyyət pozuntusu daşıyır. Bu pozuntu qeyri-iradi davranışlarla, çətin idarə olunan emosiyalarla və münasibətlərdə qeyri-sabitliklərlə xarekterizə olunur.
5. Narkomaniya
Narkotik maddələrdən və alkoqoldan asılılığı olan insanlar adətən depresiv olurlar. Bir çox insan depresiyanın yaratdığı ağrıdan və ümidsizlikdən qaçmaq üçün narkotik maddələrə sığınır. Alkoqoldan və narkotik maddələrdən asılı olmaq qısa müddətlik rahatlıq yarada bilir, amma bir müddər sonra dərmanların istifadəsi beynin funksiyalarını dəyişir.
Əgər sizin asılılığını varsa, depresiyanız dərinləşə bilir. Asılılıqla əlaqəli artan ümidsizlik, bəzi insanları intihara sövq edə bilər.
İngilis dilindən tərcümə: Aidə Ustaclı
XƏBƏR LENTİ
Ermənilər Los-Ancelesdə yerləşən türklərə məxsus restorana hücum ediblər - VİDEO
Ruh sağlamlığını qoruyaq
İmmunitet sistemini gücləndirən qidalar
Hollivud ulduzu: "Çox istərdim ki, Azərbaycana gəlim"
"Santa-Barbara"nın aktyorları 24 il sonra - FOTO
Ağdam həkimləri məcburi köşkünləri müayinə edir
"Məni tək burax" sviteri
Sevgililəri kimi görünməyi sevən Bred Pitt
Bakıda partlayıcı oyuncaqlar
Şəhid gizir Yaşar Babayevin yeni doğulan qızı - VİDEO
Məşhur aktrisa jurnalistləri hədələdi-SƏBƏB
Günün qoroskopu - 19.11.2013
Nazirlikdən avtomobillərlə bağlı açıqlama
Bina üzlükləri təcili sökülür
Dünyanın ən yaşlı insanının yaşam sirri
Diordan çanta kolleksiyası
Zara Bakıdadır!
Demet Akalının yeni mahnısı plagiat çıxdı - VİDEO
Koronavirusa görə Moskva metrosu işləməyəcək? - Mer açıqladı
Azərbaycan tarixindən yüz şəxsiyyət-89
Şagirdlərin qiymətləndirilməsi ilə bağlı yeni layihə hazırlandı - RƏSMİ
Hava haqqında
Şumaxer ailəsinin səsini eşidəndə ağlayır
Şəkər xəstəliyini əməliyyatla müalicə etmək olacaq
"Qarabağ" UEFA-ya rəsmən şikayət etdi
Real görünən rəsmlər
2018 qış sezonu trendi - qızılı sarı
Sabahın havası - XƏBƏRDARLIQ
Rusiya bayrağı tapdandı
Bakıda yeni qadağa
2013-cü ilin dəbli çimərlik çantaları
Tavada "Lahmacun" (video-resept)
Bunlar səhvən icad olunub
Putinə ağır zərbə vuruldu
Dünyanı heyrətləndirən fırldaqçı-FOTO
Ən balaca evlər
İti xilas etmək üçün avtomobilin şüşələrini qırdılar – VİDEO
Doğuşdan sonra depressiya
Məşhur müğənni ərə gedir-FOTO/VİDEO
BÜRCLƏR bizə nə vəd edir?-1 Yanvar
Azərbaycanda aprelin 4-dək qeyri-iş günü elan edildi
Orqanizmdə kalsium çatışmazlığını bildirən əlamətlər
Doğulan körpələrin çoxu oğlandır
“Haber Global” şəhid polkovnik Babək Səmidli haqqında süjet hazırladı - VİDEO
Bakı bulvarında bayram sürprizi
Meyvə-tərəvəz buketləri
DYP rayonlara getmək istəyənlərə müraciət etdi
56 yaşlı Səda Sayan FOTO paylaşdı
İxtiraçılar saqqızı diaqnostik testə çeviriblər
Regionlara gediş-gəliş test verməklə mümkün ola bilər? - AÇIQLAMA














