Orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər yayda keçirilən yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, yerdəyişmə müsabiqəsində yalnız daimi əsaslarla işləyən müəllimlər iştirak edə bilərlər.
Nazirlik rəsmisi bildirib ki, orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin müddətsiz əmək müqaviləsi ilə işləməsi üçün apreldə müsabiqə keçiriləcək. Bu müsabiqədə yalnız işlədiyi məktəbdə əmək müqaviləsinin daimiləşməsini istəyən müəllimlər iştirak edə bilərlər. Hazırda müddətli müqavilə ilə işləyən, lakin iş yerini dəyişərək başqa müəssisədə işləmək istəyən müəllimlər yalnız müsabiqədə iştirak edərək vakant yer üzrə yenidən işə qəbul oluna bilərlər.
E.Bağırov əlavə edib ki, bu il müddətli müqavilə ilə işləyən müəllimlərin müqavilələrinin daimiləşdirilməsi üçün apreldə keçiriləcək müsahibədən uğurla keçən namizədlər gələn tədris ilinin əvvəlindən daimi əsaslarla işə qəbul ediləcəklər. Buna görə də həmin müəllimlər bu il keçiriləcək yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər.
Nazirlik rəsmisinin sözlərinə görə, tədris ili ərzində müddətli əmək müqaviləsi ilə 3000-4000 müəllim işə qəbul edilir. Bu tədris ili üzrə isə 4000-dən çox müəllim müddətli müqavilə ilə işə qəbul edilib:
“Lakin onların hər biri vakant yerdə çalışmır. Müddətli əmək müqaviləsi ilə işləyənlərin bəziləri analıq məzuniyyətinə çıxmış və öz hesabına məzuniyyət götürən müəllimlərin əvəzinə işləyirlər. Ona görə də həmin müəllimlərin müqavilələrinin daimiləşdirilməsi nəzərdə tutulmur, çünki bu halda məzuniyyətinə çıxan şəxs işə çıxanda hazırda işləyən müəllimlə əmək müqaviləsinə xitam verilir”.
E.Bağırov bildirib ki, ötən il əmək müqavilələrinin daimiləşməsi üçün 2000-3000 müəllim müraciət etsə də, onların yalnız 500-ü müsabiqəni uğurla başa vurub. Lakin cari tədris ilində daha çox vakant yerin elan edildiyi və daha çox müəllimin müddətli müqavilə ilə işə qəbul olunduğu nəzərə alınarsa, bu il həmin sayın daha çox olacağı proqnozlaşdırılır
XƏBƏR LENTİ
Demet Özdemir ev təmizliyindən danışdı
Xalq artistinin ayağı amputasiya edildi
İçimizdə böyüyən şiş...
Məşhur cütlüyün Ayrılıq Səbəbi Məlum Oldu
İşinə yaxın olsun deyə, ABŞ-ın ƏN BAHALI evini aldı-FOTO
Qızdırması olan hər kəs test edilir - RƏSMİ AÇIQLAMA
Azərbaycanda hərbi qulluqçular üçün yeni binalar inşa edilir
Davudoğlu: "Cavabımız dəhşətli olacaq"
Depressiyadan xilas olma yolları
HAVA necə olacaq?- 28 Mart
Azərbaycanda narkomanların sayı artıb - Onların arasında 5 uşaq da var
“Aşkı memnu”nun “Firdevs”i: "Varlı olmaqdan bezdim"
Son krallıq toyu
Panteizm
Abort qadağasına məşhur modeldən ETİRAZ-FOTO
Məleykə Abbaszadə test imtahanlarının taleyindən danışdı
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin
Azərbaycanlı rəssam Merilin Monronun portretini elə yaratdı ki... - VİDEO - FOTO
Uşaqlar üçün: Habil və Qabil
Abituriyentlərin nəzərinə! İmtahandan əvvəl bu qidaları yeməyin
Güclü külək və yağış fəsadlar törətdi: Damlar uçdu, xətlər sıradan çıxdı - VİDEO
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində - FOTO
"Ə" hərfi ilə başlayan adların mənası
Ərdoğan: “Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək müsəlmanların yanındayıq” - VİDEO
Şokoladlı tort (foto resept)
HAVA necə olacaq?
Axmaq Lalita
Bayram yarmarkalarının ünvanları açıqlandı
Bu günün tarixi (04.01.2015)
Mətbəxdən 6 milyonluq rəsm əsəri tapıldı-FOTO
Apple Çində lider mövqedədir
Məşhur aparıcıdan ŞOK Açıqlama
"Qara dul" haqda film çəkildi-VİDEO\FOTO
Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ
Bu gün Bakıda bu yollar bağlı olacaq
53 min dollara başa gələn KOSTYUM
Sadə pide və ev üsulu toyuqlu "İsgəndər" dönəri (foto resept)
Yas qadağaları ilə bağlı açıqlama
Yeni doğulmuş körpələrə necə qulluq etməli (I hissə)
Deniz Çakır məşhur seriala qayıdır-VİDEO
Çin peyvəndi vurulan türkiyəli jurnalist koronavirusa yoluxdu
Yeni doğulan uşaqlara ən çox bu adlar qoyulur - SİYAHI
Niyə utanırsan ki?
Günün qoroskopu: bu gün illüziyalar, nəticəsiz ümidlərlə yadda qalacaq
Aston Martin-dən iki versiya
Qiyməli kabak dolması (foto-resept)
Kəlbəcərin Xudavəng monastrında ibadət etmək istəyən udilərin erməni keşişlərlə mübahisəsi yarandı - VİDEO
Amniotik maye
Fındıqlı gilas mürəbbəsi (foto resept)
İrem keçmiş yoldaşı ilə barışdı-FOTO















- ŞƏRHLƏR