"Dövlət İmtahan Mərkəzinin yaradılması ali məktəblərə qəbul olmağa hazırlaşan abituriyentlərə heç bir təsir göstərməyəcək. Onların işinə heç kim zərər vurmayacaq. Bu Mərkəzin yaradılması idarəetmədə olan bir dəyişiklikdir". ANS PRESS-in məlumatına görə, bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Hazırda sənəd qəbulunun aparıldığını xatırladan M.Abbaszadə qeyd edib ki, son dəyişikliklər bu prosesə təsir göstərməyəcək və sənəd qəbulu davam edəcək.Komissiya sədri qeyd edib ki, imtahanların mahiyyəti ilə bağlı heç bir dəyişiklik edilməyəcək: "İmtahanların keçirilməsi, onların mahiyyəti, abituriyentlərin imtahanlara hazırlıq prosesi ilə əlaqədar dəyişikliklər olmayacaq. İmtahanın mahiyyətinə aid olan dəyişikliklər abituriyentlərə bir il əvvəl elan edilir. Bu ilin qəbul qaydaları isə elan edilib, onlar artıq dəyişdirilə bilməz".
M.Abbaszadə hazırda TQDK-nın öz fəaliyyətini davam etdirdiyini deyib: "Bir sıra hüquqi prosedurlar yerinə yetiriləndən - yeni qurum dövlət reyestrinə daxil edildikdən sonra biz fəaliyyətimizi dayandıracağıq. Yeni struktur dövlət qeydiyyatına alınana qədər isə öz işimizi davam etdirməliyik. Buna görə də Prezidentin fərmanına əsasən, biz öz işimizi hələ davam etdiririk".M.Abbaszadə Dövlət İmtahan Mərkəzinin yaradılması ilə əlaqədar idarəetmədə olan dəyişikliklərin proseslərin daha da şəffaflaşmasına xidmət edəcəyini söyləyib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıbFərmanda qeyd olunur ki, Dövlət İmtahan Mərkəzi ölkədə dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır.
Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Konsert həvəskarlarının nəzərinə
Övladlığa götürülən uşaqlara görə müavinət veriləcək – LAYİHƏ
Qız kilidli, kameralı alt paltarı ixtira etdi-FOTO
Bu gün ev alan jurnalistlərin siyahısı açıqlanacaq
Maykl Ceksonun keçəl olub?
Murat Yıldırım yeni çıxan aktyorlardan danışdı
Qartopu şirniyyatı (foto-resept)
ABŞ Rusiyanı hədələdi: "Bu onlara baha-başa gələcək"
Qatıqla arıqlayın
Xəstəxananın üzərində helikopterlər üçün eniş meydançası olacaq
Quru dəri üçün pilinq
Qeyri-adi sırğalar
Salfetdən qızılgülün hazırlanması
Günün qoroskopu: Münasibətləri gərməyin
Sülh içində yaşamaq imkansızdır!
Kürülü qəlyanaltı (foto resept)
Ayda qeyri-adi obyekt aşkarlandı-FOTO
XXI əsrin "analoqu olmayan" məktəbləri Azərbaycanda
Dadlı əl işlərim
Bu qidaları soyuducuya qoymayın!
Sumağın faydaları
Azərbaycan dilində yeni klaviatura düzülüşü "Windows 8.1"-ə inteqrasiya edilib
Hollivud ulduzu həbs olundu-SƏBƏB
İspanaq şorbası (foto resept)
Zabitimiz döyüş günlərində ona məktub yazmış balaca qızla görüşdü - VİDEO
2019 Yaz Trendləri
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları üstələdi: İki nəfər vəfat etdi
Maska taxmağın üz iflicinə təsiri açıqlanıb
Nostradamus Koronavirus Haqqında nələr deyib?
Koronavirusun ağciyərlərə vurduğu zərəri belə bərpa etmək olar - Mütəxəssisdən VACİB TÖVSİYƏ
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Qışda kilo almamaq üçün bunları edin!
Sağalmaz dərdin dərmanı tapıldı
Sabahın HAVAsı
HAVA necə olacaq? 13-yanvar
Borcluları gözləyən cəza - problemdən çıxış yolları
Gümüşü necə parlaq saxlayaq?
Zəngilan rayonunun görüntüləri - VİDEO
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
"Kurtlar Vadisi" ekranlara qayıdır
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Biləsuvarda şəhid gizir dəfn edilib
P vitaminin faydaları
Həcc ziyarətinin qiyməti bəlli oldu
Korsetlər
Məşhur aktyorun davranışı haqqında araşdırma başladı-SƏBƏB
Gənc milyarder xanımı hədiyyə yağışına tutdular - FOTO
Yağlı qida sevənlərə xoş xəbər
Koronanın yayıldığı Çində ilk – 105 yoluxma, ölüm isə...
Gülben Ergen sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO














