Ümumdünya Səhiyyə Təşkilatı Hepatit C xəstəliyi üçün ilk dəfə olaraq müalicə qaydaları tətbiq edib. Qara ciyər xəstəliyi olan Hepatit C səbəbi ilə hər il 350 minlə 500 min arasında insan dünyasını dəyişir.
Təşkilat dünya boyu 130-la 150 milyon insanın bu xroniki infeksiyaya yoluxduğunu bildirir. Xəstəliyin ən çox qeydə alındığı bölgələr Mərkəzi və Şərqi Asiya, habelə Şimali Afrikadır.
Hepatit C virusu, əsasən, qanla yayılır. Buna işlənmiş iynələr və şprintslər yol açır.
Bu virusun daşıyıcılarının əksəriyyəti ya serroz, ya da qara ciyər xərçənginin qurbanı olur.
Milli.Az "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni müalicə qaydalarının effektiv və yeni dərman preparatlarının daha təhlükəsiz olduğunu bildirir.
Təşkilatın Qlobal Hepatit proqramının direktoru Stefan Viktorun dediyinə görə, indi bu xəstəliyin müalicəsi mümkündür. “Son zamanlara qədər xəstəliyin müalicəsi üçün 48 həftə İnterferon preparatının qəbulu məsləhət görülürdü. Bu, olduqca zəhərli dərman olduğu üçün insanlar onu qəbul etməkdən imtina edirdi. İndi isə yeni mülicə metodları və 12 həftəlik dərman kursları var. Müalicələrin bəziləri inyeksiyasız aparılır. Nəticələr isə xəstələrin 90 faizinin sağaldığını göstərir.”
Lakin bədbəxtlikdən insanların əksəriyyəti müalicədən məhrumdur. Bunun səbəblərindən biri xəstəlikdən xəbərsizlikdir. Daha bir səbəb müalicə imkanlarının məhdud olmasındadır.
Lakin doktor Viktorun dediyinə görə, ən mühüm problem xəstəliyin simptomlarının bilinməməsidir. İnsanlar xəstəlik riskini hiss etmir. Qara ciyərə ciddi zərər dəydikdə xəstəliyin olduğu üzə çıxır.
Daha bir problem müalicənin bahalığındadır. 12 həftəlik müalicə 84 min dollar tələb edir.
Yeni qaydalara Hepatit C virusunun müəyyən edilməsi üçün təhlillər aparılması daxildir. Bundan əlavə daha təhlükəsiz prosedurlarla xəstəliyin yayılmasının qarşısının alınması yolları da qaydalara salınıb.
Ümumdünya Səhiyyə Təşkilatı müalicə qiymətinin yaxın zamanda düşəcəyindən əminliyini bildirir.
Təşkilatın rəsmiləri deyir ki, HİV/QİÇS xəstəliyi yeni aşkar ediləndə onun müalicəsi 10 min dollar təşkil edirdi. Lakin eyni dərmanlar və eyni müalicənin dəyəri bu gün 100 dollar təşkil edir.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
"Facebook"dan bəd xəbər
Sevgilisi olmayan qızlara müjdə
Azərbaycan Ordusunda qadınlar xidmət edəcəklər?
Yeməli ayaqqabılar
2045-ci ildə bəşəriyyəti nə gözləyir?
Unikal əməliyyat: qoz ağacının xilası
Rusiya COVID-19 peyvəndini ilk bu ölkəyə ixrac edə bilər
Üçəmlərə Rəcəb, Tayyib və Ərdoğan adını verdilər
Siqareti atdıqdan sonra izləməli olduğunuz yollar
2014-cü ilin babet modelləri
Bu rayonlarımızda qızları ərə yox, elmə verirlər
Azərbaycanda daha 273 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Demet Akalın Bakıda toyda-FOTO
Poçtalyon insanları əyləndirməyin maraqlı üsulunu tapıb
Fitness performansınızı artıracaq 4 qayda
Ermənistan ordusu bir neçə istiqamətdə atəşkəsi pozub
Rusiyalı məşhurlar Heydər Əliyev Sarayında
Portağallı çörək (foto resept)
Yeni trend: Afrika hörüyü
Uşağa oyuncaq seçərkən nəyə diqqət etmək lazımdır?
Bayram rabitəçilərimizin işini çətinləşdirdi
Hande Erçel arıqladı-FOTO
Sevdiyiniz şəxsin oxuduqları
Həyatı məhv edən qaydalar
ABŞ məyus oldu, Blatter yenidən FİFA prezidenti seçildi
Arıqladan üzüm yarpağı çayı
Bəzək əşyaları
Qoltuqaltı ləkələr üçün maskalar
Azərbaycanda həcc ziyarətinə sənəd qəbulu təxirə salındı
Nur Yerlitaş moda evini bağladı-SƏBƏB
Həyatımızın mənbəyi odur
Şəhriyarın məqbərəsi qəzalı vəziyyətdədir
“CÜMHURİYYƏT-100” – Hekayə Müsabiqəsi
Daryna Kossarın sənət əsərləri
"Ç" hərfi ilə başlayan adların mənası
Azərbaycanda hərbi zavodda partlayış
Bayramınız mübarək!
Göz təzyiqinin səbəbləri
HAVA necə olacaq?- 3 İyun
Bu gün hava necə olacaq?
Bakı susuz qalacaq
Cəhənnəm gözətçilərinin sayı niyə bu rəqəmdir?
Bir gündə 4 milyard qazandı-FOTO
Mikroblardan qorunaq
Fərqli krossovkalar dükanı
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Bakıda avtomobillərin evakuasiyası ilə bağlı YENİLİK
Evlərin dam örtüyü dəyişdiriləcək
Ermənilər qəsdən Şuşa meşələrini yandırır - RƏSMİ
Karantində olan Ronaldu belə görüntüləndi - VİDEO
- ŞƏRHLƏR