
Hörmətli istifadəçilər!
Həyatımızda müxtəlif xatirələrlə fərqli izlər qoymuş növbəti bir ili geridə qoyuruq. Bu gün ilin son günüdür!
Geridə qoyduğumuz bir ildə sizlərlə birlikdə bir çox uğurlara imza atdıq. Siralarımıza qatılanların sayı hər gün artmaqda davam etdi. Yaradıcı kollektivimizə yeni simalar qoşuldu. Azərbaycanın müxtəlif sahələrdə ən peşəkar, tanınmış qurumları ilə əməkdaşlıqlar haqqında müqavilələr imzalandı. Bütün qeyd olunanlar Azərbaycanın ilk milli qadın portalının gələcəyi düşünülərək atılan addımlar siyahısındakı səhifələrdən biri idi. Zaman keçdikcə bu əməkdaşlıqların nəticələrini hamılıqla izləyəcəyik. Layihənin ötən ildəki uğurları, statistik məlumatlar və bu kimi digər məqamları yaxın günlərdə qeyd edəcəyimiz, saytın “4 yaş” təbrikində ətraflı şəkildə qeyd edəcəyik.
Bu gün bizlərə ikiqat bayramdır! İlk növbədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və təbii ki, Yeni ilin gəlişi.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq dünya azərbaycanlıları, Sizlərin vətənimizdən kənarda qazandığınız bütün uğurları, bizlərin hər biri üçün böyük bir qürur mənbəyidir. Biz hər birimiz eyni vətənin, eyni torpağın, eyni millətin övladlarıyıq!
Bir çox hallarda bir-birimizi tanımadan, bilmədən uzaqlardan da olsa qarşı tərəfə köməklik etməyə, dəstək olmağa can atırıq. Həyəcan keçirir, uğursuzluğa düçar olduqda birlikdə üzülürük. Bu duyğular, Böyük Yaradanımızın insan övladına bəxş etdiyi ən saf, ən ülvi hisslərdir. Varlığımızın dəyərini heç nə ilə ölçməyə imkan verməyən, insan övladına xas olan məhz bu üstün insani keyfiyyətlərdir.
Nə qədər ki, bizlər birlikdəyik, nə qədər ki, bir-birimizə arxayıq – heç kim bizlərə qalib gələ bilməz! Həmrəylik sözü böyük bir məfhumdur. Biz bütün dünya azərbaycanlılarını sözün tam mənasında həmrəy olmağa çağırırıq!
Və təbii ki, eynilə bizim kimi dünyanın bir çox ölkələrində qeyd edilən Yeni ilin gəlişi...
Bu mövzuda çox danışmaq istəmirik. Bütün komandamızla tək hədəfimiz sizlərə faydalı olmaqdır. Ötən illərdə olduğu kimi, yeni ildə də bütün gələcək planlarımız, düşüncələrimiz, görüləcək işlər, yeni layihələr – hər biri məhz sizi düşünərək reallaşdırılır!
Əziz həmvətənlər!
Bizimlə əməkdaşlıq edən dəyərli dostlarımız, bizlərə istənilən mövzuda yorulmadan hər zaman dəstək olan bütün komanda üzvlərimiz və təbii ki, bu günlərə gəlməyimizdə əvəzsiz rolu olan SİZ – dəyərli istifadəçilərimiz!
Sizləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və eləcə də Yeni ilin gəlişi münasibəti ilə səmimi qəlbdən təbrik edirik! Sizlərə sağlam, firəvan, xoşbəxtlik dolu həyat arzulayırıq!
Bütün uğursuz günləri ötən ildə qoyaraq, yeni ildə yeni həyata bəyaz bir səhifə açmağınız diləyi ilə...
Allah sizləri arzularınıza çatdırsın! Bayramınız mübarək!
Bənzər xəbərlər...

Günün müəllifi

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR