
Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, uzunömürlülüyün öyrənilməsi məqsədilə son tədqiqatlar Lerik, Astara və Lənkəranda aparılıb.
Dünyada, o cümlədən Azərbaycanda uzunömürlü insanların əksəriyyəti qadınlar olsa da, həmin üç rayonda aparılmış tədqiqatların nəticələrinə görə, Lerik, Astara və Lənkəranda qadınlarla müqayisədə uzunömürlü kişilərin sayı çoxdur.
Tədqiqatın nəticəsinə görə, Lerikdə uzunömürlülüklə bağlı vəziyyət daha yaxşıdır. Orada uzunömürlülər sağlamlıq durumu, xüsusilə, beyinlərinin fəaliyyətinə görə üstündürlər.
Lerikdə aparılan tədqiqatların nəticələrinə görə, bu rayonda 20 uzunömürlü şəxsdən 12-si kişidir: "Qəbul edilmiş prinsipə görə qadınlar kişilərdən daha çox uzunömürlü olurlar. Başqa rayonlarda tədqiqat aparılanda uzunömürlülər arasında qadınların sayı daha çox olurdu. Ancaq cənub rayonlarında uzunömürlü kişilərin sayının artması həmin rayonlarda kişilərə göstərilən münasibət, mentalitetlə bağlıdır".
Uzunömürlülüyün fizioloji əsaslarının öyrənilməsi 3 model üzrə - eyni zonanın dağlıq, dağətəyi və aran əraziləri üzrə aparılır və bu zaman fərqli nəticələr əldə edilir.
Lənkəranın dağlıq ərazilərində yaşayan uzunömürlülərin sağlıq durumu ilə sahilyanı kəndlərdə yaşayan uzunömürlülərin sağlıq durumu arasında ciddi fərqlərin olduğu üzə çıxıb. Dağlıq ərazilərdə yaşayan uzunömürlülərə nisbətən ondan aşağı ərazidə yaşayanlar daha aktiv, sağlam olurlar. Onların xüsusilə görmə, eşitmə orqanlarında fərqlər olur. Lerikdəki uzunömürlülər yaxşı görür və eşidirlər, onların yaddaşları da çox möhkəmdir.
Tədqiqatlar zamanı çox uşaq dünyaya gətirən qadınların ömrünün uzun olması ilə bağlı səslənən fikirlər də müəyyən dərəcədə öz təsdiqini tapmayıb. Çünki az, hətta 1 uşağı olan qadının da uzunömürlü olduğu üzə çıxıb: "Adətən, belə qəbul olunub ki, qadınlar nə qədər çox uşaq dünyaya gətirirlərsə, bir o qədər çox uzunömürlü olurlar. Ancaq bu, səhv fikirdir. Çünki qadın hər dəfə uşaq dünyaya gətirdikcə orqanizmin potensialı tükənir. Cənub bölgəsində də çoxuşaqlılıq geniş yayılıb. Bu çoxuşaqlılıq, yəqin ki, qadınlar arasında uzunömürlülərin sayını azaldıb. Çoxuşaqlılığın özünün də qadınların uzun yaşamasına təsiri var. Ona görə də çənub bölgəsində uzunömürlülük kişilərdə daha çoxdur".
Akademiyadan bildirilib ki, uzunömürlülüklə bağlı Yardımlı, Masallı, Cəlilabadda və şimal rayonlarında yeni tədqiqatların aparılması nəzərdə tutulur. Ölkənin şimal-qərb hissəsində indiyədək aparılan tədqiqatlar zamanı məlum olub ki, İsmayıllı, Qəbələ, Qax, Zaqatala, Şəki rayonlarında çoxuşaqlılıq olmasa da, orada az sayda uşağı olan qadınlar arasında da uzunömürlü olanlar var. Həmin rayonlarda uzunömürlü qadınların 2-3 uşağı olub.
Ümumilikdə indiyədək aparılan tədqiqatların nəticələrinə əsasən, Böyük Qafqazda uzunömürlülərin sayı 100-ə çatmır, Talış dağlarında və Kişik Qafqazda isə yaşı 100-ü keçən uzunömürlülərin sayı çox olur.
Tədqiqat nəticəsində bu qənaətə gəlinib ki, uzunömürlülüyün şərtlərini bir qaydalar çərçivəsinə sığışdırmaq qeyri-mümkündür. Çünki hər bölgənin və coğrafi zonanın özünəməxsus uzunömürlülük xüsusiyyətləri var.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Ronaldodan yeni il ab-havalı AİLƏ FOTOsu
Zaqatalada 3-cü zəlzələ oldu - 4 bal - YENİLƏNİB
Flaşmob sevənlər üçün film
Milli xörəklərin kolorisi məlum oldu
İŞİD-ə od qoyan azərbaycanlı
Dünya rekordu qıran 12 yaşlı Efe
Göz laynerlərin fərqli nümunələri
Hind qadınlarının gözəllik sirləri
Uşaqlarına Keykül, Qirəndə kimi adlar qoymaq istədilər
100 dollarlıq kompüter təqdim olundu
Məşhur aparıcı nikaha cənazə maşınında gəldi-FOTO
Uşaqlarda yerini islatma
Yeni şəxsiyyət vəsiqəsi təqdim olundu - FOTO
Çində satıcısız mağazalar istifadəyə veriləcək
Rusiyanın "Metsamor" planları
İngilislərin "Brazuka" topu ilə bağlı maraqlı iddiası
Çində robot polislər xidmətə başladı
"Whatsapp"da möhtəşəm YENİLİK!
Gökhan "O səs Türkiyə"ni tərk etdi
Nikolas Keyc bu dəfə onunla görüntüləndi - FOTO
Yuxularımızı daha çox xatırlamaq üçün nə etməli?
Meksikada 5,7 bal gücündə zəlzələ baş verib
Naomi Kembell İMİCİNİ DƏYİŞDİ-FOTO
Bakıdan İrəvana təklif
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 84 yeni yoluxma - FOTO
Azərbaycanda bilik günüdür
"Donuz qripi" ilə bağlı əhaliyə müraciət edildi
Şarliz Teron oğlunun geyimlərindən danışdı-FOTO
Hande Erçel izləyicilərini sevindirdi-FOTO
Hava haqqında - 28.12.2013
Devalvasiya Formula 1-in büdcəsinə təsir etmir
Sobada tərəvəzli salat (foto resept)
Aydın-Qərb, Qaranlıq-Şərq?
Gözəllik dərmanı: Kakao
Azərbaycanda dolların məzənnəsi düşə bilər
Onlar lobbiçiliyə pulu sel kimi ayırır
Beyin haqqında miflər(2)
Tolqa Karel OD PÜSKÜRDÜ-SƏBƏB
Oktyabrda hava necə olacaq?
Günün qoroskopu: dərhal uğura nail olmasanız da
Saqqız arıqlamağa da kömək edir.
Bakı məktəblərində çalışan müəllimlərin 96 faizi sınaq qiymətləndirilmədə iştirak edib
Robert Pattison
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Günün qoroskopu: bu gün xeyli gözəl hadisə vəd edir
Magistraturaya qəbul olanların diqqətinə
Mahir sinoptiklər
Məşhur cütlük çimərlikdə-FOTO
Küçələrdə ət satışı ləğv olunur
Düz qarın üçün 5 qızıl qayda

- ŞƏRHLƏR