Mayın 7-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti işə başlayıb. Trend xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Sammitə, həmçinin tanınmış beynəlxalq ekspertlər, bir sıra nüfuzlu təşkilatların, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri, eləcə də Azərbaycandan olan alimlər də qatılıblar.
Tədbirin əlaqələndiricisi Arlo Bradi bildirib ki, Qafqaz Biomüxtəlifliyi Sammiti bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədini daşıyır. Sonra Azərbaycan təbiətindən və faunasından, eləcə də IDEA-nın fəaliyyətindən bəhs edən film nümayiş olunub. AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sammitdə çıxış edərək vurğulayıb ki, Azərbaycan qədim ənənələr, zəngin tarix və mədəniyyət ölkəsidir. Leyla Əliyeva bildirib ki, ölkəmiz Avropa ilə Asiya arasında yerləşir və Şərq müdrikliyi ilə Qərb tərəqqisini özündə təcəssüm etdirir: "Şəhərimizi nadir edən odur ki, qədim İçərişəhərin və Qız Qalasının memarlığı yeni tikilmiş müasir memarlıq nümunələri ilə birgə vəhdət təşkil edir. Azərbaycan keçmişdə tarixi İpək Yolunun mərkəzində olub. Bizim coğrafi mövqeyimiz nəinki mədəniyyətimizə, həmçinin təbiətimizə də öz təsirini göstərib. Belə ki, dünyadakı 11 iqlim qurşağının 9-u məhz Azərbaycanda yerləşir və bu, bizim biomüxtəlifliyimizi təmin edir". Təbiəti qorumağa gənc yaşlardan başlamağın vacibliyindən danışan Leyla Əliyeva IDEA-nın öz ətrafında gəncləri birləşdirdiyini deyib. Leyla Əliyeva bildirib ki, ətraf mühiti nəinki öz Vətənimizdə, bütün dünyada qorumağı qarşısına məqsəd qoyan IDEA fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda və bütövlükdə regionda ətraf mühitin, flora və faunanın mühafizəsi ilə bağlı bir sıra layihələr həyata keçirib. Reallaşmış layihələr çərçivəsində ölkədə 3 milyon ağac əkilib. Eyni zamanda, təhsil ocaqlarında da ətraf mühitin qorunması üzrə siniflər yaradılıb. IDEA-nın digər vacib keyfiyyətlərindən biri odur ki, bütün layihələr mümkün qədər yaradıcı və bədii bir formada təqdim edilir. Leyla Əliyeva qeyd edib ki, bizim əsas məqsədimiz dünyada nəsli kəsilməkdə olan növlərin bərpasına nail olmaq və onları qorumaqdır. Bununla bağlı bir sıra beynəlxalq təşkilatlarla da birgə iş aparılır. Fəxredici haldır ki, Azərbaycan Beynəlxalq Ətraf Mühitin Qorunması Təşkilatının üzvüdür. Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, birgə səylər nəticəsində planetimizdə çox böyük dəyişikliklər edə bilərik. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkədə biomüxtəlifliyin qorunması istiqamətində görülmüş işlərdən danışmışdır. Nazir məlumat vermişdir ki, Azərbaycanda ekoloji proqramlara çox böyük yer verilir və dövlətimizin başçısı bu işləri diqqət mərkəzində saxlayır. H.Bağırov bildirib ki, Azərbaycanda meşələrin sayı az olsa da bu sahədə reallaşmış geniş proqramların nəticəsində mənfi meyllərin qarşısı alınıb. Görülmüş işlər nəticəsində son 10 ildə 90 min hektara qədər ərazidə yeni meşələr salınıb. Nazir biomüxtəlifliyin qorunması istiqamətində Sammitdə müzakirə olunan mövzuların təcrübədə istifadə ediləcəyini diqqətə çatdırıb. Tədbirdə Qafqaz bəbirinin mühafizəsi, Azərbaycanda bu heyvan növünün yaşayışı üçün əlverişli mühitin yaradılması və onların sayının artırılması yolları ilə bağlı layihə təqdim olunmuş, bu barədə müzakirələr aparılıb. Sonra nəsli tükənməkdə olan heyvan növləri və onları qorumaq istiqamətində görülmüş işlərlə bağlı təqdimat olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Sammit çərçivəsində Adrian Sternin "Afrikanın vəhşi təbiəti" sərgisinə baxıblar. Sərginin məqsədi vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə diqqəti çəkməkdir. Sərgidə müəllifin 35 əsəri nümayiş etdirilir.
XƏBƏR LENTİ
Şükür etməyin ən yaxşı yolu hansıdır?
Tibb tarixinin qorxunc alətləri
Toxluq hissi yaradan avokado pəhrizi
Müəllimlərin maaşı 40 faizə qədər artacaq
Diqqət testi
100 il əvvəl dünyasını dəyişmiş insanın kimi qalır ki, bu dünyada ona baş çəksin
Məşhurlardan ilham alan yumor ustası
Tərtərdə nə baş verir?
Alma şirniyyatı (foto-resept)
Limon hər dərdə dərmandır
Ölkələrini bəyənməyənlərin sayı açıqlandı
13 gün açıq-saçıq geyimlər qadağan ediləcək!
3 rəngli brokoli salatı (foto-resept)
Burak Özçivitin EKİZİ peyda oldu-FOTO
4 qız atası Simon Hooper
Rafet El Romandan gözlənilməz AÇIQLAMA
Avtomobildən ətrafa yayılan zərərli qazların miqdarı 1 ildə 800 min tondur
Cəbhədə silahlar susmur
Türkiyə Kuboku: "Cim Bom" liderliyi əldən verdi
ABŞ-dan Rusiyaya xəbərdarlıq: “Dərhal dayandırın!”
İlin sonunadək 380 milyon olacaqlar
İlhamə Quliyeva vəfat edib
Günün qoroskopu: Kreativ olun!
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz - VİDEO
Avqustda gözlənilən hava proqnozu
Prezidentdən sahibkarlarla bağlı YENİ FƏRMAN
1000 manat istəyənlərin nəzərinə
Əsaslandırılmamış qeysəriyyə əməliyyatına görə cərimələr tətbiq olunur
Bakı bulvarında əyləncə olacaq
Yeni nəşrlər
Bakı Şərqlə Qərbin qapısı sayılır
Google və Apple-a hücum çəkdilər
"Ləziz" tort (foto resept)
Samsung Galaxy X gəlir
Dünyanın ən varlı cütlüyü açıqlanıb-FOTO
Günün ulduz falı - 19.01.2014
Bakıda 10 mindən çox evin söküntüsünə başlandı
Sinan Akçıl məşhur aktrisa ilə evlənir - FOTO
Hərəkətsiz qalmayın
Ebru Şallını paylaşımına görə tənqid etdilər - FOTO
Bakıda evdən çıxmaq yasaqlandı, binanın başında manqal qaladılar - VİDEO
Azərbaycan milli uşaq oyunları-8
2017-ci ilin ən gözəl toy şəkilləri
FİFA-da prezident seçkisinin vaxtı bilindi
Unikal heykəl tapıldı
Uşaqların sosial mediaya ehtiyacı yoxdur
2018-in vanna otağı dəbi
Günün qoroskopu: Uğurlu gündür!
Ayaqqabılar haqqımızda nə deyir?















- ŞƏRHLƏR