
Şiş (blastoma - yunanca yeni törəmə, tumor deməkdir) xüsusi patoloji inkişaf prosesidir. Şişlərdən bəhs edən elm isə onkologiya adlanır.
Şiş elə xüsusi bioloji prosesdir ki, bu zaman toxumanın inkişafı, hüceyrələrin və onun ultrastrukturasının artması durmadan davam edir. Buna baxmayaraq şişləri iltihab və regenerasiyadan ayırmaq və onların arasında kəskin hədd müəyyən etmək mümkün deyil. Çünki şişin başlanğıcı, xüsusilə bundan qabaq toxumada gedən dəyişikliklər iltihabla sıx bağlı olur. Müəyyən bir nahiyədən şiş inkişaf etməyə başladıqda qarşısını almaq çətin olur və o daim inkişaf edərək böyüyür. Embrional hüceyrənin inkişafı ilə şiş toxumasının inkişafı arasındakı fərq odur ki, embrion toxumaları müəyyən dərəcəyə qədər artdıqdan sonra dayanır, şişlərdə isə belə xüsusiyyət yoxdur.
Həkim-onkoloq Məxmər Əliyeva Milli.Az-a açıqlamasında deyir ki, şiş hansı toxumada əmələ gəlirsə, adətən, həmin toxumada olan hüceyrələrin formasına bənzəyir. Şişin hüceyrələri inkişaf edən zaman onlarda müxtəlif tipik və atipik, mitoz və amitoz fiqurlar, abortiv mitozlar, plazmaya xromosom qırıntılarının toz kimi yayılması və başqa dəyişikliklər əmələ gəlir. Sürətli inkişaf edən şişlərin toxumasına mikroskopla baxdıqda onlarda nüvə bölünmələri görünür.
Mikroskopik olaraq, şişlər müxtəlif formada və ölçülərdə olur - düyün, məməyəbənzər, polipoz, göbələyəbənzər, ağacabənzər və sair.
Şişlərin quruluşu
Onkoloqun sözlərinə görə, şişlərin iki əsas hissədən ibarət quruluşları olur: parenxima və stroma. Stromada az-çox yetişmiş qan damarları mövcuddur. Parenxima və stromalı quruluşda olan şiş üzvə bənzəyirsə, orqanoid şiş adlanır. Şişdə ancaq şişin hüceyrəsi olub, stroması seçilməzsə, histioid şiş adlanır.
Parenximanın spesifik hüceyrələri bəzən liflər, qığırdaq, öd, kolloid, selil və başqa maddələr əmələ gətirir. Bundan başqa, şişin hüceyrəsində müxtəlif distrofik proseslər (qlikogen və piy distrofiyası) müşahidə olunur.
Böyüyən şişlər
M.Əliyeva bildirib ki, şişlər iki formada böyüyür: 1) ekspansiv və ya ekstruktiv böyümə, 2) infiltrativ və ya destruktiv (invaziv) böyümə.
Şiş ekspansiv yolla böyüyəndə qonşuluqda yerləşən toxumalara yayılmır, kapsula bürünərək, ətrafa ancaq təzyiq edir. Belə böyümə yetişmiş şişlərin əsas xüsusiyyətini təşkil edir. İnfiltrativ böyümə isə yetişməmiş şişlərə aiddir. Belə halda şişin hüceyrələri qonşu normal toxumanı destruksiyaya uğradıb dağıdır və ona təzyiq edir. Yetişmiş şişlərin orqanizmə bir o qədər təsiri olmur. Ancaq belə şişlər vacib orqanlarda, məsələn, beyində əmələ gəldikdə, müxtəlif ağırlaşmalara, hətta ölümə də səbəb olur. Yetişməmiş şişlər isə sürətlə böyüyərək, az müddətdə insanı öldürə bilər.
Yayılan şiş
Həkimin dediyinə görə, şiş əvvəlcə bir nöqtədən inkişaf etməyə başlayırsa, unisentrik şiş, bir neçə nahiyədən başlayaraq inkişaf etməyə başlayırsa, multisentrik şiş baş verir.
Yetişməmiş şişlərə aid olan multisentrik şiş bir nahiyədə əmələ gəldikdən sonra metastaz verərək ikincili şiş çoxluğu törədir. Məsələn, xərçəng və ya sarkoma əvvəlcə orqanizmin bir yerində əmələ gəlir, sonradan isə buradan qan və limfa damarları vasitəsi ilə orqanizmin bir çox yerlərinə metastaz verir. Süd vəzi xərçənginin ağciyərə, mədə xərçənginin qaraciyərə metastaz verməsi buna örnəkdir.
Yetişmiş şişlər isə metastaz vermir. Yetişməmiş şişlər kontakt yolla da başqa nahiyələrə keçə bilir. Məsələn, sürtünmə yolla üst dodaq xərçənginin alt dodağa yoluxması.
Yetişməmiş şişlərin xüsusiyyətlərindən biri də onların residiv verməsidir. Yəni əməliyyatla şişlər kənar edildikdən sonra, onun yerində və ya həmin yerə yaxın limfa düyünlərində və hətta şişin olduğu yerdən çox uzaqda təkrar şiş əmələ gəlir.
Şişlərin orqanizmə təsiri
Həkim-onkoloq bildirib ki, yetişmiş şişlərin əksəriyyəti orqanizmin müəyyən yerlərinə təsir edir. Bu, şişin yerləşdiyi nahiyədən asılıdır. Belə ki, ən xırda bir şiş beynin mərkəzlərinin birində olarsa, ölümə səbəb ola bilər. Böyrəküstü vəzin şişi noradrenalin ifraz edərək qan təzyiqini yüksəldir, mədəaltı vəzdə əmələ gələn şiş hipoqlikemiyaya səbəb olur. Şişlər qanda bir çox dəyişikliklər - turş fosfatazanın, fibrolizinin artması, lipazanın azalması, anemiya, hemoloz və sair törədə bilər. Şiş bədənin immun reaksiyalarına da təsir edə bilər. Şişin inkişafı bədəndən çoxlu A vitamini, askorbin turşusu və sair maddələr tələb edir. Yetişməmiş şişlərin, xüsusən yemək borusu, mədə və bağırsaq xərçənginin xüsusiyyəti orqanizmdə anemiya halları törətməsidir. Belə şişlər zamanı qida həzmi pozulur, digər tərəfdən isə xərçəngdə əmələ gələn zəhərlərin orqanizmə sorulması nəticəsində zülallar olduqca çox parçalanır.
Müxtəlif şişlər
M.Əliyevanın söylədiyinə görə, fibroma - birləşdirici toxuma quruluşda olan şişə deyilir. Belə şiş çoxhüceyrəli olub, stroması az inkişaf etmiş olduqda hüceyrəli fibroma adlanır. Hüceyrəli fibroma yumşaq olduqda yumşaq fibroma, fibromada liflər olduqda sərt fibroma adlanır. Fibroma hüceyrələrinin əksəriyyəti iyə bənzər şəkildə olur. Yumşaq fibromalarda bəzən çoxlu toxuma mayesi və ya selik yığılmış olur. Bəzən fibromalarda limfa damarları genələrək, kisəyə bənzəyir. Fibromanın hətta kirəcləşməsi və sümükləşməsi də mümkündür. Fibromalar adətən birləşdirici toxuma olan yerlərdə - dəridə, selik və seroz qişaların altında, vətərlərdə, sümük üstlüyündə, süd vəzlərində, böyrəklərdə əmələ gəlir.
Mioma
Onkoloq vurğulayıb ki, mioma əzələ şişi olub əsasən qadınlarda yumurtalıq və uşaqlıq yolunda təsadüf olunur. Mioma müxtəlif ölçüdə və ağırlıqda (bəzən 16 kq) olur. Bəzi hallarda mioma yetişməmiş şişə çevrilərək metastaz verir. Belə olduqda mioma toxumasında müxtəlif qan dövranı və distrofik pozğunluqlar müşahidə olunur. Uşaqlıq mioması yumurtalıqların hormonal funksiyasının pozğunluğu nəticəsində əmələ gəlir. Yumurtalıqlar inkişafdan qaldıqda və atrofiyaya uğradıqda kəsilib götürülərsə, uşaqlıqda miomalara rast gəlinmir.
Adenoma
M.Əliyevanın sözlərinə əsasən, adenoma - vəz quruluşlu şişə deyilir. Bunun epitel hüceyrələri az-çox diferensiyaya uğrayaraq bəzən selik, kolloid ifraz edir. Parenximası çox olan adenomaya sadə adenoma deyilir. Bunun boruları trabekullara bənzərsə, trabekulyar adenoma adlanır. Bəzən stromada çoxlu fibroz toxuma olur ki, bu da fibroadenomadır.
Adenomalar makroskopik olaraq kapsulla əhatəli, girdə, səthi hamar və bəzən piyli şəkildə olur. Adenomaların yetişmiş şiş növləri də olur ki, bunlar yumurtalıqlara aid üzvi şişlərdir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Azərbaycanda karantin rejimi dekabrın 28-dək uzadıldı - RƏSMİ
Messinin yoldaşından milyon “like”lıq paylaşım - FOTO
O bunu necə bacarır?
Beren Saat Kənanı SİLDİ
Çağla Şikel xəstəxanalıq oldu
Kanada sakini lotereyada 20,3 milyon dollar uddu
TƏBİB sədrindən koronavirus testləri ilə bağlı MÜHÜM AÇIQLAMA
Sabahın HAVAsı
İmtahan nəticələri çıxdı
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Göbələkli kartof qızartması (video-resept)
Həkimdən xəbərdarlıq: "Külək əsəndə..."
Sankt-Peterburqdan Bakıya uçuşlar dayandırıldı
Müasir memarlıq: sevməmək mümkün deyil
İlham Əliyev Ərdoğanın şərəfinə ziyafət verib
Saç aksessuarları
Azərbaycandan ABŞ-a etiraz
Windows XP "ölməyə" tələsmir
Azərbaycanda 5 gün iş olmayacaq
HAVA necə olacaq?
Leyla Əliyeva və oğlanları abadlaşdırılan həyətdə
Qadınlar haqqında çəkilmiş son uğurlu filmlər
Hamiləlik dövründə saç boyamaq zərərlidirmi?
Məktəblərdə övladlarımızın sağlamlığı nə dərəcədə qorunur? - FOTO
Qadin.Net = 1.000.000 AZN
Kərbəla şəhidlərinin hamısının cənazəsi birlikdə dəfn olunmuşdurmu?
Beren Saat boşanması haqqında İLK DƏFƏ DANIŞDI
Qarpız və albalı pəhrizi
Madonna “Eurovision” səhnəsində belə oxudu - VİDEO
Kəsmikli və ərikli bulkalar (foto resept)
Bakıda yeni doğulmuş uşaqda və anasında koronavirus aşkarlanıb - VİDEO
Şarj cihazı telefona qoşulmamış halda elektrik yuvasında saxlanıla bilərmi?
Böyürtkən mürəbbəsi (foto-resept)
Bahar yorğunluğuna müqavimət göstərin
Hazırlaşın: WhatsApp inqilab edəcək - FOTO
Bir-birindən gözəl divar rəsmləri
Üzün üzü varsa...
Sərt karantin rejiminin qüvvədə qaldığı rayon və şəhərlər: Həftəsonları nəqliyyat işləməyəcək - SİYAHI
"Dolce & Gabbana"dan yeni kolleksiya - FOTO
Bu film Rusiya tarixinin ən gəlirli filmi oldu
Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ
Hikmət Hacıyev: “15 yaşından kiçik uşaqların əsgər kimi hərbi xidmətə cəlb edilməsi qadağandır”
Qadına hər yaşda lazım olan vitaminlər
"Google"dan Mandela jesti
Bakı Dövlət Universitetinin yeni tələbə şəhərciyi belə olacaq
İçərişəhər Azərbaycana beynəlxalq mükafat qazandırdı
Düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib - VİDEO
Zaman və sevgi...
Birinci xanımın baharı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]