Mayın 10-da IDEA İctimai Birliyinin təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib.Yenilənmiş növbəti həyət Nizami rayonu, Məmməd Xəlil Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində 10 minə yaxın sakinin məskunlaşdığı 7 çoxmərtəbəli binanı əhatə edir.Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.“Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 6 min kvadratmetr sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib və idman alətlərindən ibarət kiçik meydança salınıb.
Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.Sakinlərin istək və maraqlarını nəzərə alaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 150-yə yaxın ağac və kol, 1500-ə yaxın dekorativ gül əkilib.Qeyd edək ki, “Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Nizami rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan dördüncü həyətdir.Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
XƏBƏR LENTİ
Disney makiyajı
Bu yerlərdə siqaretdən istifadə qadağan edildi - Cərimələr olacaq
Toy üçün özəl gün: 17.07.2017 - bu gün bütün saraylarda toy var
Mikrodalğalı sobanı necə təmizləməli?
Kərbəlada əza məclisi başladı
Güləşçimiz erməni idmançını peşman etdi
Gözə gözəl makiyajın 5 yolu
Bugünkü Günəş tutulması ilə bağlı - XƏBƏRDARLIQ
Evdə hazırlanan maskalar
BÜRCLƏR bizə nə vəd edir?- 2 Dekabr
“Ağıllı” küçə fənərləri təqdim edildi
Ezgi Moladan EVLİLİK açıqlaması
Həkim xəbərdarlıq edir: uşaqlarınızı evdən buraxmayın
Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb - RƏSMİ
Günün ulduz falı
Təhsil Nazirliyi barələrində "davam" qərarı verilmiş yaşlı müəllimlərin sayını açıqladı
Bu qəsəbədə bu gün qaz olmayacaq
Con Terrinin taleyi bəlli oldu
Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur
“BTS”-in onlayn konserti olacaq
Rusiya Stalin dövrünə qayıdır
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 412 yeni yoluxma - FOTO/VİDEO
Arıq göstərən geyimlər
Temperatur enir - XƏBƏRDARLIQ
İdmançılarımız Soçi Olimpiadasında 2-ci sıradadırlar
Outlook yeniləndi
Rus alimlərindən inqilabi addım: Təbii antibiotik kəşf olundu
Temperatur artır
Prezident mahnı oxudu
Çağla Şikelin Üzü Şişdi-SƏBƏB
Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi
Neftimiz bahalaşdı
Məşhurların uşaqlıq şəkilləri
Beyons yeni imicdə- FOTO
Bir neçə gün sonra Azərbaycanda hava soyuyacaq
DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ
Günün ulduz falı - 15.10.2013
Rəngli kartof topları (foto-resept)
Vaxtın əhəmiyyəti
Ermənilər ruslara qarşı kütləvi etiraz aksiyalarına start verdi
Çingiz Abdullayev: "Yalnız mən həll etmirəm..."
Niyə məhz Qadın.Net? (3)
BÜRCLƏR bizə nə vəd edir?-5 Noyabr
Yutub fenomeni rəzil oldu - FOTO
Buzların qənimi
"Mançester Yunayted" rekord vuraraq "bomba"nı partlatdı
Geni dəyişdirilmiş bitkilərin aşkarlanması üzrə monitorinqlərin nəticələri açıqlandı
Rəqəmli əsas paketdə hansı TV proqramları açıq yayımlanacaq?
Ət bazarında vəziyyət gərginləşəcək














