Milli.Az Trend-ə istinadən bildirir ki, bu, prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin nizamnaməsində qeyd ediləcək.Nizamnamədə qeyd edilir ki, Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.Mərkəz ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirəcək.Mərkəz həm də yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirəcək, imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayacaq və Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq edəcək.Dövlət İmtahan Mərkəzi təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisasları elan edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul edir, sənədlərin qəbulunu təşkil edir.Mərkəz tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodik işləri aparır, proqram və texniki təminatı layihələndirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradacaq, abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirəcək. Dövlət İmtahan Mərkəzi həm də ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodik monitorinqini həyata keçirəcək.Mərkəzin hüquqlarından biri dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb etmək olacaq.Mərkəzi Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası idarə edəcək. Şuranın səlahiyyətlərinə bir çox məsələlərlə yanaşı, dövlət qulluğu üçün kadrların seçilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təşəbbüslər irəli sürmək də daxildir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kartof pəhrizi
HAVA necə olacaq? 18 Mart
Malidə qiyamçılar sərhədləri bağlayıb komendant saatı tətbiq etdilər
Beren Saatla Kənan Doğulunun BOŞANMA tarixi açıqlandı
Sindi Kroufordun qızı məşhur aktyorla sevgilidir- FOTO
Günün ulduz falı
Burak Özçivitdən xeyirxah əməl
Oruc tutmaq barədə 7 yanlış stereotip
Ən çox siqaret çəkilən ölkələrin SİYAHISI
Dövlət Sərhəd Xidmətindən koronavirusla bağlı VACİB AÇIQLAMA
Amerikalı alimdən valideynlərə SOS
Gəncəyə Qafqaz dələləri gətirildi
Türk paxlavası (foto resept)
Soyuducular
Evdə güldan düzəltmək
Azərbaycan ilə Ermənistan yığmaları Avropa çempionatından kənarlaşdırıldı
Riyaziyyat və din arasındakı körpü - 1
Kolorado çayının əyrisi
Qiyməli kartof (foto resept)
Bakıda Azarkeşlər Evi açıldı
"Butoyaş" salatı (foto resept)
Baş Prokurorluq vətəndaşlara müraciət etdi
İlin astroloji təhlili – 2020-ci ilə hazır olun!
Şahzadə quşları üçün 80 təyyarə bileti aldı
Mixail Qorbaçov 20 Yanvar qırğını haqda: "Bu mənə dərs oldu"
Səyahət etməyi sevənlər üçün maraqlı hobbi
Düşmən AzTV-nin maşınını atəşə tutdu: Yaralı var
Girovlar qaytarıldı
Makron Paşinyanın davranışlarından şübhələndiyini deyir
Qadınlar üçün ev başmaqları
Bu gün Günəş tam tutulacaq
Uğursuzluğun 10 əsas səbəbi
NASA Aya gedəcək heyəti açıqladı
Hülya Avşar yenə TƏCCÜBLƏNDİRDİ-FOTO
Tayland plastik paket istifadəsinə qadağa qoydu
3 mərhələdən ibarət dəriyə qulluq
Təhlükə Azərbaycan sərhədinə yaxınlaşır
Vətəndaşların həqiqi hərbi xidmətə çağırışı başladı
Çində son səkkiz ayda koronavirusdan ilk ölüm qeydə alınıb
Şəkər xəstələrinə müjdə - YENİ DƏRMAN KƏŞF EDİLDİ
Rəngarəng hamam otaqları
Kişilər necə qadın axtarırlar?-Müzakirə
Azərbaycanda elektron hərraclar keçiriləcək
Gəlin obrazı (2)
Sahibsiz məktublar (1 və 2)
Ombasını dikləşdirmək istəyərkən ölümdən döndü
Diri toyuqların satışı məhdudlaşdırılacaq
Qız boyunun uzunluğu ilə diqqət çəkdi-FOTO
Avqustun HAVA buraxılışı
Xoruldamaqdan necə qurtulmalı?














