Azərbaycan Nazirlər Kabineti "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları"nı təsdiq edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu qaydalarda istifadə olunan "elektron hərrac" anlayışı icra məmurunun sifarişi əsasında vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron hərracın təşkilatçısı tərəfindən rəsmi internet saytı vasitəsilə elektron qaydada ixtisaslaşdırılmış açıq hərraclarda satışı mənasını ifadə edir.
Vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərracda satışının daha operativ və səmərəli həyata keçirilməsi, dövlət büdcəsindən yayındırılmış vergi borclarının alınması ilə bağlı icraat prosesinin sadələşdirilməsi və bu sahədə şəffaflığın təmin olunması məqsədi ilə icra məmurları tərəfindən siyahıya alınmış əmlakların elektron hərrac vasitəsilə satılması üçün elektron hərracın təşkilatçısına sifarişlər verilir.
Elektron hərrac zamanı elektron hərracın hər hansı bir iştirakçısına digərlərindən fərqli və (və ya) qanunvericilikdə nəzərdə tutulmayan güzəştlərin verilməsinə, elektron hərracın təşkilatçısı tərəfindən iştirakçıların rəqabət aparmasına məhdudiyyətin qoyulmasına yol verilmir.
Ərizəçi elektron hərraca Vergi Məcəlləsinin və bu Qaydaların tələblərinə əməl etməklə elektron hərracın istənilən mərhələsində qoşula bilər.
Elektron hərracda alıcı kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər və hüquqi şəxslər iştirak edə bilərlər.
Birinci elektron hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrı-ayrılıqda əmlakın satışı baş tutmadıqda, elektron hərracın təşkilatçısı hər növbəti elektron hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində, özünün rəsmi internet saytında, digər internet saytlarında və sosial şəbəkələrdə elektron hərraca çıxarılacaq əmlaklar barədə elan yerləşdirir. Sonrakı elektron hərraclar arasındakı müddət 10 gündən, yararlılıq müddəti başa çatan (yaxud, bu müddət ərzində qurtaran) əmlakın növbəti hərracları arasındakı müddət isə 3 gündən çox olmamalıdır.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Harvard qatığın faydasını tapdı
Bakıda tikinti şirkətlərinin gəlirləri açıqlandı
Boşanmanın səbəbləri
Beren Saat və Kenan Doğulunun AYRILIQ SƏBƏBİ
Yumşaq və hamar ayaqlar
Çerri pomidorlu, ətli rulet (foto resept)
Berkay qaldığı oteli məhkəməyə verdi-SƏBƏB
Yeni tədris ilində neçə şagird təhsil alacaq?
Bir neçə gün sonra Azərbaycanda hava soyuyacaq
Zoologiya İnstitutundan Kürdəmirdə tapılan heyvanla bağlı AÇIQLAMA
Dövlət hesabına peşə məktəblərində oxumaq istəyənlərlə bağlı yenilik
Ermənilər Türkiyədəki İncirlik Amerika hərbi bazasını ələ keçirmək istəyirlər
Azərbaycanlı ana və oğlu dünyada necə məşhurlaşdı? - VİDEOREPORTAJ
Uşaqlarınıza çoxlu balıq yedizdirin
Yuxularımızı yönləndirmək mümkündürmü?
Bakıda yeni hava limanı inşa olunur
Məşhur müğənni polislərdən kömək istədi
Demet Akalın bu dəfə Berkayla mübahisə etdi-SƏBƏB
Gözlənilən kimi çıxmayan məhsullar
"Müharibə elan edə bilərik"
İmeda, Süri, Elyamel adlarını qoya bilməzsiniz
“WhatsApp”da yeniliklər edildi
İmtahandan keçə bilməyən namizədlərə şad xəbər- VİDEO
Kağız halva-10
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-1
Sim kartlar tarixə qovuşur - Yenilik
"Qırmızı dəniz" salatı (foto resept)
Demet Şenerdən AÇIQLAMA-FOTO
Milli mətbəxt paytaxtında damaq dadımız yoxlanılır
Kök polislər işdən çıxarılır
Bu qan qrupundan olanların əcdadları İNSAN OLMAYIB-Alim rəyi
Ağıllı və güclü kişilər niyə tənha olur?
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
3 ay əvvəl gizlicə boşanıblar-FOTO
Günün ulduz falı
Çin tələbələri bunu da etdilər_FOTO
Məşhur müğənni koronavirusdan öldü-FOTO
Xərçəngli makaron (foto resept)
Corc Buşun qızının toyu oldu-FOTO
Azərbaycanda 1000 kişiyə 1011 qadın düşür
Günün qoroskopu - 23.11.2013
Peyğəmbərin uşaqlığından bəhs edən film nümayişə başlayır
Əsl Çin işi: ev yarıya bölündü, dağıdıldı - FOTO
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Putin qızının koronavirusa qarşı peyvəndi sınaqdan keçirdiyini bildirdi - VİDEO
Stress tutmaları zamanı nə etmək lazımdır?
Günün qoroskopu: sərt və aqressiv, davakar olmayın
Hollivud ulduzu: "Çox istərdim ki, Azərbaycana gəlim"
İdman 54 yaşlı qadını ölümcül xəstəlikdən xilas etdi - FOTO
Məzəli portağal














