Stress tutmalarını sovşdurulma qaydaları
Həyəcan tutmaları olan insanların ən çox verdiyi sual budur: kriz gəldiyi vaxt nə etməlyəm? Insanlar tutmanın gəldiyi vaxt, və yaxud gələcəyini hiss etdikləri vaxt ya mütəxəssiz məsləhətləri, ya da özlərinəməxsus şəkildə bəzi müdafiə vasitələrindən istifadə edirlər. Bu müdafiələrin tutmalar vaxtı istifadə olunması insanı rahatlatmaq və tutmanı keçişdirmək üçün çox təsirlidir. Yenə də bu qaydaların hansının nə səviyyədə işə yaradığı insana görə dəyişir.
Ən çox istifadə olunmalı tutma müdafiələri bunlardır: 1. Nəfəs nəzarəti məşqləri: həyəcan tutması vaxtı insanlarda nəfəs alıb-vermənin sürətləndiyi məlumdur. Bu vəziyyət beynə gedən oksigenin artmasına səbəb olur. Bədənə gedən oksigenin artması tutmanın şiddətini və vaxtını artırır. Bu baxımdan mütəxəssislər tərəfindən xəstələrinə nəfəslərini daha stabil alıb-verəcəklərina dair məsləhətlər verilir. Bu eyni zamanda xəstəyə, şüuraltı olaraq özünü nəzarətdə saxlaya bilməsi mesajını ötürür. Yəni əgər nəfəsimi nəzarətdə saxlaya bilirəmsə, deməli vücudumu, həyəcanımı da nəzarətdə saxlaya bilərəm.
Nəfəsalmağa nəzarət məşqləri ilə bağlı bəzi üsullar: a) 4 saniyə ərzində nəfəs alaraq ciyərləri hava ilə doldurur. 4 saniyə tutulur, 8 saniyədə yavaşca verilir. Bu qayda tutma vaxtı ortalama 10 dəfə edilməlidir. b) Sag burundan nəfəs alınır, 10 saniyə tutulur, sol burundan verilir. Bu məşq ən az iki dəqiqə olmalıdır. c) Nəfəs alıb-vermə bir kağız yaxud klyonka torba içində edilir. Bunun sayəsində beynə gedən oksigen azalmış olur. Bu vasitələri həyatə keçirəndə oturduğunuz divanın və ya kətilin mümkün olduqca ucuna (lap sanki yıxılacaqsınız) oturmağınız tövsiyə edilir. Burdakı məqsəd zehni mümkün qədər tutmadan başqa şeylərlə məşqul etməkdir.
2. Pareidolia (göz illuziyası) üsulu
Uşaq vaxtı bir çoxumuz buludlara baxaraq onları bəzən insana, əşyaya oxşatmağa çalışaraq oyun oynamışıq. Pareidolia; əşyalara, naxışlara və şəkillərə baxaraq onları başqa nəyəsə oxşatmaq cəhdidir. Tutma vaxtı bu üsuldan istifadə edərək həm hiss və düşüncələrimizi, həm də zehnimizin tutma yaratmaq üçün sərf etdiyi enerjini başqa yönə sərf etmiş oluruq. Bu üsulu hər an, hər yerdə istifadə edə bilərsiniz. Evdə xalı üzərindəki naxışları, divardakı bir boya izini, və yaxud heç nə tapa bilmirsinizsə ovcunuzu açaraq içindəki xətləri hər hansı bir şeyə bənzətməyə çalışın. Bu zehninizi aldadır, fikrinizi yayındırır.
3. Hisslərə fikir verməmək hiyləsi
Bu üsul tutmalı insanlara, həyəcan gəldiyi vaxt öz-özlərini aldatmaq, “heç bir ciddi şey yoxdur” fikrini aşılamaq yolunu öyrədir. Amma bu üsul heç də hər zaman doğru deyil. Əlbəttə ki, həyəcan, stress tutması ürək infarktı deyil, fiziki baxımdan “yanlış sos” olduğu buna görə qəbul edilə bilər, lakin hissi baxımdan belə deyil. Həyəcan tutması, insanın şüuraltında yatan fikirlərini, kriz vaxtı dilə gətirməsidir. Bu baxımdan həmin vaxt insan özünü aldatmaq əvəzinə içindən keçənləri dilinə töksə daha yaxşı olar. Bu həmin tutmanın sakitləşməsinə də kömək edər. Digər tərəfdən adətən insanlar başqalarının yanında huşlarının gedəcəyini, yıxılacaqlarını, infarkt olacaqlarını fikirləşib daha da həyəcənlanırlar bunun yerinə səsli şəkildə “infarkt olacam, öləcəm, uşaqlarım yetim qalacaq, qorxuram, yıxılacam, biabır olacam” kimi cümlələri müntəzəm təkrar edin. Barmaqlarınızla başınıza, kicgahlarınıza vuraraq prossesin təsir gücünü daha da artıra bilərsiniz.
4. Beyninizdəki elektirik aktivlik
Son illərdə aparan araşdırmalarda stress tutmaları yaşayan insanların beyninin digər insanlara nisbətən daha tələsik aktivliyə malik olduğu sübut olumuşdur. Bu insanlar həmşə tələsir, hər işdə səbirsizlik, hövsələsizlik edir, ani qərarlar qəbul edir. Bunu azaltmağın yolu, bu insanların gündəlik həyat tərzlərini təmkinli qurmağ, yemək yeyərkən, maşın sürərkən, iş görərkən daha yavaş hərəkət etməkdən keçir. Nəticə etibarı ilə stress tutmalarda da azalma müşahidə olunacaq.
5. Bədəninizi sıxıb-açmaq
Tutma vaxtı bütün vücudunuzu 30 saniyə ərzində sıxıb-buraxın. Bu məşqi istədiyiniz qədər edə bilərsiniz. Bütün vucudunuzla bərabər ayrı-ayrı orqanlarınızı da( sağ əl, sol əl, sağ-sol ayaq, bel, boyun, baş) məşq etdirə bilərsiz.
6. Tutma vaxtı özünüzü kameraya qeyd edin
Əgər evdəsinizsə tutma vaxtı özünüzü telefonun kamerasına çəkib, sakitləşdikdən sonra baxmağınız məsləhətdir. Insanlar bu görüntülərdən sonra daha təmkinili olmağa cəhd edir.
7. Yaxınların rəftarı
Tutma vaxtı, insanın yanında kim varsa, mümkün qədər sakit qalmalıdır. Stress keçirənə həddindən artıq diqqət göstərmək, bu tutmaların vərdiş halına çevrilməsinə səbəb ola bilər. Diqqət əskikliyi yaşayan insanlar bu yolla özlərinə diqqət , qayğı yönəltdiklərini hesab edirlər.
8. Tutma səbəblərini təyin etmək
Bu tutmaların nə zaman, nədən sonra, hansı səbəbdən ortaya çıxdığına diqqət yetirib qeydlər aparmaq hər zaman yaxşı təsir edə bilər. Nəticədə vəziyyəti nəzarətdə saxlamaqla tutmaların sayını azaltmaq olar.
9. Digər üsullar
Alına buz qoymaq, həkim tərəfindən dərman verilibsə, o dərmandan istifadə etmirsə belə, inam olsun deyə həmişə yanında saxlamaq, ümidli xəyallar qurmaq, kriz vaxtı sevdiyi, güvəndiyi birini aramaq, ortamı dəyişdirmək kimi bu tipli tutmalara müsbət təsir edir. Yuxarda bəhs olunanlar, sadəcə psixoloji faktorlardır və müalicə üsulu deyil. Ciddi vəziyyətlərdə həkimə müraciət etmək vacibdir.
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR