Baş Prokurorluq vətəndaşlara müraciət edib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, məlum olduğu kimi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törədib, iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi, eləcə də dinc əhalini və mülki obyektləri atəşə tutublar.
Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri bu təxribatın qarşısını qətiyyətlə almış, cavab atəşi ilə düşmənin dayaq məntəqələri, atəş nöqtələri, müdafiəsinin dərinliyindəki ehtiyatlar, çox sayda döyüş texnikası və canlı qüvvəsi məhv edilib. Hazırda döyüşlərin baş verdiyi ərazidə əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.
Ermənistanın bu hərbi təxribatı qarşısında Azərbaycan xalqı öz birliyini, qəti iradəsini və düşmənə qarşı barışmaz mövqeyini bir daha göstərib, qəhrəman şəhidlərimiz böyük izdihamla dəfn edilib, ölkəmizin müxtəlif şəhər və rayonlarında Azərbaycan Silahlı Qüvvələrinə dəstək yürüşləri keçirilib.
İyul ayının 14-ü Bakı şəhərində keçirilmiş yürüş və toplantı Azərbaycan xalqının öz Dövlətinə, Ordusuna və Ali Baş Komandanına bir daha tam dəstəyini nümayiş etdirib. Təcavüzkar Ermənistan anlamalıdır ki, Azərbaycan xalqının səbri sonsuz deyil və o, heç zaman ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi həlak olan hərbçilərimizin qanı yerdə qalmayıb və qalmayacaq.
Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərmiş və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, xidməti avtomobillərə ciddi ziyan vurulub.
Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.
Fakt üzrə cinayət işi başlanaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi düşmənlə təmas xəttində ağır döyüşlərin getdiyi mövcud həssas dönəmdə ölkədə ictimai qaydanın və asayişin pozulması hallarının yolverilməzliyini xüsusi olaraq qeyd edir. Eyni zamanda, hazırda COVİD-19 pandemiyası ilə mübarizənin getdiyi bir vaxtda şəhər və rayonlarda kütləvi toplantıların keçirilməsinin ağır nəticələrə səbəb ola biləcəyini xatırladaraq, vətəndaşları təmkinli olmağa, şəhidlərimizin əziz xatirəsini mövcud karantin qaydalarının tələblərini nəzərə alaraq yad etməyə çağırır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
BÜRCLƏR bizə nə vəd edir? -10 İyun
Günəş ləkələrinə qarşı nə etməli?
Qozlu əncir mürəbbəsi (foto-resept)
Bir pərəstişkarın xəyal gücü
Türkiyə prezidenti Avropa liderlərinə "diktator" damğası vurub
Baş pediatr: "Azərbaycanda uşaq ölümləri artıb"
Kişilərin qadınlardan eşitmək istədikləri sözlər
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Tarixi faktlar - 1
Nə yediyiniz deyil, nə qədər yediyiniz vacibdir
Vitamin çatışmazlığının əlamətləri
Dekabrın 3-də hər şey məlum olacaq
Evlilik xəbəri yalan çıxdı-FOTO
Qeyri-adi ayaqqabı modelləri
Hamilə qadınlara və valideynlərə
Yumurtalı ət ruleti (foto resept)
İstirahət gününün havası
Bakılıları xəstə edən küy
Dünya fəlsəfi irsindən - 2
Günün qoroskopu: mənasız arzulardan əl çəkin
Sabahın hava proqnozu
Qeyri-adi fincanlar
"X factor" teleşousunun məşhur iştirakçısına ömürlük həbs cəzası verdildi
Toyuq langeti (foto-resept)
“NBC News”: Bayden 30 il sonra Corciyada demokratları qalib etdi
Koronavirusdan ölmüş din xadimlərini öpmək baha başa gəldi
Yaddaş zəifliyini necə aradan qaldırmaq olar?
Putinin qızı avtomobil qəzasında həlak oldu?
“Keçmişdən gələn cəngavər” metroda maraqla qarşılandı - VİDEO
Ramazanın 27-ci gününün duası
"Təhsilin inkişafı məqsədilə verilən təkliflər nəzərə alınacaq"
Azərbaycanda magistratura pilləsinə qəbulda yenilik
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Frida Farrellin bioqrafiyası hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Pablo Pikasso haqqında 10 fakt
Sehirli fincanlar
Dolça və Oğlaq bürcü uyğunluğu
İşin, yoxsa mənəviyyatın?
Hikmət Hacıyev: “Ermənistanın Bərdəyə hücumu nəticəsində 3 mülki şəxs öldü, 10 nəfər yaralandı”
Avtobuslarda gedişhaqqını artırmaq istəyirlər
Bilirdinizmi?
Kim Çen In səlahiyyətlərinin yarısını bacısına verdi
Sürücülərə müjdə: tıxac problemi aradan qaldırılır
Sibel Canın başına gözlənilməz hadisə gəldi-VİDEO
Bakıda bəylə gəlin hər kəsi təəccübləndirdi
Çimərlik və turizm obyektlərində qidalanma necə olmalıdır?
Dünyanın ən ucuz smartfonu istehsal ediləcək
Dünya çempionatının 23 xanımı
Övladlığa götürülən uşaqlara görə müavinat necə veriləcək? - AÇIQLAMA
Erməni siyasətçidən şok açıqlama: "Sarkisyan Qarabağı satıb, biz hələ də anlamırıq"














