Milli.Az bildirir ki, bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, həmin sənədlər təsdiqləndikdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya artıq DİM kimi fəaliyyət göstərməyə hazır olacaq:
"DİM-lə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün 3 ay vaxt verilmişdi. Bu yaxınlarda onlar təsdiq olunduqdan sonra biz artıq Dövlət İmtahan Mərkəzi kimi fəaliyyət göstərməyə hazır olacağıq. Hazırda həm Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, həm də Dövlət Qulluğu Məsələləri üzrə Komissiya kütləvi proseslər aparır. Bu kütləvi proseslərin həyata keçirilməsi müvafiq qanunvericilikdə qəbul olunmuş normativ hüquqi sənədlərə əsaslanır. Bu sənədlərin əsasında aparılan kütləvi proseslər bitməlidir ki, biz artıq DİM kimi fəaliyyətə başlaya bilək".
Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin əvvəlində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Dövlət İmtahan Mərkəzi ölkədə dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır.
Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.
Fərmana əsasən, Nazirlər Kabineti normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etməlidir.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kartof pəhrizi
HAVA necə olacaq? 18 Mart
Malidə qiyamçılar sərhədləri bağlayıb komendant saatı tətbiq etdilər
Beren Saatla Kənan Doğulunun BOŞANMA tarixi açıqlandı
Sindi Kroufordun qızı məşhur aktyorla sevgilidir- FOTO
Günün ulduz falı
Burak Özçivitdən xeyirxah əməl
Oruc tutmaq barədə 7 yanlış stereotip
Ən çox siqaret çəkilən ölkələrin SİYAHISI
Dövlət Sərhəd Xidmətindən koronavirusla bağlı VACİB AÇIQLAMA
Amerikalı alimdən valideynlərə SOS
Gəncəyə Qafqaz dələləri gətirildi
Türk paxlavası (foto resept)
Soyuducular
Evdə güldan düzəltmək
Azərbaycan ilə Ermənistan yığmaları Avropa çempionatından kənarlaşdırıldı
Riyaziyyat və din arasındakı körpü - 1
Kolorado çayının əyrisi
Qiyməli kartof (foto resept)
Bakıda Azarkeşlər Evi açıldı
"Butoyaş" salatı (foto resept)
Baş Prokurorluq vətəndaşlara müraciət etdi
İlin astroloji təhlili – 2020-ci ilə hazır olun!
Şahzadə quşları üçün 80 təyyarə bileti aldı
Mixail Qorbaçov 20 Yanvar qırğını haqda: "Bu mənə dərs oldu"
Səyahət etməyi sevənlər üçün maraqlı hobbi
Düşmən AzTV-nin maşınını atəşə tutdu: Yaralı var
Girovlar qaytarıldı
Makron Paşinyanın davranışlarından şübhələndiyini deyir
Qadınlar üçün ev başmaqları
Bu gün Günəş tam tutulacaq
Uğursuzluğun 10 əsas səbəbi
NASA Aya gedəcək heyəti açıqladı
Hülya Avşar yenə TƏCCÜBLƏNDİRDİ-FOTO
Tayland plastik paket istifadəsinə qadağa qoydu
3 mərhələdən ibarət dəriyə qulluq
Təhlükə Azərbaycan sərhədinə yaxınlaşır
Vətəndaşların həqiqi hərbi xidmətə çağırışı başladı
Çində son səkkiz ayda koronavirusdan ilk ölüm qeydə alınıb
Şəkər xəstələrinə müjdə - YENİ DƏRMAN KƏŞF EDİLDİ
Rəngarəng hamam otaqları
Kişilər necə qadın axtarırlar?-Müzakirə
Azərbaycanda elektron hərraclar keçiriləcək
Gəlin obrazı (2)
Sahibsiz məktublar (1 və 2)
Ombasını dikləşdirmək istəyərkən ölümdən döndü
Diri toyuqların satışı məhdudlaşdırılacaq
Qız boyunun uzunluğu ilə diqqət çəkdi-FOTO
Avqustun HAVA buraxılışı
Xoruldamaqdan necə qurtulmalı?














