Mixail Qorbaçov kitabında 20 Yanvar hadisələrinin səbəbləri barədə özünün subyektiv mülahizələrini qeyd edib. O bu qanlı qırğına bəraət qazandırmaq üçün bildirib ki, hadisələrin bu şəkildə baş verməsinin əsas günahı Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olub.
“90-cı ilin yanvarından dərs götürülübmü? Şübhə edirəm: bunun sübutu erməni-azərbaycanlı müharibəsidir”.
Özünün bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan M.Qorbaçov sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini “fövqəladə şəraitin” məcbur etdiyini yazıb.
“1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqəladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı”, - deyə eks-prezident vicdanı ağrımadan yazıb.
“Azərbaycan hakimiyyəti parçalanmışdı”
Daha sonra sovetsayağı statik arqumentlərə üz tutan M.Qorbaçov qeyd edib ki, “13 yanvarda Bakıda xüliqan elementlər insan itkisi ilə müşayiət olunan kütləvi iğtişaş törədiblər”.
SSRİ prezidenti ardınca etiraf edir ki, 15 yanvarda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakıda vəziyyətin normallaşdırılması üçün təxirəsalınmaz tədbirlər barədə qərar qəbul edib. M.Qorbaçov memuarında iddia edir ki, Azərbaycan hakimiyyəti daxilində bölünmə və parçalanma situasiyaya nəzarət etməyə imkan verməyib.
“Mən Prezident Şurasının üzvü Primakovu və Sov.İKP Mərkəzi Komitəsi adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda hakimiyyət orqanlarının fəaliyyəti dayandırlıb və İranla 200 km sərhəd sökülüb”.
M.Qorbaçov yazır ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə 20 yanvar 1990-cı ildə Bakıda fövqəladə vəziyyət elan edilib.
“20 Yanvar mənə dərs oldu”
Qorbaçov 20 Yanvar qırğınının məsuliyyətini dolayısı yolla olsa da, etiraf edib.
“Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır”, - deyə Mixail Qorbaçov vurğulayıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Tanınmış aktrisa üçüncü dəfə ərə gedir
Şeymanın 16 yaşında dedikləri TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Cessika Simpson üçüncü dəfə ana oldu-FOTO
Xalçalar necə təmizlənməlidir? - Qışa hazırlaşanlara tövsiyələr
Melani Tramp plagiatda ittiham olunur
Pulu qənaətlə necə xərcləməli?
Kəndir bitkisi
Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Prezident İlham Əliyevi təbrik ediblər
Hanami
Azərbaycan atletləri Avropa birinciliyində medalların sayını 5-ə çatdırıblar
Məşhur cütlük evləndi-FOTO
Sandra Bullok gizlincə ərə getdi-FOTO
Azərbaycanda 4 bal gücündə zəlzələ oldu
Açıq havada idman etmək
Dəbli çantalar
Türk blogger hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur aktyor keçmiş xanımı məhkəməyə verdi-SƏBƏB
Küsülü prezidentlər barışdı
Prezidentin köməkçisi xarici diplomatlarla yenidən Füzulidə
Yıldız Tilbe hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-14 Sentyabr
Türkiyə kuboku: "Fənərbağça" biabır oldu!
Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisinə 8 milyon manat vəsait ayrılıb
Tükləri sapla təmizləyirsinizsə...
Cəmi 8 həftəyə artıq kilolardan qurtulmaq istəyirsiniz?
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
Qafqazlıların uzunömürlüyünün sirri kababda imiş
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI
Animasiya qəhrəmanları modern dünyada
Sərhədsiz erməni vandalizmi: Bir vaxtlar 100 min əhalisi olan Füzuli şəhəri hazırda...
20 yaşlı türk bütün İngiltərəni heyrətləndirdi
Milyarderlərin sayı rekord həddə çatıb
İrina Şeykin FOTOsu tarixinə görə diqqət çəkdi
Novruz Məmmədov “Hesabat”ın qonağı olub
İranla AEBA arasında nüvə danışıqları başladı
Gün ərzində xoşbəxtliyi necə tapmalı?
BÜRCLƏR bizə nə vəd edir?-17 yanvar
Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfədən çox azalıb
Kıvanç Tatlıtuğ xəstəxanalıq oldu-SƏBƏB
Şahzadə həyatı
Soba alarkən diqqət edin
İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Bu ölkə koronavirusla mübarizədən imtina etdi:70 ölü
Mahsun Kırmızıgül qızının FOTOsunu paylaşdı
Nəvələrlə münasibət necə olmalıdır?
Bakıda maraqlı sərgi açıldı
Dərdlərə dərman zeytun (2)
Rus Dili dərs-11
"Qalatasaray" - "Yuventus": bu necə oldu?
Ona səbəb göstərin!
- ŞƏRHLƏR