Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər. Trend-ə daxil olan təbrikdə deyilir:"Hörmətli cənab Prezident! Sizi doğum gününüz münasibətilə təmsil etdiyimiz Azərbaycanın Əhli-Beyt təmsilçiləri olan Seyid Ocaqları adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.Əsrlərdir Azərbaycan xalqının and və inam yerinə çevrilmiş Seyid Ocaqlarının nümayəndələri olaraq, Sizə ölkəmizin inkişafı və dövlətçiliyimizin bütövlüyü yolunda uğurlar diləyirik.Sizin müdrik və uzaqgörən uğurlu siyasətiniz nəticəsində ölkəmizdə siyasi və sosial sabitliyin hökm sürdüyünün şahidi olmaqdayıq. Bizlər bundan qürur duyur və ölkəmizin istər sosial, istərsə də iqtisadi baxımdan güclənməsi yolunda apardığınız uğurlu əməli fəaliyyətinizin xalqımızın milli mənafeyinə və rifahına xidmət edəcəyinə inanaraq, bu şərəfli yolda Sizə aləmlərin rəbbi olan Uca Yaradandan güc və qüvvət diləyirik.Hörmətli Ali Baş Komandan! Ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda apardığınız uğurlu xarici və daxili siyasətin doğma Qarabağ torpaqlarının düşmənlərdən tez bir zamanda azad olunmasına xidmət etdiyinin şahidi olmaqdayıq. Şəcərəsi bəlli Əhli-Beyt təmsilçiləri kimi, bizlər bu şərəfli yolda hər zaman Zati-alinizə mərhəmətli və rəhimli Uca Allah-Təaladan yardım diləyirik.Sizin ölkəmizdə milli-mənəvi dəyərlərin mühafizə olunması yolunda tutduğunuz cəsarətli mövqe biz mənəviyyat adamlarını sevindirir. Xalqımızın əsrlərlə davam edən milli, dini dəyərlərinə göstərdiyiniz himayə qədirbilən insanlarımız tərəfindən təqdir olunur. Bizlər birmənalı olaraq ölkəmizdə milli-mənəvi dəyərlərin həqiqi təəssübkeşi olduğunuzu bəyan etməyi özümüzə borc bilirik.Ötən il Sizin doğum gününüzdə məcburi köçkünləri ziyarət etməyiniz Qarabağ problemini hər zaman diqqətdə saxladığınızın və öz yurdundan didərgin düşən insanlara doğma münasibət göstərməyinizin bariz sübutudur. Uca yaradan Sizə növbəti illərdə doğum gününüzü işğaldan azad olunmuş Qarabağda, Şuşada keçirməyi nəsib etsin.Hörmətli cənab Prezident!Cəlalət və ülviyyət sahibi olan Uca Allahdan Sizə və ailənizə sağlam və uzun ömür diləyirik. Uca Rəbbimizdən şəxsinizə məmləkətimizdə birlik və bərabərliyin, insan hürriyətinin, eləcə də ölkəmizin gələcək rifahının daha da yüksəlişi naminə kömək diləyirik. Uca Yaradan daim Sizinlə olsun. Amin!"Qarabağ Seyid Ocaqları təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli, Mir Əjdər ağa ocağı, Seyid Mir Qiyas ağa ocağı, Seyid Hacı Mirhəmid ağa ocağı, Seyid Cavad ağa ocağı, Seyid Məmməd ağa ocağı, Seyid Lazım ağa ocağı, Seyid Fuğara ağa ocağı, Seyid Yusif ağa ocağı, Seyid Məşədi Muxtar ağa ocağı, Seyid Mirməhəmməd ağa ocağı, Seyid Hacı Əhməd ocağı, Seyid Xəlil ağa ocağı, Seyid Mirməhəmməd ağa ocağı, Seyid Əziz ağa ocağı, Seyid Əşrəf ağa ocağı, Seyid Səttar ağa ocağı, Seyid Miriş ağa ocağı və bütövlükdə Azərbaycanın 26 müqəddəs Seyid Ocağı bu təbrikə qoşulub.
Mənbə-Milli.AZ
XƏBƏR LENTİ
Bu gün Od çərşənbəsidir
Damalı ətəklər yenidən dəbdədir!
Qurudulmuş pomidorlu, qozlu makaron (video-resept)
Toyuq filesindən qızılgül (foto resept)
İşləyən analar üçün məsləhətlər
Metro ticarətçilərinin aqibəti necə olacaq?
İdmançımız finişə hamıdan tez çatdı
Xalq artisti yeni imicdə-VİDEO
Azərbaycanda boşananların sayı açıqlandı
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Portağallı toyuq qızarması (foto resept)
Sevimli şüşə qabımıza yeni görünüş verək
Ermənistanın Bərdəyə raket hücumunun nəticələri – VİDEO
Ayfon həvəskarlarına şad xəbər
Azərbaycanda qəribə heyvan skeleti tapılıb
Ən varlı yazıçıların SİYAHISI
Heyvanın inanılmaz faydaları
Tuba Böyüküstündən ayrıldıqdan sonra aktrisa ilə sevgili oldu
40 gün oldu
Hazal Kayanın yeni tərzi-FOTO
Bəzilər üçün müqəddəs əşya, bəziləri üçünsə adi suvenir
Ərdoğanı helikopterdən vurmaq istədilər
Nur Yerlitaş arıqlayıb belə oldu - FOTO
Ebru Şahin geyimi ilə diqqət çəkdi-FOTO
Fitovannalar
Pis xəbərlərin faydası da var
50 illik cütlük koronavirusdan öldü
Qara dəniz ölkələrinin gəncləri "Xocalıya ədalət" kampaniyasına dəstək nümayiş etdiriblər
"Kalaşnikov"un rəhbərini ABŞ-a buraxmadılar
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Münasibətdə 3 böyük xəta
Qız uşaqlarına toxunma paltarlar 2
ABŞ bunu etsə, savaş olacaq
Üzüm mürəbbəsi (foto-resept)
"Dərs vaxtı"nın 14 sentyabr cədvəli AÇIQLANDI
Çağatay Ulusoy YENİ İMİCDƏ-FOTO
Heidi Klum halloween geyimləri
Obama sərt bəyanat verdi
Saçlar sağlamlığınız haqqında nə deyir?
Burak Özçivit 14 fevralda 80 qadınla görüşəcək
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Xoruz yumurta toplayan qadını öldürdü
Alişan və Buse sevənlərinin rəğbətini qazandı
Müdafiə Nazirliyi: “Düşmən Ağbəndi atəşə tutur”
“Fənərbağça”nın futbolçusunda koronavirus aşkarlandı
Zakir Həsənov: "Düşmən vahimə içindədir"
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Azərbaycan üçün qorxulu proqnoz
Şənbə havası
Ozan Güvən xəstəxanalıq oldu-FOTO