Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti Ələsgər Ələkbərovun vəfat etdiyi gündür.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Ələsgər Ələkbərov 1910-cu ildə martın 26-da Bakıda anadan olub.
Hələ uşaq yaşlarından teatra, kinoya maraq göstərən aktyor ailəsinin narazılığına baxmayaraq məktəbdə oxuduğu illərdə tez-tez Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. Məktəbi bitirdikdən sonra 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb.
Daha sonra isə Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb.
Aktyor teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib.
1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma onların ailə həyatı uzun ömürlü olmayıb, çox keçməmiş qısqanclıq səbəbindən ailə dağılıb.
Hökumə Qurbanovadan ayrılandan sonra aktyor bir rus qızı ilə evlənib.
Ə. Ələkbərov bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb.
Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz - Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur.
"Vaqif" obrazını yaradarkən aktyor 28 yaşında olub. Ədil İsgəndərovun quruluş verdiyi tamaşa 1064 dəfə oynanılıb.
Onun 1959-cu ildə Moskvada Azərbaycan mədəniyyəti və ədəbiyyatı ongünlüyündə Vaxtanqov teatrının səhnəsində Azərbaycan Dram Teatrının kollektivi ilə birlikdə oynadığı "Otello" rusiyalı tamaşaçılarda xüsusi heyranlıq yaradıb.
Hətta həmin tamaşadan olan fotosu indi də Şekspir muzeyində saxlanılır. Tamaşaya baxmağa gələn ingilislər aktyorun rolunu o dərəcədə bəyəniblər ki, tamaşanı lentə alıblar.
Teatrın direktoru Ədil İsgəndərovla münasibətlərinin pis olması, 1959-cu ildə fəxri adın ona deyil Ədil İsgəndərova verilməsi aktyoru incik salıb. O, elə həmin ildə də öz ərizəsi ilə teatrdan uzaqlaşıb. Teatra yalnız həmin ilin sonlarında, Ədil İsgəndərov vəzifəsindən getdikdən sonra qayıdıb.
Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb.
1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.
31 yanvar 1963-cü ildə vəfat edib.
Milli.Az
XƏBƏR LENTİ
Şəfalı masaj necə olmalıdır?
Burak Özçivit və Fahriye Evcendən yeni qərar_FOTO
Sualtı aləmə səyahət-2
24 karatlıq tualet kağızı
Uşaqlara ingilis dilini robotlar tədris edəcək
Hülya Avşar efirlərə qayıdır?
Çexiyada üç yerə bölünən UNO lentə aldılar – VİDEO
Azərbaycan incisi payızın rənglərinə büründü
Mehmet Ali Erbilin gənc sevgilisi danışdı-FOTO
Masallıda "Cənnət ağacı"
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
HAVA necə olacaq?- 5 MART
Ata olmağın məsuliyyəti
Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Kosmosdan çəkilmiş ilk şəkil yayıldı
Rihanna yeni brendini təqdim edib - FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Bakının məşhur məktəbi niyə sökülür?
Messiyə nə olub?
Məşhur aktrisa hər kəsin rəğbətini qazandı-FOTO
Bakıda 15 nəfərə məzar olan binanın yanmasından bir il ötür
Məşhur aparıcının arxiv FOTOsu tapıldı
"Ağıllı" pəncərələr də yaradıldı
HAVA necə olacaq? 15-yanvar
Ağ şokoladlı biskuvit (foto-resept)
Araz çayı dondu
Arvadını ayının əlindən aldı
Yay makiyajı necə olmalıdır?
"Taxt oyunları"nın finalından danışan 30 milyon cərimələnəcək
Türkiyədə qış vaxtına keçid təxirə salındı
Yuxusuzluq üçün şəfalı daşlar
Dəbli paltolar
Ankara Papaya nota verdi
Göbələkli salat (Foto-resept)
"Pələng balası" salatı (foto resept)
Prezident Təhsil Nazirliyinin səlahiyyətlərini artırdı - FƏRMAN
2014-cü ildə Azərbaycan dövlət büdcəsinin xərcləri 25 milyard manatı ötəcək
Azərbaycanda hava kəskin soyuyur
Ancelina Coli Oğurluqda Günahlandırılır
Bu gün Səyavuş Aslanın doğum günüdür
Həqiqət acı olsa da...
Ajda Pekkan davranışı ilə təəccübləndirdi-FOTO
5 ən qorxulu reklam çarxı...
Bütün şəhər kəpənəklərlə doludur-SƏBƏB
BÜRCLƏR bizə nə vəd edir?-26 Yanvar
Onların dərsi 30 dəqiqə olacaq
Qadına şiddət olmaz!
Hava haqqında
Yenilənmiş Dodge Charger - FOTO
Bakıda ilk müsəlman qız məktəbi belə yaranmışdı...