Əgər rəsmlər, kiçik heykəllər, bədii keramika və s. mebellə uyğunlaşırsa, onlar mənzilə bəzək verər, insanların məişətinə harmoniya və rahatlıq gətirər.
Qeyd etmək lazımdır ki, müxtəlif aksessuarların üst-üstə yığılması mənzilinizi daha baxımlı etməyəcək. Öz mənzilinizi muzeyə çevirməyə çalışmayın.
Hətta ən gözəl interyer belə, şəkilsiz, akvarelsiz və ya estampsız maraqsız görünər.
Müasir mənzilin, yaxud ofisin interyerini bu bəzəmə elementləri olmadan təsəvvür etmək olmaz.
Lakin xoşunuza gələn elə ilk rəsmi əldə etməyə çalışmayın. Ən əvvəl fikirləşin ki, o sizin evinizə yaraşacaqmı?
Qonaq otağı üçün böyük şəkillər yarayar, onların ölçüsü otağın ölçüsündən və tavanın hündürlüyündən asılıdır. Burada parlaq dekorativ kompozisiyalar yaxşı görünür.
Tabloların süjetləri müxtəlif ola bilər - klassik tablolardan abstrakt tablolara kimi.
Belə böyük rəsmlər qonaq otağının sahəsini böyütməyə imkan verəcək. Bu rəsmləri kiçik çıraqlarla işıqlandırmaq olar.
Yemək otağı üçün natürmort (məsələn, güllərlə) seçmək olar. Bu rəsmlərin işlənmə texnikası müxtəlif ola bilər: akvareldən yağlı boyalara kimi.
Xollda qrafik işlər yaxşı görünür (estamplar, ofortlar, linoqravürlər). Onlar həm də fikri cəmləmək üçün iş kabinetini bəzəməyə yarayır.
Evinizin interyeri üçün rəsm seçərkən bilməlisiniz ki, «vampirlər» və «donorlar» tabloları mövcuddur. Enerjini alan işlərə abstraksionizm, konstruktivizm və eksperssionizm üslubunda işlənən rəsmlər aiddir. Enerjini verən, açıq və mülayim tonlarda çəkilmiş impressionist və realist rəssamların əsərləridir.
Otağın mühitinə rəsmlərin süjetləri də təsir edir. Dağıntılar, zorakılığı təsvir edən tablolar mənfidir. Məsələn, sınmış ağacı, yağışlı axşamı, boz qış gününü təsvir edən mənzərə kimi. Və əksinə, nikbin yaz və yay mənzərələri əhvalı gümrahlandırır, optimizm yaradır. Rəsmin rəngi də böyük rol oynayır. Bənövşəyi, göy, narıncı rənglər vampir rənglər hesab olunur. Enerjisini sarı, salat, yaşıl, belə demək olarsa, sakitləşdirən rəng və çalarlar verir.
Döşəməyə qoyulan vazalar müasir evin bəzəyinin əhəmiyyətli hissəsi sayılır. Onların hündürlüyü 40 sm-dən 70 sm-ə qədərdir. Bundan kiçik vazaları döşəməyə qoymaq uyğun deyil. Nəzərinizdə saxlayın ki, döşəməyə qoyulan vaza geniş otağı bəzəyər, amma balaca otaqda tamamilə yersizdir.
Döşəməyə qoyulan vazaları kreslonun yanında, otağın küncündə yerləşdirmək olar. Belə vazalar bütün divarı döşəmədən tavana kimi örtən pəncərənin qabağında, enli pərdənin fonunda və ya xalçada çox gözəl görünür. Lakin burada materialın fakturası və rəngi vacibdir. Belə ki, yumşaq, parlaqsız tonda naxışlarla olan vaza gözəl xalça, yaxud tünd ağır dekorativ parça ilə əla uyğunlaşır, qara, qatı-qırmızı və ya açıq yaşıl vaza isə açıq mebellə və yüngül pərdələrlə xoş təzad yaradır.
Keramikadan hazırlanan müxtəlif suvenirlər (vazalar, fiqurlar və s.) rəflərə qoymaq olar. Balaca stola bir-iki xırda əşya qoyurlar, yemək stoluna isə bir böyük vazanı, məsələn: meyvə olan vazanı qoymaq olar. Jurnal stolları üçün ən yaxşısı hündür ensiz vazaları, yaxud tamamilə yastı fincanları, boşqabları, alçaq yumru vazaları qoymaqdır.
Keramikanın ağacla uyğunlaşması xüsusi gözəllik verir. Çox vaxt pəncərə şəklində dar rəflərdən istifadə edirlər. Adətən, onları divarda bərkidirlər, məsələn: yemək stolunun üstündən. Bu cür pəncərələrə başqa şeylərin arasında itən hansısa bir suveniri, balaca vazanı, kiçik səhəngi qoyurlar.
Keramika kitab rəflərində də yaxşı görünür. Onu elə qoyurlar ki, o, kitabların kötüklərinin qabağını tutmasın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Moda brendlərini tanıyaq (2)
Sarımsaqla dırnaqlarınızı gücləndirin
Sırğalar
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Fransanın ən böyük kilsələrindən biri yanır - VİDEO
Erkan Petekkaya Nurgül Yeşilçay haqqında İLK DƏFƏ
Yeni parol beyin olacaq
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
100 ildən sonra ilk dəfə NƏHƏNG tısbağa tapıldı-FOTO
Xaş-xaşlı tort (foto resept)
BMT: May ayında İraqda 870 nəfər ölüb, 1450 nəfər yaralanıb
Günün ulduz falı
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Sağlam hamiləlik üçün 5 idman qaydası
Mariya Şarapova ərə gedir
HAVA necə olacaq?
"Uğursuz" dahilər
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
İlham Əliyev prezidentləri bir araya topladı
Məşhur cütlüyün toyu 3 fərqli ölkədə olacaq-FOTO
Sabun seçərkən diqqətli olun!
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Məşhur brend ÜZR İSTƏDİ-SƏBƏB
Peyvənd koronavirusdan qoruyurmu? - VİDEO
Sibel Canın qızı bəyənilmədi-FOTO
UEFA "Qarabağ"ın haqqını verdi
Yumşaq divan dəstləri
Qışın əvəzedilməz yeməkləri
Azərbaycanda zəlzələ olub
İbrətamiz dərslər
"Alfaxores" peçenyesi (foto resept)
1 aprel Beynəlxalq Gülüş Gününün tarixi
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilib
Hülya Avşarın 30 illik sirri
Körpələrin əlavə qidaya keçidi üçün tövsiyə olunan ərzaqlar
Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb
Araik Aratunyan: “1500 erməni bir neçə azərbaycanlı əsgərin qarşısından qaçdı”
Dünyanın ən böyük ordusunun yeni gözəlləri
Cazəbədar gəlinlik modelləri
Şahzadə Çarlzda koronavirus aşkarlanıb
Zaxarova əsirlərin dəyişdirilməsindən danışdı
"Bu il 7 dəfə tonqaldan tullanmışam" - Elza Seyidcahan
"28 May" metrosunda sakinlərin köməyinə çatacaq yenilik
Yay ayaqqabıları
Kədəri aradan qaldıran qidalar
Meyvələrdən ilham alan sənətkar
Gavalı piroqu (foto resept)
Neymar imicini dəyişdi - FOTO














