1 aprel bütün dünyada olduğu kimi, Azərbaycanda da gülüş və yumorla xatırlanır. Aprelin 1-nə aldatma günü, hiylə günü, gülüş günü deyənlər də var. Bu gün dünyanın ən ciddi insanı belə ona edilən zarafatı xoş qarşılayır. Məhz bu gün aprelin 1-i insanlar bir-biriləri ilə zarafatlaşır, biri digərini aldadır. Qısacası, bu gün hamı çalışır ki, ətrafındakı insanların üzündə təbəssüm yaratsın.
1 aprelin yaranması haqda versiyalar...
1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.
Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar.
Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi.
Bu günü xoşbəxt olmayan gün sayanlar da var
Almaniya və Avstriyada aprelin 1-i xoşbəxt olmayan gün sayılırmış. Hesab edirlərmiş ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Ona görə ki, aprelin 1-də İsa Məsihi satan İuda anadan olub. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.
1 aprel Azərbaycanda necə qeyd olunmağa başladı?
1 apreli gülüş günü kimi qeyd etmək Azərbaycana SSRİ-dən xatirə qalıb. Hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır.
Mətbuatda edilən məşhur zarafatlar
Mətbuat da 1 apreldə zarafatsız keçinmir. Bəzi zarafat-xəbərlər güldürsə də, kimlərsə zarafat xəbərlərə xeyli təpki göstərir. 1957-ci ildə BBC-nin ən ilginc xəbər proqramı olan “Panorama” havaların isti keçməsi səbəbi ilə ağaclarda spagetti yetişməyə başladığını deyib. Tezliklə televiziyaya çoxsaylı telefon zəngləri daxil olmağa başlayıb. Telefonu açan BBC yetkililəri də zəng edənlərə tam ciddi şəkildə “bir qutu tomat, sosiskalı spaget əkin və tutması üçün dua edin” məsləhəti veriblər. Sonda bunun bir zarafat olduğu məlum olub.
1962-ci ildə isə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının 1 aprel proqramına çıxan bir texnoloq televizorun ekranına bir qadın neylon corabı keçirməklə tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib.
1998-ci ildə “Burger King” “USA Today” qəzetinə verdiyi elanda solaxaylar üçün xüsusi hamburger hazırlandığını bildirib. Elanda deyilib ki, ölkədəki 32 milyon solaxay üçün hazırlanmış həmin hamburgeri rahat yemək üçün o, 180 dərəcə fırlanır. Sonradan bunun 1 aprel zarafatı olduğu deyilsə də, günlərlə xeyli sayda müştəri həmin hamburgerin dadına baxmaq üçün “Burger King”ə axışıb.
1977-ci ildə ingilis “The Guardian” qəzeti Hind okeanında uydurma San Şeriff respublikasının 10-cu ildönümünü qeyd etmək üçün 7 səhifəlik xüsusi buraxılışla çıxıb.
1992-ci ildə sol təmayüllü NPR radiosu 1 aprel sayında Riçard Niksonun “Pis bir iş görmədim və bir daha pis bir iş görməyəcəm” şüarı ilə prezident seçkilərində namizəd olduğunu açıqlayıb.
1995-ci ildə “Diskover” dərgisi 1 aprel sayında “Aprille Pazzo” adlı bir bioloqun Antarktidada kəlləsi yastı sümüklərdən ibarət və pinqivinləri yaxalamaq üçün buzu böyük bir sürətlə əridən yeni bir heyvan nəsli kəşf etdiyini xəbər verib. Almaniyanın Schlesvig-Holstein əyalətindəki bir radio sürücülərdən Rader körpüsünü keçərkən 5 avro hazırlamalarını istəyib.
İsveçrəli bir şirkətin bu körpünü satın aldığını və bayram günləri körpüdən keçid haqqı alınacağı xəbərini yayan radio əyalətin rəhbəri Heide Simonis, çox sayda siyasətçi, polis məmurları və ADAC avtomobil klubundan da dəstək alaraq onların açıqlamalarına yer verib. Lakin bu da bir zarafat olub.
Könlümüzü xoş tutmaq, əhval-ruhiyyəmizi yüksəltmək, mənfi enerjidən azad olmaq üçün gülüş ən yaxşı vasitədir. Odur ki, bu gün edilən zarafatlardan inciməyərək gülün və yumorla cavab verin.
Milli.Az
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR