Mən müəllim ailəsində anadan olmuşam, yəni həm anam, həm də atam müəllim olub. Hələ bu azmış kimi babam, əmilərim, dayılarım - hamısı müəllimlik fəaliyyəti ilə məşğul olublar. Amma qəribəsi budur ki, heç vaxt ziyalı ailəsinə mənsub olmağımla fəxr etməmişəm. Daha doğrusu, fəxr edə bilməmişəm və ən qəribəsi isə odur ki, müəllim ailəsindən olduğum üçün həmişə mənə yuxarıdan aşağı baxıblar. Valideynlərimin nə işlə məşğul olduğu ilə maraqlananda isə hamının bir cavabı olub: “Müəllimdir də, acından ölən müəllim”. Bu sözlər ömrüm boyu qulaqlarımda cingildəyib. Valideynlərimin bizi necə əzab və məhrumiyyətlərlə böyütdüklərini məndən yaxşı heç kəs təsvir edə bilməz. Ona görə də bu şərəfli və məsuliyyətli peşəyə lap uşaqlıqdan nifrət etmişəm. Ona görə nifrət etmişəm ki, o günləri bir də həyatımda yaşamayım. Mən çəkdiyim əzab-əziyyəti övladlarım çəkməsin. Evimiz məktəbi xatırladardı. Təsəvvür edin ki, qohumlarımız bizə qonaq gələrdilər və ancaq dərsdən, dərs bölgüsündən, məktəb rəhbərliyinin haqsızlığından danışardılar. Bir də çatışmazlıqlar. Bəlkə də bu sənətə nifrət etməyimin səbəbi bununla bağlı idi. Amma ən əsas səbəb isə barmağımdakı döyənək idi. Məktəbi bitirməyimə az qalırdı. Test imtahanları hələ yeni tətbiq olunmağa başlayırdı. Şəhər uşaqlarından fərqli olaraq biz – kənd uşaqları testin nə olduğunu, necə işləndiyini bilmirdik. Müəllimlərimiz əllərindən gələni edirdilər ki, şagirdlər imtahanda öz biliklərini lazımınca nümayiş etdirə bilsinlər. Bizim sinif uşaqlarından Fərman kimyaya aid test tapşırıqları kitabçası əldə etmişdi. Sinfə gətirəndə hamının marağına səbəb oldu. Kitabça əl-əl gəzdi. Təbii ki, istəyən də çox oldu. Uşaqlar Fərmandan xahiş etdilər ki, onlar üçün də kitabça gətirsin. Pulunu da verəcəklər. Siyahı tutuldu. Hamının adı yazıldı, təkcə məndən başqa. Çünki evdəki vəziyyəti bilirdim. Bilirdim ki, mənə üç min manatı (o vaxtkı pulla) verə bilməyəcəklər. Ona görə istəmədim.
Nəhayət, test kitabçaları gəldi. Bütün sinfə paylandı, məndən başqa. Sinfin əlaçı şagirdi idim. Müəllimlərin sevimlisi! Mənim kitabça almamağım hamını təəccübləndirdi. Uşaqlar hərə bir söz dedi: "Özünə arxayındır", "Testi neyləyir, bilir ki, qəbul olacaq!", "Bizim kimi deyil ki!" Amma əsl səbəbi heç kim bilmədi, demədim. Özümə sığışdırmadım bunu. Heç valideynlərimin də xəbəri olmadı. Kimdənsə kitabçanı baxmaq üçün istəyə bilmirdim. Daha doğrusu, necə istəyəcəyimi bilmirdim. Elə bu zaman sinif yoldaşım Adilə mənə yaxınlaşdı: "Sənə bir işim düşüb, amma heç kim bilməsin." Təəccübləndim. Maraq məni bürüdü. Çünki Adilə, adətən, mənə yaxınlaşmazdı. Bəzən salamı da dilucu verərdi. Onun öz “kruqu” var idi. İndi mənə yaxınlaşıb belə deməsi maraqlı idi. Kənara çəkildik. Pıçıltı ilə: "Test kitabçasını sənə versəm, cavabları mənim üçün yazarsan?" Sevincimdən özümü itirdim. Çünki bayaqdan kitabçaya baxmaq istəyirdim. Amma kimdən istəyəcəyimi bilmirdim. İndi Adilənin belə deməsi mənim üçün göydəndüşmə oldu. Nə deyəcəyimi bilmədim. Susduğumu görən Adilə: "Yazmaq istəmirsənsə..." Tez-tələsik dilləndim: "Yazaram, niyə yazmıram." "Səhər verərsən." "Yaxşı". "Amma heç kim görməsin ha!" Bunu deyib əlindəki dəftərin arasında gizlətdiyi testi gizlincə mənə verdi. Alıb tez gizlətdim. Uçmağa qanadım yox idi. Evə gəldim. Paltarımı dəyişib, yemək yeyən kimi tapşırıqları həll etməyə başladım. Bu zaman ağlıma qəribə fikir gəldi: kitabı bütövlükdə köçürtmək! Bütün gecəni yazdım. Bütün gecəni! Səhər dərsə getmək üçün məni yuxudan güclə oyatdılar. 16 yaşlı uşaq üçün bütün gecəni yatmayıb yazmağın necə əzab olduğunu özünüz təsəvvür edin! Məktəbə gəldim. Testi cavablarla birlikdə Adiləyə qaytardım. Heç “Sağ ol” da demədi. Mən də incimədim. Dərsdə otura bilmədim. Yuxu məni aparırdı. Həm də barmağım ağrıyırdı, şişmişdi. Yazı yaza bilmədim. Çünki sağ əlimin orta barmağı döyənək olmuşdu! İcazə alıb evə gəldim. İndi də o döyənək barmağımdadır.
Bircə onu deyim ki, sinfimizdən ali məktəbə təkcə mən qəbul oldum! Ali məktəbə hazırlaşanda özüm-özümə söz vermişdim ki, nə olursa-olsun müəllim olmayım. Amma heyhat, sən saydığını say, gör fələk nə sayır. Fələk mən saydığımı saymadı. Bu bəlkə də həyatın bir istehzası idi. Mənim və valideynlərimin hər cür müqavimətinə baxmayaraq müəllim oldum. Fikirləşməyin ki, peşmanam. Əksinə, indi sevirəm bu peşəni. İndi valideynlərimi daha yaxşı başa düşürəm. Başa düşürəm ki, az əməkhaqqı almalarına, hər cür çətinliklərə baxmayaraq, onlar da seviblər bu sənəti. Bəlkə də bu bir alın yazısıdır. Mən indi “Müəllim olmaq istəyirəm” deyən şagirdlərimə bir cavabım var: ”Düşünün! Çünki bu peşə şərəfli olduğu qədər də çətin və məsuliyyətlidir!”
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Onlar Azərbaycan xalqından üzr istəməlidir"
Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş var"
Günün ulduz falı
Vladimir Putin Azərbaycan - Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi
Günün qoroskopu: əlavə iş götürməyin
Xalq qəhrəmanının ölümündən 47 il ötür
Bakının küçələrindən biri dəyişir - XƏRİTƏ
Xına haqda nə bilirik?
Fəlsəfi fikirləri ilə tilsimləyən film
Ev üsulu coco star (foto-resept)
Tufan “Neft daşları”nda faciəyə yol açdı
Eyni paltar fərqli görüntüdə
Təhsil naziri Gənc Müəllimlərə xitab etdi
Günün ulduz falı
Heyva mürəbbəsi (foto-resept)
Seçim paradoksu
Oruc tutanlar imsaqda çay içməsinlər
Pasport və şəxsiyyət vəsiqələrini itirənlər xərcə düşəcək - YENİ RÜSUMLAR
Bu günün hava proqnozu
28 yaşlı bu qız 4 dəfə xərçəngə tutulub-FOTO
Məşhur aktrisa tənqid olundu-SƏBƏB/FOTO
Bakının ən hündür zonasında çatlar yarandı
Müəllimlərin bəzək əşyalarına – Qadağa
Yemək görünüşlü üzüklər
02.02.2020 tarixində nələr BAŞ VERƏCƏK? - Min ildə bir yaşanacaq HADİSƏLƏR/VİDEO
Yay heyvanlar üçün nə deməkdir?
Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib - RƏSMİ
BÜRCLƏR bizə nə vəd edir? - 26 APREL
"Bakı-2015"ə azı 20 ölkə rəhbəri gələcək
Hamiləlik zamanı burun qanaxması
Aprelin ilk günü hava necə olacaq?
Ulduz cütlük koronavirusa yoluxdu
Yeni il üçün "Kainat" tortu (foto-resept)
Məşhur müğənni İlk Dəfə Ana oldu-FOTO/VİDEO
Günün qoroskopu: ən yüksək maneəni də dəf etmək olar
Daha bir serial erkən bitdi
Türkiyədən Qarabağ BƏYANATI
Xətai rayonunda qaz problemi olacaq
Türkiyənin sabiq prezidentinin ölüm xəbəri yayıldı
Günün qoroskopu: Stressdən uzaq olun!
Ramazanın 15-ci gününün duası
İtmiş şəhərlər
Ancelina Coli yenə övladlığa uşaq götürür
Nazirlik mobil operatorları məhkəməyə verməkdə israrlıdır
Bitki çayları ilə arıqlama("Qadın.netlə birgə arıqla" layihəsi çərçivəsində)
Monika Belluçidən FOTOsessiya
Qarabağa qoşun yeridilir?
Gündəlik geyimlər
Yuxular və yuxuyozmalar (9)
Bu rayonlarımıza qar yağıb















- ŞƏRHLƏR