Qoç - işgüzar məsələlərin həlli üçün uğurlu gündür. Yaşam potensialının səviyyəsi yüksəkdir, enerjiniz və ruhi qüvvəniz çoxdur. Uğura nail olmaq üçün bütün komponentlər var.
Yeni, çətin və mürəkkəb işlər peyda olur. Fəqət, çəkinməyin və narahat olmayın: həmin işlərin öhdəsindən gələcəksiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin. Hansısa şəxs, hadisə və ya nəsnə sizə mane olmamalıdır.
Köçmək, təmirə başlamaq, şəraiti dəyişmək olar.
Ailəniz və yaxınlarınız üçün faydalı nə isə etmək şansını əldən verməyin. əməyinizin bəhrələrindən razı qalacaqsınız.
Dəvət aldığınız tədbirə yollanın, orada aktiv iştirakçı olun.
Yeni tanışlıq istisna deyil.
Buğa - bu gün böyük uğurlara nail olmaq xeyli çətinləşib. Bədxahlarınız və maskalanmış düşmənləriniz irəliləyişinizin qarşısını almaq üçün əllərindən gələni edirlər. Başa vurduğunuz işin və bitirdiyiniz səylərin nəticələrini mənimsəmək istəyənlərə mane olun.
Gün çox yorucu, emosional baxımdan mürəkkəbdir.
Axşam saatlarına yaxın sizi ən kiçik məsələ, ən xırda olay təbdən çıxara bilər. Münaqişələrə rəvac olmamaq üçün təmas dairənizi məhdudlaşdırın.
Günün ikinci yarısından təhsil, bilik və bacarıqların artırılması, təcrübə bazasının genişləndirilməsi üçün istifadə etmək olar. Əqli əmək sizi sevindirməklə yanaşı, konkret nəticələr də verəcək.
Əkizlər - emosional yön baxımından olduqca əlverişsiz gündür. Sakit və səbrlə davranmaq asan deyil. Əhvalınız kəskin şəkildə dəyişə bilər.
İşdə həmkarlar və rəhbərliklə problemlərin yaranması istisna deyil. Hadisələrin belə arzuolunmaz məcrada baş verməməsi üçün emosiyaları işgüzar maraqlardan ayırın.
İş yoldaşlarınızla qaba və aqressiv davranmayın.
Günün ikinci yarısında məqsədə çatmaq üçün hiyləyə əl atmayın. Hiyləgərlik etsəniz, uğura nail ola bilərsiniz. Amma unutmayın ki, belə davranışın çox ağır nəticələri və fəsadları ola bilər.
Xərçəng - həmkarlar və işgüzar tərəfdaşlarla bir sıra məsələləri həll etmək, münasibətləri rəvanlaşdırmaq üçün əlverişli gündür. Gün asan deyil. Lakin vaxtınızı hədər itirməsəniz, məhsuldar ola bilər. Diqqət və sayıq davranış tələb edən işlər müxtəlifdir.
Onları həll edə bilərsiniz. Müstəqil şəkildə düşünməli, hərəkət etməli və suallara cavab tapmalı olacaqsınız.
Yaxın ətrafınızdakı insanlarla münasibətlər normal olacaq. Haqlı olduğunuzu sübut etməyə lüzum yoxdur. İdeyalarınız rəğbətlə qarşılanacaq.
Qətiyyətli və təşəbbüskar olun.
Şir - pozitiv təmayüllərin təsiri güclüdür. İşgüzar aktivliyiniz yüksək olsun ki, uğurlara bel bağlaya biləsiniz. İşdə mövqeləriniz möhkəmlənə bilər. Təşəbbüskar olun, nəyə qadir olduğunuzu göstərin. Maraqlı ideya və təkliflərlə çıxış edin, lider məziyyətlərinizi göstərin, təşkilatçılıq məharətinizi nümayiş etdirin.
Unutmayın ki, işdəki irəliləyişinizin bundan sonrakı durumunun asılı olduğu insan sizi diqqətlə müşahidə edir.
Xırda problemlərə həddən ziyadə diqqət verməyin. Gündəlik məişət qayğıları sizi pərişan etməməlidir. Hər şeyə sadə yanaşın, gözütox olun və ən başlıcası - çətinliklərdən qorxmayın.
Qız - peşəkar müstəvidə uğurlarınız və nailiyyətləriniz böyük olmayacaq. Çox fikirləşməyin, yoxsa fəaliyyət üçün vaxt az qalacaq. Başqasının əməllərini təkrarlamayın. Müstəqil addım atın, öz yolunuzu gedin. Maliyyə durumunuzda yaxşılaşma ola bilər.
Alış-verişdə bədxərclik etməyin.
Sevdiyiniz insanla münsibətlərdə sərt davranmayın. Ən kiçik, ilk baxışdan önəmsiz səbəbdən münaqişə yarana bilər.
Sakit olun, toxtaq davranın.
Məntiq və şüurunuz emosiyaları nəzarətdə saxlasın.
Münasibətləri və təmasları təhlükəyə atmayın.
Tərəzi - iş üçün çox yaxşı gündür. İşgüzar fəallıq yüksəkdir, çox işləri başa vura bilərsiniz. Səhvlərə yol verməyin, məğlubiyyətsiz taktika gəlişdirərək ondan yararlanmağa can atın. Parlaq ideyalarınızı yaxın ətrafınızdakı insanlarla bölüşməyə can atırsınız. Əməyiniz və səyləriniz diqqətsiz qalmayacaq. Ödül səxavətli olacaq.
Münaqişələrin çözülməsi, problemlərin həlli, mürəkkəb suallara cavabların tapılması üçün yaxşı vaxtdır.
Uzaq səfərlərə, tənha səyahətə çıxmaq olmaz.
Romantik görüş pis keçməyəcək, amma gözləntilərinizi doğrultmayacaq.
Əqrəb - uğurlu gündür. Çətinliklərin öhdəsindən gələcəksiniz. Özünüzə inamı itirməyin. Bu gün uğur üçün yetərincə imkanlarınız var.
Sövdələşmə, maliyyə əməliyyatlarının aparılması üçün əlverişli gündür. Xərclərin əksər hissəsi ailənin tələbatının ödənməsi ilə bağlıdır. Xəsislik etməyin.
Ailə üzvlərinin, sevdiyiniz insanların xoş emosiyaları, sevinci hər şeyə dəyər.
Günün ikinci yarısı konfrans, seminar və ya analoji tədbirə dəvət ala bilərsiniz. Həmfikir olduğunuz insanı asanlıqla ümumi işə cəlb edə bilərsiniz.
Amma unutmayın ki, pozitiv təmayüllərin güclü olmasına rəğmən, düşünülməmiş addımlar atmaq gərək deyil.
Təmkinli olun, "ağır oturub batman gəlin".
Oxatan - münbit emosional fona malik gündür. Yaxşı əhval-ruhiyyədəsiniz. Kiçik problemlərdən təşvişə düşərək kefinizi pozmayın.
İşdə əhəmiyyətli uğur qazana bilərsiniz. Rəhbərliyin rəğbətini qazana bilərsiniz.
Əvvəllər səlahiyyət dairəsinə daxil olmayan işlərlə məşğuliyyət ehtiyacı yarana bilər.
Yeni və faydalı biliklər, bacarıqlar əldə etmək üçün əlverişli vaxtdır.
Xoş təəssürat bağışlamaq istədiyiniz insanla axşam saatlarında görüşə bilərsiniz. Səlis olun, nə demək istədiyinizi bilin, söylədiyiniz ifadələrin fərqinə varın.
Oğlaq - dostlarla ünsiyyət və birgə fəaliyyətin intensivləşdirilməsi üçün yaxşı gündür. İşləmək əvəzinə düşünməyə və xəyallara üstünlük verməyin. Fəaliyyətinizə bir qədər ara verin, amma istirahət uzun çəkməsin. İşgüzar səfərlər üçün əlverişli vaxtdır.
Evdən uzaqda əlverişli alış-veriş edə bilərsiniz.
Qohumlarınız arasında bir şəxsin təcili yardıma ehtiyacı var. Köməyinizi əsirgəməyin. Məsləhətlərin sayını artırmayın. Əks təqdirdə ətrafınızdakı şəxslərdə qıcıq yarada bilərsiniz.
Dolça - tənbəl və ətalətli olmayın. Başladığınız işi tamamlayın. Təxirəsalma istəyi nə qədər güclü olsa da, emosiyalara uymayın.
Zəifliklərinizin əsiri olmayın, məntiq və "hədd hissi"ni unutmayın.
İzafi işlərə başlayaraq özünüzü yormayın.
Günün ikinci yarısında planlaşdırılmış şəkildə hərəkət edin.
Yaxınlarınıza yardım edin. Həssas olun. Hətta kimsənin dil tapmadığı insanlarla belə, ortaq məxrəcə gələ bilərsiniz. Asanlıqla güzəştə getməyin. Çünki çox yumşaq olsanız, sonradan yerinə yetirilməsi çətin öhdəliklər məngənəsində qala bilərsiniz.
Axşam saatlarında istirahət edin.
Balıqlar - bir neçə gün əvvəl əvvəl başladığınız işi başa vurun. Təxribatlara uymayın. Yeni işlərə başlamayın. İndiyədək qüvvənizi sınamadığınız sahələrdə yeniliklər etməyə cəhd göstərməyin. Başqalarının səhvlərindən nəticə çıxarın. Yanlışlıqlığa yol versəniz, səhvlərinizi nəzərdən keçirin.
Dost ünsiyyəti və təmaslar üçün əlverişli gündür. Səfərlər planlaşdıra bilərsiniz. Səyahət və yol macərası uğurlu ola bilər.
Təmirə başlamaq, daşınmaz əmlak almaq üçün əlverişli gün deyil.
Yaşam potensialı yüksəkdür.
Axşam saatlarında istirahət edir
XƏBƏR LENTİ
Merve Bolğur bütün dostlarını sildi
Daha bir ölkə İŞİD-i vuracaq
Biz niyə dəyişə bilmirik?
Eyeliner çəkilmə qaydası
Gündəlik salat (foto resept)
Uyğun cütlüksünüzmü?
Ev üsulu pilinq
Ölkələrə görə gəlin və bəy
"Məni unuda bilməzsiniz" yaylıq kolleksiyası
Sneyder üsyan etdi
Nazarbayev yenə prezident oldu
Kabaklı toyuq kababı (foto resept)
Yeriş qaçışdan yorucudur
Uğurlu ünsiyyət üçün
Azərbaycanın poçt xidmətində yenilik
Futbolçulara dəstək vermək üçün bunu etdi-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 27 fevral
"WhatsApp" sərhədini genişləndirdi
Yaponiyada koronavirusun ikinci dalğası barədə XƏBƏRDARLIQ
İki əsgərlə erməni postunu alıb adını Sumqayıt qoyan şəhidimiz - VİDEO
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri keçiriləcək
Polad Bülbüloğlunun ad günüdür
Quru dərini nəmləndirməyin yolları
Adınızın baş hərfinə görə sevgi
Albalı keksi (foto resept)
Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq
Böyürtkən xərçəngin qarşısını alır?
Günün qoroskopu:Sevdiklərinizə dəyər verin!
Bu qəsəbələr içməli suya həsrət qalacaq
Azərbaycan Tibb Universitetinin yeni təmir olunmuş yataqxanası istifadəyə verilib
DÇ-2014: Hollandiya Meksikaya, Kosta-Rika Yunanıstana qarşı
Nə qədər diqqətlisiniz?
Millimizin futbolçusu türk klubundan qovulub
Məktəb ayaqyolusundan kamera çıxdı – VİDEO
Ronaldunun tibbi testləri həkimləri heyrətləndirdi
Bakıda tank mərmisi tapıldı.
İşğal altında olan Qarabağdan ən son fotolar
Nanotexnologiya və mikrodünyalardakı yaradılış-2
Azərbaycan neftinin qiyməti 46 dolları keçdi
Hərbçilərin pensiya yaşı dəyişdirilə bilər
Hamilə qadınların mənəvi qidaları
HAVA necə olacaq?-17 yanvar
BÜRCLƏR bizə nə vəd edir? - 8 MAY
Cəbrayılın işğaldan azad olunan kəndlərinin görüntüləri - VİDEO
Qarabağda müharibə qızışa bilər
Körpələr musiqini necə anlayır?
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Qadınların kişilərdə axtardığı...