Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 27 il ötür.
Qadin.Net xəbər verir ki, ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.
Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Erməni mənbələrinin məlumatlarına görə, şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi. Erməni silahlı birləşmələrinin tərkibində hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.
Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.
Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Eyni zamanda, Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib. Dağıdılan tarixi məkanlar arasında Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin , Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə-neçə digər abidə var.
Ümummilli lider Heydər Əliyev Şuşanın tarixi əhəmiyyətini belə səciyyələndirirdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 27 ildir Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Amma bu, belə davam edə bilməz. Xalqımız əmindir ki, Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı Şuşa nəyin bahasına olursa-olsun düşmən tapdağından azad ediləcək. Ulu Öndərimizin dediyi kimi, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yaz havası olacaq
Körpə haqqında doğru bildiyimiz 10 yanlış
Məşhur müğənni paylaşdığı FOTO ilə diqqət çəkdi
Yol polisinə sürücüləri təqib etmək imkanı tanıyan qanun təsdiqləndi
Kosmosdan Qütb parıltısını çəkərkən gözlənilməz mənzərə ilə üzləşdi – VİDEO
Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Avropa Oyunları Parkının açılışında iştirak ediblər
Qulaqcıqlarla gələn bəla
Maraqlı və lazımlı məsləhətlər (1)
Dünyada ilk dəfə - Şəffaf televizor istehsal edildi
Ankara Papaya nota verdi
İsrailin Ərdoğan şikayəti
Spirtli içkilər haqqında
Azərbaycanda Ermənistan mənşəli məhsullar satılır?
Bakının harası sökülməyəcək?
Kabaklı olladilər(foto resept)
17 dərəcə isti olacaq
3 yaşlı körpəni "ölüm yuxusu"ndan bu mahnı oyatdı-VİDEO
Hacılar vətənə qayıdır
Banalı dondurma (foto resept)
Diz ağrısının səbəbləri
Azərbaycanda verilən rəqəmsal imzaların sayı artıb
Toyuqlu-düyülü piroq (foto-resept)
Bakıda avtomobillərin evakuasiyası ilə bağlı YENİLİK
Dərslər sentyabrın 18-dən başlayacaq? - RƏSMİ CAVAB
Bu qidalar sizi qrip olmağa qoymayacaq
YouTube böyük miqdarda cərimə ödəyə bilər
Bədbəxt və bir o qədər də xoşbəxt: Fineas Qeydc
Dünyanın ilk “ağıllı” corabı hazırlandı
Dənizi xatırladan dekorasiya
Ehtiyatlı olun: Facebook-un 800 min istifadəçisi yeni virusun qurbanı oldu
Düşmən helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırıldı
"Azercell" abunəçilərinə xəbərdarlıq
2014-cü ilin ziyafət geyimləri
Obama və xanımı bu dəfə film çəkəcək
İstirahət günü Azərbaycanda hava necə olacaq?
Uşaqları müsbət davranışlara necə alışdırmalı?
Hipnoz haqqında doğru bilinən yalnışlar
Kamran Əliyev yeni vəzifəyə təyin edildi
Azərbaycan hökuməti "Elektron xidmət növləri siyahısı"na əlavələr edib
Mənim bağçamın gülləri
Mənim əl işlərim
Turmalin
Putin Ermənistana yaşıl işıq yandırdı
Tuba Büyüküstün Nyu-Yorkda ev alır-FOTO
Gözəlliyin 10 sirri
Ceniferin çəkildiyi film məhkəməlik oldu-SƏBƏB
iPhone ümidləri doğrultmadı
Oğlanları bir-bir göldə boğan möcüzə gəlin
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhur aktyor Dünyanın Ən Yaraşıqlı Kişisi seçildi-FOTO















- ŞƏRHLƏR