Təhsil Nazirliyi orta məktəblərdə həftənin cümə gününə düşdüyü üçün dərslərin sentyabrın 15-dən deyil, sentyabrın 18-dən - bazar ertəsi günündən başlanılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, dərslər sentyabrın 18-dən deyil, 15-dən başlayacaq.
Nazirlikdən əlavə edilib ki, Azərbaycanda tədris ilinin başlanılma tarixi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib.
Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. Buna görə də bu il də 5 günlük tədris həftəsi ilə təhsil alan şagirdlər dərslərinə sentyabrın 15-də başlamalı, 2 günlük fasilədən sonra, yəni sentyabrın 18-dən tədrislərinə davam etməlidirlər.
6 günlük tədris həftəsi ilə təhsil alanlar isə sentyabrın 15-i və 16-da dərs məşğələlərində iştirak etməlidirlər.
Nazirlikdən o da qeyd edilib ki, hər bir dərs ilində şagirdlər üçün tətil günləri müəyyənləşdirilir. 2017-2018-ci tədris ili üçün müəyyənləşdirilmiş tətil günləri 16-20 noyabr (5 gün payız tətili ), 27-31 yanvar (5 gün qış tətili), yalnız ibtidai siniflərin şagirdləri üçün 1-5 maydır (5 günlük əlavə yaz tətili).

XƏBƏR LENTİ
Azərbaycanda cinayət işi açılan koronavirus xəstələrinin sayı bilindi - RƏSMİ
Müəllimlərin işə qəbulu üzrə müsahibənin - NƏTİCƏLƏRİ
Uber maşın yerinə velotaksi göndərəcək-FOTO
Yaponiyaya gələn turistlərə pul veriləcək
Qar dənələrinin sehri
Qat-qat xəmirli "Mütəkkə" (foto-resept)
5 ildə 22 ölkə və 80 şəhər gəzdilər
Dövlət Komitəsi: Ramazan təqvimi ilə bağlı pozuntular araşdırılacaq
Dünyanən ən məşhur müzeyi yanıb kül oldu-FOTO
Qabaq kotleti (foto resept)
Stəkanlar üçün hörmələr
Alçanı apreldə 320 manat, yayda 50 qəpik edən səbəblər
Bu gün “İKT Qızlar günü”dür
Uşaqlar üçün bez alan valideyinlərin diqqətinə
Zəlimxan Yaqubdan son xəbər
Qızardılmış meyvə piroqu (foto resept)
Azərbaycanda zəlzələ olub
Vulkan külçəsi (foto resept)
Gözəl geyim nümunələri
Öd kisəsi daşı haqqında bilmədiklərimiz
Qarabağa səyahət (2)
"iPhone 5" köhnəlmiş qurğular siyahısında
Dünyada ilk dəfə: nəhəng ilana könüllü yem olacaq
Rusiya erməniləri bir ildə iki dəfə yoxsullaşdırıb
Könül sevən göyçək olar...
Yeni trend: Üzüklü çantalar
Milli Qəhrəman Namiq Allahverdiyev
HAVA necə olacaq?-16 Sentyabr
Nusret 47 min uşağı restoranında qonaq etdi - FOTO
Sarımsaq qida zəhərlənməsi riskini azaldır
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
Günün qoroskopu: hər vədə inanmayın
İrəvanın son ümidi ölür
Bakıda bu gün məşəl hansı yollarla daşınacaq? (ÜNVANLAR)
Almaniyanın Ermənistandakı səfirindən Qarabağ AÇIQLAMASI
Mehriban Əliyeva qaçqın ailələrini sevindirdi
Qaymaqlı-meyvəli tort (foto resept)
Şəkil çəkmək üçün praktik üsullar
Danışıqlar nəticə verməsə...
Sərnişin təyyarəsi yerə çırpıldı: alov bürüdü - VİDEO
Hələ doğulmayan övladının adına hesab açdı
Yay üçün ayaqqabılar
Bilərəkdən orucu pozmağın bədəli...
Sadə Truffle (foto resept)
Vitamin çatışmazlığının 3 əlaməti
100 yaşını həbsxanada keçirəsi oldu - FOTO
Məşhur aktrisa ilk dəfə geyim kolleksiyası hazırladı
İşğaldan azad olunan Mincivanda son vəziyyət... - VİDEO
Səhər ilıq su içməyiniz üçün 4 səbəb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
