Əvvəllər o qədər maraq kəsb etməyən cins geyimlər sonradan hər zamanın dəbinə çevrilib. Və bu gün çoxumuz gündəlik həyatımızda daha çox cins geyimlərə üstünlük veririk.
İlk dəfə XVIII əsrdə Fransada meydana gələn cins geyimlər o dövrdlərdə denim adlanırdı ki, bu da Nim (Nimes) şəhərinin adı ilə bağlı idi. Bu gün istifadə edilən cins şalvarlar isə ilk dəfə 1850-ci ildə Kaliforniyada fəhlələr üçün tikilmişdi. Alman əsilli Levi Strauss tikdiyi şalvarları Levis adı ilə satırdı. Çox qısa zamanda möhkəmliyi və çirki gizlədə bildiyi üçün cins şalvarlar hər zaman üstünlük verilən fəhlə paltarlarına çevrildi. Strauss tərfindən tikilən ilk cins şalvarlar qəhvəyi rəngdə idi. II Dünya müharibəsi illərində xüsusiə fabrik işçiləri tərəfindən istifadə edilən cins şalvarlar 1950-ci ildən Amerika gəncliyinin məhşur mədəniyyətinin simvoluna çevrildi. "Cins" adı 1960-cı ildə marka olaraq qeydiyyata alındı. Bu gün ən bahalı cins şalvarın qiyməti Nyu-Yorkda 4000 dollardır. Qiymətin belə bahalı olması cinsin parçası ilə bağlı deyil, əsas qiymət düymələrə verilir. Belə ki, əgər cinsin düyməsi gümüşdürsə 1000, qızıldırsa 1500, almazdırsa 4000 dollara başa gəlir.
Zaman keçdikcə cinslərin də saxtaları bazarı bürüməyə başladı. Təbii cinslər təbii mühitdə, heç bir kimyavi maddə istifadə edilmədən yetişdirilən pambıqdan alınır.
1960-cı illərdən bütün firmalar dar cins şalvarlar istehsal etməyə başladı. Alman alimi Bronenin fikrincə, bu da bir siyasət idi. "Cins geyimlər əvvəllər fəhlə paltarı idi, sonradan varlı-kasıb hamı cins geyinməyə başladı. Sonra dar cins şalvarların istehsalı subut etdi ki, bu, insanlığa qarşı bir siyasətdir".
Belə ki, dar cinslər damarları sıxaraq müxtəlif xəstəliklərə, bel və mədə bölgəsini həddən artıq sıxaraq qastrit, mədə yarası kimi xəstəliklərə səbəb olur. Amma bütün bunlara baxmayaraq, tərkibi nə qədər dəyişdirilsə də, nə qədər darlaşdırılsa da, cins bu gün də dəbin ayrılmaz hissəsidir. Çünki hər kəs bilir ki, cins qarışıq olsa da, pambıqdır, uzunömürlüdür və rahatdır. Bununla yanaşı cins geyimlərin baxımı da sadədir. Yuyarkən tərsinə çevirməyiniz, cinsin rəngini də qoruyur. Cins şalvarları ütüləməyə də ehtiyac yoxdur. Çünki cinsin əziyi və ya hamarı fərq etmir.
Amma mütəxəssislərin fikrincə, beli aşağı olan və həddən artıq dar olan cinslər qızlar üçün təhlükəlidir. Çünki damarları və omba nahiyəsini sıxan dar cinslər qızlarda bir çox qadın problemlərinə səbəb ola bilir. Kişilər üçün cins təhlükə mənbəyidir. Yay-qış cins geyinən kişilərdə bədən tarazlığı pozulur. İsti yay günlərini cinsdə keçirən kişilərdə sonsuzluq olmasa belə, sperma keyfiyyəti zəifləyir və bu da gələcəkdə dünyaya övlad gəlməsində müəyyən problemlər yaradır. Androloq Kamil Baxşıyevin sözlərinə görə, dar şalvarlar qadınlardan çox kişilər üçün zərərlidir. "Xüsusilə dar cins şalvarlar omba sümüyünün altındakı sinir hüceyrələrini sıxışdıraraq qıçlarda ağrıya yol aça bilir. Dar şalvar geyiniləndə kişi yumurtalıqlarının bədənə daha yaxın mövqedə dayanması sperma hüceyrələrinin hərəkətliliyinə və sayına mənfi istiqamətdə təsir göstərir. Sperma istehsalını təmin edən yumurtalar 35,5 dərəcədən sonra zərər görməyə başlayır. İstilikdən zərər görən sperma istehsal hüceyrələri isə özünü yeniləyə bilmir".
Baxşıyev bildirir ki, cinsin rənglənilməsi əsnasında istifadə edilən boyalar da sağlamlıq üçün əhəmiyyətlidir. Əgər yuyunduğunuz və ya tərlədiyiniz zaman parça rəng buraxırsa, bu, zərərlidir. Çünki dərimizdəki məsamələrdən bu boya bədənimizə daxil ola bilir.
Cinsin zərərlərini qadın və ya kişiyə ayırmaq düzgün deyil. Dar cins ümumiyyətlə, zərərlidir. Bu, qadında da, kişidə də sonsuzluq yarada bilər. "Ümumiyyətlə, dar geyimlər qadın və ya kişidə cinsi problemlərə səbəb olur. Bu, qadınlarda sistit, göbələk, uşaqlıq boynunun iltihabı, kişilərdəsə yumurtalıq sıxılması və isti təsiri ilə sonsuzluq və ya sperma zəifləməsinə səbəb olur. Bütün bunlarla yanaşı dar cins qarnı sıxdığı üçün yeməklərin həzmi çətinləşir, bağırsaqlar sıxıldığından qan dövranı və həzm sistemi zərər görür. Cins dəbdir, hamı istifadə edir. Amma yaxşı olar ki, hamı bədəninə uyğun şalvar geyinsin".
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rayonlara getməyə cəhd edənlər geri qaytarılacaq - AÇIQLAMA
"Lider" TV-nin yayımının dayandırılması ilə bağlı Rəsmi Açıqlama
Neft bahalaşmağa başladı
Evdə hazırlanan bədən spreyi
Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
Beren Saat bu dəfə sadəliyi ilə diqqət çəkdi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Malayziya kralı Moskva gözəli ilə evləndi - FOTO
Dünyanın bir nömrəli şahmatçısı Azərbaycana gələcək
İt öz dördayaqlı dostunu xilas etmək üçün insanlardan “kömək istədi” - VİDEO
Bakı Metropolitenində köklü yeniliklər olacaq
Evlilikdə ideal yaş fərqi neçə olmalıdır?
Dünya çempionumuz rəqibinə 19 saniyəyə qalib gəldi
Düşmən ordu itki verdi
“28 may” stansiyasının əsas çıxışı sentyabrın 16-da açılacaq
Uşaqların sosial-psixoloji inkişafı-25
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
HAVA necə olacaq?- 11 APREL
Dərman ehtiyatı artırılacaq
Röya pərəstişkarlarını BELƏ SEVİNDİRDİ - FOTO
Qarında hava olması
Zəfər tariximizə adını yazan qazi Ehtiram Orucov - VİDEO
Günəş və Ay tutulacaq
Koronavirusla bağlı son STATİSTİKA
Əgər uşaq oğurluq edirsə...
Bu çox yaxşıdır...
Peris Hilton ayrılıq səbəbini açıqladı
İranın baş məşqçisi istefa verdi
Fizioterapiyanın 7 faydası
Tovuzda yeddi ayda 272 nəfər sevinib
Putin Savçenkonu azad etdi
Xəstəxana dəhlizində ölən kişi 13 gün sonra... - FOTO
Sudan niyə xlor qoxusu gəlir? - AÇIQLAMA
2020-ci ildə "Oskar"a namizədlər bəlli oldu - SİYAHI
Pensiya ilə bağlı yeni xəbər
Bakıda ən çox hansı kitablar oxunur? – SORДћU NƏTİCƏLƏRİ
İlham Əliyev: “Ermənistan ordusunun iki milyard dollarlıq silahını məhv etmişik”
Yataq dəstləri
Bakını niyə boşaldırlar?
Cazibəli gecəliklər
Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ə yaxınlaşdı: Dörd nəfər öldü - FOTO
Çində koronavirusa yoluxanların sayında yenə artım var
İşğaldan azad olunmuş Füzulidə bir ilk - VİDEO
Güclü günəş küləyi Yerə tərəf istiqamətlənir
İlham Əliyev: “Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir”
Fahriye Evcene dəstək oldular-FOTO
Qocanın son arzusu TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Təhsil Nazirliyindən modul tipli məktəblərlə bağlı VACİB AÇIQLAMA
Alimlər kosmosda "xəstəxana" yaratdılar
Günün ulduz falı
- ŞƏRHLƏR