Azərbaycan ali məktəbləri böyük gəlirli peşələrə üz tutmalıdır İndi MDB məkanında ali məktəblərinin bakalavr ixtisaslarının sayının azaldılması trendi dəbdədir. Ölkələr ali məktəblərin bakalavr pilləsində tədris edilən ixtisasların sayını kəskin azaltmaqla məşğuldurlar.
Ans press-in məlumatına görə, bir neçə il qabaq Azərbaycan da bu yolu tutub və tədris olunan 515 ixtisasın sayını azaldaraq 149-a salıb. Hökumət dairələri bu addımın YUNESKO-nun tövsiyyəsi ilə atıldığını bildirir. Çünki YUNESKO-nun standartlarına görə, hər ölkədə ali təhsil müəssisələrinitn bakalavr pilləsinə qəbul 150 ixtisası keçməməlidir. Nazirlər Kabineti bakalavr ixtisaslarını 8 qrupa bölüb və sistemləşdirib. Qrupların sırasında maarifləndirmə, humanitar, mədəniyyət, iqtisadiyyat, təbiət, texniki, kənd təsərrüfatı, səhiyyə və s. ixtisas qrupları yer alır.
İlk baxışdan məntiqli yanaşmadır. Hər halda, Azərbaycan artıq 250 milyonluq Sovet İttifaqının çox profilli iqtisadiyyatı üçün kadrlar hazırlamır. Buna görə də, bakalavr təhsilin öz iqtisadiyyatına və yerli tələbata uyğunlaşdırmalıdır. Həm də sovet dövründə ixtisasların müxtəlif adlarla təkrarlanması mövcud idi. Məsələn, 1980-ci illərdə Azərbaycan Politexnik İnstitutunda tədrisində cüzi fərqlər olan “Sənaye elektronikası”, “Yarımkeçiricilər və dielektriklər”, “Mikroelektronika”, “Robototexnika” “Avtomatik idarəetmə sistemləri”, “Elektron hesablama maşınları” ixtisasları üzrə mütəxəssislər hazırlayırdılar ki, sonradan onların hamısı eyni müəssələrdə, təxminən eyni vəzifələrdə iş tapırdılar. Və məzunların əksəriyyəti SSRİ-nin digər respublikalarına göndərilirdilər. Çünki Bakıda və Gəncədə yerləşən bir neçə zavod, kiçik şəhərlərdə yerləşən sexlər bu mütəxəssislərin yalnız 30-40 faizini işlə təmin edə bilirdi. SSRİ dağılandan sonra təbii ki, həmin zavodlar bağlandı və Azərbaycan elektronika sənayesini itirdi. Təbii ki, bu ixtisasların yetirmələrinə heç bir ehtiyac qalmadı.
Amma Azərbaycan ali məktəbləri yenə də bu ixtisas üzrə mütəxəssis hazırlamaqda davam edir. İxtisaların adları dəyişdirilib “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi” və s. qoyulsa da, bu ixtisasların məğzi eynidir və onlar yalnız elektron məhsulların - mikroprosessorlar, LED ekranlar, günəş batareyaları kimi yüksək texnologiya məhsullarının və onların əsasında qurulan sistemlərin layihələndirilməsi və istehsalı sahəsində işləyə bilərlər. Amma anspress-in araşdırmasına görə, bu ixtisası bitirənlər üçün Azərbaycanda, demək olar ki, iş yeri yoxdur. Yalnız Sumqayıtın yüksək texnologiyalar parkında xaricdən alınmış günəş batareyaları platalarını bir-birinə lehimləyən zavod var ki, orada da yalnız peşə məktəbi bitirənlərə ehtiyac var. Buna görə də zavodda sözügedən ixtisasları bitirmiş mütəxəsislərin əksəriyyəti fəhlə vəzifələrini tuturlar.
Amma onlar da özlərini bəxtigətirən sayırlar, çünki ixtisas üzrə iş tapıblar. Çünki həmin ixtisasları bitirənlərin əksəriyyəti heç yerdə iş tapa bilmirlər və çörək pulu qazanmaq üçün taksi sürücülüyündən tutmuş inşaat fəhləliyinə qədər gedirlər.
Müşahidələr göstərir ki, Azərbaycanda bazası olan ixtisasları bitirənlərin də kütləvi taksi sürücüsünə çevrilməsi istisna edilmir. Götürək neft mühəndislərini, hazırda Neft Akademiyası ilə yanaşı bu ixtisas üzrə Qafqaz universiteti də, Dövlət Neft Şirkətinin yaratdığı Bakı Ali Neft Məktəbi də mütəxəssislər hazırlayır. Eyni sözü geoloqlar haqqında da demək olar - həm BDU, həm Neft Akademiyası, həm də Bakı Ali Neft Məktəbi neft geoloqları hazırlayır. Hər il bir neçə yüz neft mütəxəssisi hazırlanır ki, yaxın 3 ildə 20 minə yaxın işçini ixtisar etməyə qərar vermiş Dövlət Neft Şirkəti həmin məzunları işə götürməkdə çətinlik çəkir, nəticədə, potensial taksi sürücüləri, inşaat fəhlələri ordusunun sıraları daha da dolur.
Təhsil Nazirliyinin öz saytında dərc etdirdiyi siyahıya baxdıqda müəyyən etmək olur ki, bir çox ixtisaslar müxtəlif adlar altında təkrarlanır. Təkrarlar hətta pedoqoci ixtisaslar üzrə də özünü göstərir. Məsələn, Azərbaycan ali məktəbləri həm “Kimya”, “Kimya müəllimliyi” və “Kimya və biologiya müəllimliyi” ixtisasları üzrə kadrlar hazırlayır. Eyni təkrarlar digər fənlər üzrə də müşahidə edilir. Göründyü kimi, YUNESKO-nun tövsiyyəsi ilə ölkədə 150 ixtisas saxladığını düşünən Təhsil Nazirliyi, əslində, daha az ixtisas üzrə mütəxəssis hazırlayır və nəticədə, Azərbaycan iqtisadiyyatının müasir inkişafı üçün lazım olan ixtisaslar diqqətdən kənarda qaplır.
Eyni problemlə üzləşən Rusiya vəziyyətdən çıxışı ixtisasları ümumiləşdirməkdə görür. Bu çərçivədə ölkədə tədris olunan 1500 ixtisas sayının 55-ə salınması və yeni ixtisasların açılması nəzərdə tutulur. Təhsil üzrə ekspert Etibar Əliyev anspress-in əməkdaşı ilə söhbətində bu təcrübədən yararlanmağı tövsiyyə edir. “Bizdə texniki təhsil verən Neft Akademiyası, Memarlıq Akademiyası və Texniki Universitet kimi alə təhsil müəssisələri birləşdirilərək güclü elmi baza yaradılmalıdır. Həmçinin nanotexnologiya, gen mühəndisliyi və s. kimi yeni ixtisasların tədrisi təşkil edilməlidir. Bu, işsiz ali məktəb məzunlarının sayını xeyli aşağı salar. Ali məktəblərin tələbələrinin səviyyəsini xeyli yüksəldər”, - deyə Etibar Əliyev vurğulayıb.
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR