Qadin.NET / Bu geyim sonsuzluq yaradır

Bu geyim sonsuzluq yaradır

 

Əvvəllər o qədər maraq kəsb etməyən cins geyimlər sonradan hər zamanın dəbinə çevrilib. Və bu gün çoxumuz gündəlik həyatımızda daha çox cins geyimlərə üstünlük veririk.

İlk dəfə XVIII əsrdə Fransada meydana gələn cins geyimlər o dövrdlərdə denim adlanırdı ki, bu da Nim (Nimes) şəhərinin adı ilə bağlı idi. Bu gün istifadə edilən cins şalvarlar isə ilk dəfə 1850-ci ildə Kaliforniyada fəhlələr üçün tikilmişdi. Alman əsilli Levi Strauss tikdiyi şalvarları Levis adı ilə satırdı. Çox qısa zamanda möhkəmliyi və çirki gizlədə bildiyi üçün cins şalvarlar hər zaman üstünlük verilən fəhlə paltarlarına çevrildi. Strauss tərfindən tikilən ilk cins şalvarlar qəhvəyi rəngdə idi. II Dünya müharibəsi illərində xüsusiə fabrik işçiləri tərəfindən istifadə edilən cins şalvarlar 1950-ci ildən Amerika gəncliyinin məhşur mədəniyyətinin simvoluna çevrildi. "Cins" adı 1960-cı ildə marka olaraq qeydiyyata alındı. Bu gün ən bahalı cins şalvarın qiyməti Nyu-Yorkda 4000 dollardır. Qiymətin belə bahalı olması cinsin parçası ilə bağlı deyil, əsas qiymət düymələrə verilir. Belə ki, əgər cinsin düyməsi gümüşdürsə 1000, qızıldırsa 1500, almazdırsa 4000 dollara başa gəlir.
Zaman keçdikcə cinslərin də saxtaları bazarı bürüməyə başladı. Təbii cinslər təbii mühitdə, heç bir kimyavi maddə istifadə edilmədən yetişdirilən pambıqdan alınır.
1960-cı illərdən bütün firmalar dar cins şalvarlar istehsal etməyə başladı. Alman alimi Bronenin fikrincə, bu da bir siyasət idi. "Cins geyimlər əvvəllər fəhlə paltarı idi, sonradan varlı-kasıb hamı cins geyinməyə başladı. Sonra dar cins şalvarların istehsalı subut etdi ki, bu, insanlığa qarşı bir siyasətdir".
Belə ki, dar cinslər damarları sıxaraq müxtəlif xəstəliklərə, bel və mədə bölgəsini həddən artıq sıxaraq qastrit, mədə yarası kimi xəstəliklərə səbəb olur. Amma bütün bunlara baxmayaraq, tərkibi nə qədər dəyişdirilsə də, nə qədər darlaşdırılsa da, cins bu gün də dəbin ayrılmaz hissəsidir. Çünki hər kəs bilir ki, cins qarışıq olsa da, pambıqdır, uzunömürlüdür və rahatdır. Bununla yanaşı cins geyimlərin baxımı da sadədir. Yuyarkən tərsinə çevirməyiniz, cinsin rəngini də qoruyur. Cins şalvarları ütüləməyə də ehtiyac yoxdur. Çünki cinsin əziyi və ya hamarı fərq etmir.
Amma mütəxəssislərin fikrincə, beli aşağı olan və həddən artıq dar olan cinslər qızlar üçün təhlükəlidir. Çünki damarları və omba nahiyəsini sıxan dar cinslər qızlarda bir çox qadın problemlərinə səbəb ola bilir. Kişilər üçün cins təhlükə mənbəyidir. Yay-qış cins geyinən kişilərdə bədən tarazlığı pozulur. İsti yay günlərini cinsdə keçirən kişilərdə sonsuzluq olmasa belə, sperma keyfiyyəti zəifləyir və bu da gələcəkdə dünyaya övlad gəlməsində müəyyən problemlər yaradır. Androloq Kamil Baxşıyevin sözlərinə görə, dar şalvarlar qadınlardan çox kişilər üçün zərərlidir. "Xüsusilə dar cins şalvarlar omba sümüyünün altındakı sinir hüceyrələrini sıxışdıraraq qıçlarda ağrıya yol aça bilir. Dar şalvar geyiniləndə kişi yumurtalıqlarının bədənə daha yaxın mövqedə dayanması sperma hüceyrələrinin hərəkətliliyinə və sayına mənfi istiqamətdə təsir göstərir. Sperma istehsalını təmin edən yumurtalar 35,5 dərəcədən sonra zərər görməyə başlayır. İstilikdən zərər görən sperma istehsal hüceyrələri isə özünü yeniləyə bilmir".
Baxşıyev bildirir ki, cinsin rənglənilməsi əsnasında istifadə edilən boyalar da sağlamlıq üçün əhəmiyyətlidir. Əgər yuyunduğunuz və ya tərlədiyiniz zaman parça rəng buraxırsa, bu, zərərlidir. Çünki dərimizdəki məsamələrdən bu boya bədənimizə daxil ola bilir.
Cinsin zərərlərini qadın və ya kişiyə ayırmaq düzgün deyil. Dar cins ümumiyyətlə, zərərlidir. Bu, qadında da, kişidə də sonsuzluq yarada bilər. "Ümumiyyətlə, dar geyimlər qadın və ya kişidə cinsi problemlərə səbəb olur. Bu, qadınlarda sistit, göbələk, uşaqlıq boynunun iltihabı, kişilərdəsə yumurtalıq sıxılması və isti təsiri ilə sonsuzluq və ya sperma zəifləməsinə səbəb olur. Bütün bunlarla yanaşı dar cins qarnı sıxdığı üçün yeməklərin həzmi çətinləşir, bağırsaqlar sıxıldığından qan dövranı və həzm sistemi zərər görür. Cins dəbdir, hamı istifadə edir. Amma yaxşı olar ki, hamı bədəninə uyğun şalvar geyinsin". 

Mənbə:Milli.Az

 

10 sentyabr 2014
GO BACK