Yanvarın 12-də Azərbaycan Respublikası Tarif Şurasının keçirdiyi növbəti iclasında, Vergi Məcəlləsinə edilən dəyişiklik, nəticəsində ölkədə istehsal olunan benzinin, dizel yanacağının və maye qazın topdan satış qiymətinin hər litrinə 2 qəpik əlavə edilib. Gündəlik ictimai nəqliyyatdan istifadə edənləri bu artım, təbii ki, maraqlandırıb. Gediş haqları dəyişibmi? Milli.Az Kəpəz televiziyasının (Region TV) bu barədə apardığı araşdırmanı təqdim edir.
Yanacaq qiymətlərinin 2 qəpik artması ictimai nəqliyyatda heç bir qiymət artımı ilə müşahidə olunmayıb. Gəncədə səhər saatlarından xətlərə buraxılan marşrutlar, aldıqları yanacağın hər litrinə görə 2 qəpik əlavə ödəsələr də, gediş haqlarındakı qiymətlər dəyişməyib.
İsa Quliyev - Dövlət Avtomobil Xidmətinin Gəncə Regional Şöbəsinin məsləhətçisi: “Sərnişindaşıma fəaliyyəti göstərən sahibkarların hər birinə xəbərdarlıq edilmişdir ki, gediş haqlarında heç bir qiymət artımı ola bilməz. Gediş haqqı artımı yalnız Tarif Şurası tərəfindən tənzimlənir. Və qanun qüvvəyə mindikdən sonra qiymət artımı ola bilər”.
Sərnişinlər də təsdiqləyir ki, istifadə etdikləri ictimai nəqliyyatda gediş haqları sabitdir.
Sərnişin: “Səhər tezdən 3-4 marşrutdan istifadə etmişəm, heç bir artım olmayıb. Əvvəlki qiymətlərlə, 20 qəpiyə getmişik”.
Apardığımız müşahidələr qiymət artımının yanacaqdoldurma məntəqələrində alıcı qabiliyyətinə, demək olar ki, təsir etmədiyini göstərir.
İşçi: “Düzdür, qiymət artıb. Ancaq buna baxmayaraq satış gedir”.
Tarif Şurasının qiymətlərə etdiyi son əlavələrdən sonra, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.
XƏBƏR LENTİ
Səyahətə çıxanların nəzərinə
Bakıda kirayə mənzillər bahalaşıb
Facebook haqqında narahatedici reallıqlar
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Dünyanın ən bahalı nişan üzükləri
Ronaldunun sevgilisi bu görüntüləri ilə GÜNDƏMDƏDİR- VİDEO
Hamilələrin isti suya girməsi zərərlidirmi?
Günün qoroskopu: münasibətlər pozularsa...
Tərxun və Cəfəri
Həccə 9 min km piyada getdi
Aromaterapiya yağları və onların faydaları
Azərbaycan ordusu
Aylar sonra ilk dəfə birlikdə göründülər-FOTO
Cütlüyə görə bütün qəsəbə karantinə alındı
Hava haqqında
Azərbaycanın yaratdığı dünyanın ən böyük banklarından biri işə başladı
23 yaşlı qız hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Uşaq arabalarının seçimi
"Barselona"dan növbəti transfer
Hava haqqında
Avropa Oyunlarının Açılışına gədənlər üçün – Təlimat
Xəstəliyim yoxdur, amma xəstəyəm...
Pələng gözü
Ayrılıq xəbərini "İnstagram"dan öyrəndi
Muncuqlardan düzəltdiyim əl işlərim
İpək qurdu
Şəkidə fləşmob
Milyarderin sevgilisi FOTOsunu paylaşdı
Hava xəbərdarlığı
Bakıda siqaret qadağasına əməl olunurmu?
Brokolili orecchiette (foto resept)
"Heç vaxt onların baş məşqçisi olmaram"
"Dəlisov professor" tələbələrini Heyrətləndirdi-VİDEO
Yaddaşı zəif olanlara müjdə
Facebook Messenger-in kamera xüsusiyyəti YENİLƏNDİ
Ermənistan məhsullarını alardınızmı?
Üzümüzü güldürəcək uşaq saflığı
Günün qoroskopu: orijinal ideyalarınız yaranacaq
Amsterdamda UNO göründü-FOTO
Məryəmin qızı ilə rəqsi 2 milyon izlənildi-VİDEO
Ermənistan ordusu atəşkəsi pozub
“Miss BumBum”-2018 seçildi-FOTO
Niderlandda azərbaycanlı tibb işçisi və oğlu koronavirusa yoluxdu - VİDEO
Cəbhədə atəş səsləri eşidildi
Azərbaycanın ilk vloggeri Nəzrini siz də tanıyın!
Ordumuz şəhid verdi
Gecə növbəsində işləmək orqanizmi məhv edir
Haydi Klum koronavirusa yoluxub?-FOTO
Azərbaycan milli uşaq oyunları-11
Qaz kəsilməsi haqqında-XƏBƏRDARLIQ
- ŞƏRHLƏR