Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumata görə, iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
"Məlum olduğu kimi, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib.
Ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Metropoliteni" QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə "BakuBus" MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciətlər olunub. Qaldırılan məsələlər Tarif (qiymət) Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq Şuranın iclasının gündəliyinə daxil edilib.
Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.
Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartdan istifadə edən sərnişinlərin nəzərinə çatdırılır ki, kartların balansından gediş haqqı üçün ödəniş 2018-ci ilin 31 iyul tarixinə qədər (31 iyul tarixi də daxil olmaqla) mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaqdır.
İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən sərnişinlərin məlumatlandırılması məqsədilə bildirilib ki, ictimai nəqliyyatdan məhdud istifadə üçün nəzərdə tutulan kağız kart sahibləri 1 avqust tarixindən əvvəl alınmış kağız kartın balansında qalan və istifadə oluna bilməyən məbləğə görə 1 avqust tarixindən etibarən "20 yanvar", "28 may", "Nəriman Nərimanov" və "Neftçilər" metro stansiyalarında fəaliyyət göstərən "Kart analiz mərkəzləri"nə yaxınlaşaraq qalıqdan istifadə etmək məqsədilə həmin məbləği artıra bilərlər.
Eyni zamanda məlumat üçün bildirilir ki, tarif dəyişikliyindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaqdır. Belə ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
Tarif (qiymət) Şurasının iclasında həmçinin, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 100-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib. Qeyd edək ki, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 11094 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib", - deyə məlumatda deyilir.
Qərarlarla saytın "Şuranın qərarları" bölməsində tanış olmaq olar.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qulaq kiri: yaranma səbəbləri və təmizlənmə üsulları
Qarabağ mətbəxi - "Şeşrəngi" (foto-resept)
Çempionlar Liqası: "Kral" "Sinyora"nın xətrinə dəydi, "Aslan" qonağını parçaladı
Nüsrətdən şokolad şousu - VİDEO
Növbəti düşmən təxribatı ilə üz-üzə - Nazirlikdən XƏBƏRDARLIQ
Həvəskar fotoqrafın çəkdiyi qar dənəcikləri şəkilləri görənləri heyran edib
Sabah leysan olacaq
Öz əkizinə rast gələnlər (FOTO)
Facebook-da YENİLİK
İştah azaldan qidalar
Şeymadan yeni FOTO
Sevgililər 75 il sonra görüşdü-FOTO
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin
Hər gün yeni maska hazırladı
Körpələrə şüyüd çayı vermək olarmı?
Qarabağdakı qüvvələr nisbətini dəyişmək artıq Ağ Ev üçün də çətin olacaq - MÜSAHİBƏ
X Mavericks pulsuz olacaq
"Canavarlar" "Sinyora"nı evə üzgün yola saldılar
Beyons yenidən böyük səhnədə-FOTO/VİDEO
Ermənilərin Tərtəri yenidən atəşə tutması nəticəsində bir mülki şəxs yaralanıb
Kartof içlikli göbələklər (foto resept)
Azərbaycanın nağıl kimi şəhəri
İlk qəbul imtahanının vaxtı açıqlandı
Rusiya televiziyasının Azərbaycana qarşı növbəti qarayaxması - VİDEO
İsmayıllı meşələri od tutub yanır
Ərdoğan İstanbulun fəth olunmasına həsr olunan tədbirdə çıxış edib
İŞİD-ə daha bir zərbə vuruldu
Tərəvəzli makaron (foto-resept)
Yanmış tavanı necə təmizləməli?
Kartof pəhrizi (3 günə 5 kilo)
Ronaldu PSJ klubuna keçə bilər
Ana südü və əmizdirmə
Gələn il bahalaşma olacaqmı?
Özcan Denizdən yeni FOTO
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
Leyla Əliyeva “Ağrı”nın təqdimatında -FOTO
Həyatımın mərkəzi kimə aiddir ?
Prezident İlham Əliyev Nardaranla bağlı sərəncam imzaladı
Dərimizin yaşını bilək
Azərbaycanda 10 il uşağı olmayan ailələrə müjdə
Hazal Kayanın toy DƏVƏTNAMƏLƏRİ-FOTO
Yeni qatarlar gətirilir
Müzakirə edək!
Məşhur cütlük evləndi
Kraliça II Elizabet haqqında çəkilən serial Britaniya hökumətilə “Netflix”i qarşı-qarşıya qoyub - VİDEO
Uşaqlara meyvələri necə sevdirməli?
Günün ulduz falı
Məşhur brendin 53 mağazası birdən bağlanır-SƏBƏB
Trampın ayaqqabısı diqqət çəkdi-FOTO
Qadın ölən uşağını 37 il soyuducuda saxlayıb-FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]