Həyatımın mərkəzi kimindir?
İnsanın bir doğulub böyüdüyü ailəsi var,birdə həyatını birləşdirdiyi insanla başladığı ailəsi.Sevərək ya istəməyərək, ya razılıqla fərqi yoxdu.Ən nəhayətində qurulan bir ailəsi var....
Yaş irəlilədikcə insanın təcrübəsi,həyata baxışı,dünya görüşü artır.Həyatının yönünü seçir.Mərkəzini bəlli edir.Kim görəsən ən zirvəyə çıxa bilir!?Yaxşılarmı orda olur,yoxsa insan yaxşı görmək istədiklərimi ora qaldırmağa çalışır?
Bəziləri deməycəm ,hamı deyəcəm, çünki ,hər ürəkdə ən böyük zirvə TANRIMA məxsusdur.Çünki digər sevdiklərimizi bizə verən yalnızca odur.Onun bizə bəxş etdiyi sevgiylə digər insanları sevirik.Hərəmizin ürəyində birini həyatımızın mərkəzi edirik .Onunla yaşam yolunu müəyyən edirik.Əlindən bərk tutub,bu həyatın çətinliklərini birgə aşırıq.Onun bir baxışı,nəvazişi ilə davam edirik....
Bəziləri var ki,onarları çox sevirik.Bizimlə yan-yana olsun istəyirik,qarşı-qarşıya yox.Görmək istədiyimizi onun üzərində zənn edib mərkəzdə yerləşdirik onu.Hamı belə edir?.Təbii ki,yox.
Bəzilərimizin də həyatında da ən çətinliklərə birgə sinə gərdiyi insan vardır.Sınaqları bir yerdə keçdiyi,həyatla döyüşərkən yanındakı əsgəri var ki,həyatının mərkəzində o var.
Bəziləri də var, sevdiyi vardır.Uğrunda həyatda qazandıqlarını bir anın içində fəda edə biləcək qədər cəsurdur.Kim nə deyir desin həyatının mərkəzində o var.
Bəziləri də var.Sevərək ailə qurmasa da qəbullandığı ailəsi var.Dünyaya gətirdiyi bir can var-körpəsi var.Həyatının mərkəzinə onu qoyub.
Bəziləri də var.Sadəcə varlıqları bəs edir.Bir başını qaldırırsan ki,sənə qürurla baxır.Ailəmdir bu.Həyatımın hər dönəmində əlimdən tutan,yıxıldığımda qaldıran,cəza yerinə səhvimi anladan ailəm.Mərkəzdə onları qoymuşam.Digərləri də o mərkəzin tam yaxınındadır.Dostlarım,gələcəkdə sevəcəyim insan,tanışlarım,qohumlarım.Bəs gələcək ailəm!?Onları da bacardığım qədər ürəyimin mərkəzdə ilk var olduğum ailəmlə bir yerdə yaşamağa çalışacam.
Gələcəyin insana nə gətirəcəyi məlum olmasa da,ümid edirəm ki,sevərək,həvəslə zirvəyə qoyduqlarımız bizi yanıltmazlar.Bacardığımız qədər insanları olduğu kimi qəbul edək.Çünki ola bilər ki,bizdə kiminsə həyatında zirvədə,ən mərkəzdə ola bilərik.Daima sevib sevilməyi,hər zaman xoş insanlarların əhatəsində olmağı diləyirəm sizə.Bu da bizim saytın xanımlarının bu barədə dedikləri.Buyurun oxuyun.
Fatma xanım
Mənim həyatımın mərkəzində məni yaşadan mənim ailəmdi.Yəni yoldaşım ,qızım və oğlum.Onlar mənim həyatımın ən uca zirvələridir.Mən onları bir-birindən ayrı yaza bilmərəm ki,ən pik nöqtəsi hansıdı.
Akif Əhmədov
İnsan həyatı yaşanan ömrün dəyəri ilə ölçülür. Mübarizə dolu zəhmətli bir ömür yaşadım. Çətinlikdən heç vaxt çəkinmədim, qorxmadım. Taleyimdən çox razıyam. Nə qazandımsa, nəyə nail oldumsa, valideynlərimə borcluyam. Həyatımın, taleyimin mərkəzində dayananlar da onlar olub. Sonra bu mərkəzə doğru çəm olanlar zaman-zaman artdı. Valideynlərimin sağlığında ata ocağımıza onların ürəyincə gəlin gəldi. Sonra övladlarım doğuldu. Başım qayğılar əlində, bir də gördüm nəvələrim var...
Həyatımın mərkəzində bir də bu dövrlərin hər biri ilə bağlı açılı-şirinli xatirələrim var. Hər bir xatirəm təsəllim olduğu kimi, həm də acılarımdır, təəssüflərimdir: niyə elə etmədim, niyə belə etmədim?
Niyə ideyalarla yaşamadım, olana naxələf çıxıb olacaqlara əl uzatdım...
Həyatımda ən sevindiyim anlar məktəbə getdiyim gündür, ali məktəbə daxil olduğum gündür, ilk iş günümdür... ailə həyatı qurduğum gündür, ata olduğum gündür, baba olduğum gündür...Elə sürətlə gəlib keçdi ki..Hamısını çox hövsəlisizliklə gözləmişəm. Dünyanın gedişatına müdaxilə edib hər birinə lap tez qovuşmaq istəmişəm. Qəribə məxluqdur insan, necə gözəl arzularla yaşayır, çatdımı, üstündən bir müddət keçdimi, bir vaxt can atdığı istək və arzuları elə tez unudur ki. Elə bil bu həyatda yaşamırdıq,sağımızı,solumuzu görə bilmədik... Yenidən geriyə qayıda bilsəydim, məktəb illıərimi olduğu kimi yaşayardım. Ali məktəbi bir az fərqli yaşayardım. O vaxt həyatı kitablarda yaşadıq, axtardığlarımızı kitablardan axtardıq, elə bil bu həyatda yaşamırdıq...
Sevgimi bütünlüklə dəyişərdim, hər çərçivəni gözlədik, əllərimiz uzun olsa da dillərimiz qısa oldu:
Bir eşq öldü inanmadıq,
Özümüzü qınamadıq
Biz Tanrını tanımadıq,
Tanrı da bizi tanımaz.
Çöldənmi tapdıq bu eşqi?
Yoğurduq, yapdıq bu eşqi
Tanımaz artıq bu eşqi,
Bu eşqin özü tanımaz.
Bəxt nə dedi, biz nə yazdıq,
Hər eşqə bir qəbir qazdıq.
Yüz il göz yaşı tök, azdı,
Bu yazı pozu tanımaz.
Pozula bilməyəcək eşqimizi abır-həyanın içində boğduq...Heç kim qınamadı, “qatil” demədi...Fəqət biz “qatil” idik. Cinayət aləminin qatilləri sonra neçə xəcalətli hiss edirsə, biz də bir vaxt ayılanda sinif otaqlarına, auditoriyalara səpələdiyimiz cavabsız baxışların, ağzını-gözünü bağladığımız sevginin qarşısında indi içimizdə xəcalət çəkirik, yanıb-yaxılırıq. Sevgidə, sevib-seçdiyimizdə yanılmadıq, amma sevgimizi sevgi kimi yaşamadıq ... Sevgini sevgi kimi yaşayın..tale qismətinizə sahib çıxın...Hər kəsin tale payı əvəzsizdir, bərabəri, heç bənzəri də yoxdur. Yaşadıqca həyat insana bunu təsdiq edir və sən heç bir şərtsiz-qeydsiz hamısını qəbul edirsən. Bu da bir çəzadır, əl-ayaqlarını qandallamırlar, zindana atmırlar...amma sən sanki zindandasan kimi etirafların içində boğulursan.
Mənim ailəlik həyatım ömrümün ən fəxarətli və həyatımın mərkəzində dayanan həyatdır. Bu həyatı məni mərkəzə çəkən baş mərkəzçinin- atamın görmək istədiyi kimi yaşamağa çalışıram. Uğurlarım mərkəzdə dayananları məmnun edəcək qədər çoxdur. Amma bu günkü səviyyəmdə- mərkəz sahiblərinin – ata və anamın həyatda olmadığı anlarda nəzərə alanda qəhər məni bürüyür. Arzu edərdim ki, bu anlarımı onlar da görəydi...Evimdə otaqdan-otağa qucağımda gəzdirərdim onları..hər şey alardım..nə arzu etsəydilər bişirtdirərdim.. Niyə bu ağılı Allah mənə onların sağlığında vermədi....təskinliyim odur ki, nəvələrim olan bu yaşımda da özümü onlar sağmış kimi hüzurlarında hiss edirəm.
Dünyadan köçən bütün ata-analara Allahdan rəhmət diləyirəm, yaşayanlara cansağlığı, uzun ömür arzulayıram. Nə qədər ki, onlar həyatdadır sevin, əzizləyin ata-analarınızı..”uf” demədən, usanmadan, bezmədən...Bununla onlardan miras qalmış Mərkəzi hifz etmiş olacaqsınız, onu bu mərkəzdə olan varislərə şərəfli ailə şəcərəsi kimi ötürəcəksiniz.
Louis Vuitton
"Mərkəz" deyəndə nədənsə ağlıma riyaziyyat dərsi gəldi. İndi açıqlama gətirim ki, nə demək istəyirəm...
Bilirik ki, dünya kürə formasındadır, biz də bu kürənin sakinləriyik. Kürə isə yarımdairənin diametri ətrafında fırlanmasından yaranan həndəsi cisimdir. Gəldik əsas məsələyə.
Baxın həyatımı bu həndəsi fiqurla izah etməyə çalışacam. Dairənin aid olduğu hissələr göz qabağındadır. Seqment, vətər, radius, sektor və nəhayət dairənin mərkəzi. Mənim də həyatımda seqmentdə, vətərdə, radiusda, sektorda duran insanlar var və bunlar mənim üçün önəmli insanlar olduğundan məhz daxildə cəmləniblər. Lakin nə qədər götür-qoy etsəm də, yenə də mərkəzdə əvəzolunmaz üçlük qərar tutdu. Bu üçlük mənim övladlarımdı. Bu ovladlarsız nə bu dairə mövcud ola bilər, nə də ətrafına dost-tanış, qohum-əqrəba yığa bilər.Hər kəs dəyişə bilər bu dairənin içində, küsüb gedəni də olar, nankor çıxanı da. Lakin yeğanə dəyişməz qalan övladlarımdır ki, onlar bu mərkəzin daimi sakinləridir. Qalan hissələrdə cəm olan əzizlərim, mənim yaxınlarım və qazandığım dəyərli dostlarımdı. Hansılar ki, hər gün gözümü ovuşdura-ovuşdura ilk olaraq salamlaşıb, hal-əhval tuturam. Bəlkə də çoxları məndən inciyə bilər ki, biz bir qədər kənardayıq. Yox, əzizlərim, əgər daxildəsinizsə, deməli kənarda deyilsiniz. Hətta mərkəzə doğrusunuz
Selvi
Bir insanın hər an yanında ola biləcəyi ailəsi,sevdiyi həyat yoldaşı,gözəl işi,yaşayışı olandan sonra həyat gözəl görünəcək.Təki həyatdan hec vaxt bezməyəsən,hər zaman zövq almağı bacarasan.Mənim həyatımın mərkəz nöqtəsində sevdiyim yoldaşım,inşallah övladımız olandan sonra bu xöşbəxt həyatımız daha rəngarəng olacaq və mənə əziz olan ailəm,əzizlərim durur.Çox vaxt bezsək də, hər kəsdən küssək də hətda həyatdan bezsək də bizi yenə həyata bağlayan səbəblər olduğunu bilirik. Elə səbəblərki bizə yaşama sevinci verir hər pis anımızda bizi həyata yenidən bağlayır və həyatı necə gözəl olduğunu, yaşamağa dəyər olduğunu bizə təkrar xatırladır.
Səndən doymaq olarmı,həyat sən nə şirinsən.Ancaq hamının deyil,sən həyatın qədrini bilənlərinsən!!! Mən həyatımın mənasını haqqıyla Allahıma olan ibatətdə görürəm. Təşəkkürlər Dərya məni xəbərinə dəvət etdin.Həyat gözəldir,yaşamağa dəyər.Sizədə sevgi dolu bir həyat arzu edirəm.Davamlı olsun.
Endless Love-Gulare
Həyatınızın mərkəzi kimdir? Mənə bu sual veriləndə çox düşündüm,amma xoş bir cavab tapa bilmədim.Çünki qızların həyatının mərkəzi adətən sevdikləri insan olur. Mənim isə sevdiyim insan yoxdu, təkəm. Düşündüm ki, heç olmasa ailəmdən ilham alım yaşamaq üçün. Bunda da çatışmamazlıq oldu. Səbəb anamın 6 ildir bizimlə olmamasıdır. Məncə mənim həyat tərzim isdifadəçilərimizə maraqlı olmaz. Həyatımın mərkəzində kimsə yoxdu. Sadəcə yanımda ata,bacı, qardaşım var.Bu qədər...
Milana.M (XƏYALƏ MURAD)
Həyatımın mərkəzi ilk olaraq özümə aid olub. Ailə qurduqdan sonra isə övladıma və yoldaşıma məxsus oldu. Hal- hazırda da ailəmə məxsusdur.Əminəm ki, ailəli xanımların verəcəkləri cavab eyni ilə bu cür olacaq. Həyatımızın mərkəzi övladımıza məxsusdur.
ləman_ Щ†Щ‚
Həyatımın mərkəzi kimindir? Deməli belə mənim həyatımın mərkəzi mənim atam idi.O,mənim həyatım idi.Onun vəfatından 7 il keçməyinə baxmayaraq o, yenədə mənim həyatımda ən çox sevdiyim birincici insan olaraq qalır.Həyatımın mərkəzi mənim anam və qardaşımdır.ALLAH bütün ana və ataları,bacı və qardaşları qorusun.AMİN!
BELLA
Hər bir insanın həyatında olduğu kimi mənim də həyatımda ailəm mənim üçün çooooox vacibdir.Ailəmi daima öz ətrafımda görmək istərdim.Qurduğum ailəyə görə onlardan çox uzaqlardayam.Amma onlarlla bağlı o qədər arzularım var ki,bitmək tükənmək bilmir.Həyatımın indi ki,dövründə mərkəzdə həyat yoldaşım və anam dayanır.Gələcəkdə İnşallah övladımı da o zirvəyə qaldıracam.Allah hər bir kəsin ailəsini qorusun.AMİN
Щ‚Щ„ШЁ Ro-Xe-Sa Щ‚Щ„ШЁ
Həyatımın mərkəz nöqtəsində övladlarım durur. Düzdür həyat yoldaşım,atam,qaradaş-bacılarım, qohum əqrabalarım da var, lakin hərəsinin öz yeri. Ən mərkəzdə 3 balamdı. ALLAH onları hər zaman qorusun AMİN. Bütün balaları ALLAH qorusun AMİN. Dərya xanım dəvətin üçün sənə təşəkkür edirəm
Lale...
Mən bəzilərindənəm ki,həyatım vahid mərkəz nöqtəsi yoxdu.Çünki tək bir insan yoxdur ki,onu ora yerleşdirim.Amma digər sevdiklərimdən biri var.O,atamdır.Aldığım hər nəfəsdə ATAM var,sonra ailəmin digər üzvləri və Sevinclə Nigar..
Lovable_madam
Hər kəsin həyatında sevdikləri üçün ən uca bir yer var. Mənim də sevdiklərimə ayırdığım yer qəlbimin ən dərin yerindədir. Həyatımdan çox anamı sevirəm, canımı düşünmədən qurban edərəm ona. Atamı və bircə bacımı da çox sevirəm, amma atamla həmişə aramızda müəyyən bir məsafə var. Hər dərdimi-sevincimi birinci anama demişəm, anam da atama. Bacım anamdan sonra ən böyük məsləhətçimdir..Yoldaşıma olan sevgim isə tamam ayrıdır. Ailəm müqəddəsdir mənim üçün. Ona görə hər çətinliyə dözərəm, amma bir şərtlə ki, qarşımdakı da məni qiymətləndirsin.
Selcan_Xatun (Ceylan Mumoğlu)
Bəlkə də,yazdıqlarım qəribə səslənəcək.Özümü bir bütünün parçası,bir bütünə aid birisi hiss edirəm və bütünün də mənə aid olmasını. Bu duyğu böyük bir sevgi yaradıb daxilimdə. Odur ki,həyatımın mərkəzində bütün kainat dayanib.Hər şeyi sevirəm,qum dənələrindən tutmuş kainatda olan böyük cisimlərə qədər.Canlısını da, cansızını da.Kainatın düzəni ilə birlikdə axıram. Dərin və sakit nəfəs alıb Allaha şükür edirəm.
XƏBƏR LENTİ
Şeron Stoun bu dəfə siyasətə qarışdı-FOTO
Adriana və Metin AYRILMADIqlarını sübut etdilər-FOTO
Zəncəfilli krab (foto resept)
Fındıq istehsalı və ixracı ilə bağlı YENİ TƏKLİFLƏR verildi
Murat yeni albom yazdırır-FOTO
Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ
Oktyabr ayının qalibləri!
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Həkimdən küçədə satılan peraşkilərlə bağlı AÇIQLAMA
Ankarada məzar dəhşəti: Yaxınlarını ziyarətə gələnlər heyrətə düşdülər - VİDEO
Teylor Svift "kişi" oldu - VİDEO
Ərazilərimiz minalardan təmizlənir
İŞİD Paris qətliamının səbəbini açıqladı
Bel ağrısı ilə həkimə getdi aldığı cavabdan ŞOK oldu-FOTO
Gözəl jaketlər
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Bengü 40 günlük qızı ilə - FOTO
Bu ilin qış qarderobu
Günün ulduz falı
Təbiətin gücü
Kivi maskası ilə gözəlləşin
Fahriye Evcen yenidən kökəldi-FOTO
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
İsrail atəşkəsi pozdu
Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu
Van Dammın Bodrum tətili-FOTO
Günəş sistemində yeni planet kəşf olundu
DİN-dən məlumat bazasına kiber-hüçum barədə AÇIQLAMA
Emosional zəka nədir?
Şəhid Xudayar “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü
Qənaətcil olmaq üçün 5 təklif
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Ütü alarkən bunlara diqqət edin
Şimşək çaxacaq, yağış yağacaq!
Maykl Ceksonun qızı XƏSTƏXANALIQ oldu-SƏBƏB
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Bakıda yolların biri açılır, digəri isə bağlanır
MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
Tərəzi bürcünün 4 əsas xüsusiyyəti
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Bakıda 2 ay pulsuz Wi-Fi olacaq
Həyat yoldaşınızla izləyə biləcəyiniz 5 film
İt internet ulduzuna çevrildi - FOTO
Körpələrdə göbək yırtığı
Məşhur cütlük AYRILDI
Trampla şam yeməyinə bilet satılır – Şok qiymət
Kim Çen Inın sevimli böyük oyuncağı
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Orta məktəblərdə mobil telefonların qadağan ediləcək?
Mavi gözlü şəxsiyyət testi
- ŞƏRHLƏR