
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixində keçirilmiş növbəti iclasında rabitə, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın iri istehlakçılara ("Azərenerji" ASC və "Azərikimya" İB) satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxılmışdır. Tarif (qiymət) Şurasının iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının, kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tariflərinə dair müraciətinə baxılmış və müvafiq tarif tənzimlənməsi həyata keçirilmişdir. Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilmiş, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunmuşdur. Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilmişdir. Tarif (qiymət) Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında bir sıra rabitə xidmətlərinin tariflərinə baxılmış və müvafiq qərar qəbul edilmişdir. Belə ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılmış, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılmış, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilmişdir. Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilmişdir. Şuranın iclasında stasionar telefonlar üçün aylıq abunə haqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilmiş, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılmışdır. Tarif (qiymət) Şurasının iclasında həmçinin, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin mövcud tarifləri yuxarı tarif həddi kimi təsdiq edilmiş, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tariflər əvvəlki səviyyədə (ƏDV daxil olmaqla 30 qəpik/kiloqram) saxlanılmışdır. Rabitə xidmətləri üzrə yeni tariflər 1 yanvar 2014-cü il tarixdən, təsdiq olunmuş digər tariflər isə 3 dekabr 2013-cü il tarixindən tətbiq ediləcəkdir.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Hava haqqında
5G-yə 600 milyon dollar xərcləyəcək
Donun biçilib tikilməsi
Möhtəşəm qadınlar
Xınalıq "ağardı"
Bitkilər bizi eşidir
Növbəti həftənin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA: “Bazar günü...”
Demetlə Alişan barışdı
Ünsiyyətdə müsbət kəlmələrin gücü - Yaradıcı düşüncə (2)
Obama hücumların sayını artıracaq
2020 Qızıl Qlobus Mükafatının Sahibləri
Qalın bilərziklər
Şeyma Subaşı kitab yazır
Trampa koronavirusa qarşı anticism inyeksiya edilib
Mayın 31-dən sonra sərhədlər açılacaq? - RƏSMİ
Qurdlar konfetin üzərində o yan-bu yana gəzişir - Diqqətli olun!
Kutsi toy edəcəyi tarixi açıqladı
Plastik məhsul istehsalçıları CƏZALANDIRILACAQ - QANUN
Azərbaycan əsgərləri Əfqanıstanda
Kəlbəcər rayonunun işğalından 25 il ötür!
Siqaret çəkənlər bunu etsələr, peşman olacaqlar
Baldız - cuvalduz...
Ana südünün böyüklərə xeyri
Uşaqların I sinfə qəbulu ilə bağlı yeni metod
Gözəlliyimizi qoruyaq
Separatçılar ATƏT-ə "yox" dedi
Saçın gözəlliyə təsirini göstərən şəkillər
Krım parlamentindən qalmaqallı bəyanat
Bakının bu hissəsində su olmayacaq
Mercedes-Benzin Bionik Avtomobili
Azərbaycan idmançılarının “Bakı-2017”də altıncı qızıl medalı
57 yaşlı müğənninin gənc blogerə yazdığı mesajlar yayımlandı
Türkiyədə yeni zəlzələlər qeydə alınıb
İşğaldan azad olunmuş rayonlarımızda DTX fəaliyyətə başlayır - RƏSMİ
Hamilə qadınlar hansı çaydan içməlidirlər?
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Sosial fobiya və ondan azad olmağın yolları.
17 yaşlı oğlanlar barədə yeni qərar verildi
Duzlu saç maskaları
Fabletlər sürətlə populyarlaşır
Sibel Canın FOTOsu diqqət çəkdi
Pensiyaçıların nəzərinə!
2019-cu ilin ilk TRENDİ
"Interstellar" və zaman səyahəti
Balaca peraşkilər (foto resept)
158 kiloqram arıqlayıb belə oldu
Ovuntulu bulka (foto resept)
Üzüm boldu, alıcı yoxdu
Cırıq qaloşlar muzeyə qoyuldu

- ŞƏRHLƏR