Eşitmə getdikcə zəifləyirsə, qulaqlarda uğultu, doluluq hissi yaranırsa, yanaşı olaraq baş gicəllənməsi, hətta baş ağrıları da olursa, bunun səbəbi qulaq kiri tıxacı ola bilər.
Tıxacın təmizlənməsi eşitmənin bərpası ilə bərabər digər əlamətlərin də aradan qalxmasına səbəb olur.Qulaq kiri qulaq keçəcəyinin dərisindəki vəzlər tərəfindən ifraz olunan maddədir. Onun tərkibi bir qayda olaraq kükürd, toz hissəcikləri, ölmüş epitel hüceyrələri və dəri yağından təşkil olunur.
Qulaq kiri eşitmə orqanının normal fəaliyyəti üçün olduqca vacibdir, qulağın daxilinə bakteriya, virus, göbələk kimi mikroorqanizmlərin daxil olmasına əngəl olur, həmçinin ölmüş epitel hüceyrələrini xaric edir. Normal halda qulaq kirinin artığı toplanmış toz və çirk hissəciklərilə birlikdə çeynəmə və udma hərəkətləri hesabına təbii şəkildə qulaqdan xaric olur. Patoloji hallarda qulaq kiri bərkiyir və xarici qulaq keçəcəyində tıxac yaradır.
Tıxacın yaranma səbəbləri:
- Vəzlərin fəaliyyəti və kir ifrazının artması;
- Qulaq keçəcəyinin anatomik olaraq dar olması və ya qıvrımlığı;
- Qulaq keçəcəyi dərisinin qulaq çöpləri, eşitmə aparatı və ya qulaqcıqla zədələnməsi;
- Otit və sinusit kimi keçirilmiş xəstəliklər;
- Mütəmadi olaraq tozlu şəraitdə fəaliyyət;
- Qulaq təmizləyərkən kirin təbil pərdəsinə doğru itələnməsi
Qulaq tıxacının təmizlənməsi üçün LOR həkimə müraciət edilməlidir. Təbil pərdənin tamlığı pozulmayanda, xəstə qulağında tıxacın varlığına əmin olanda, otit və ya başqa iltihabi xəstəlik keçirməyəndə və şəkərli diabeti olmayanda onu ev şəraitində də təmizləmək mümkündür.
Qulaq kirini təmizləmək üsulları
- Əvvəlcə qulaqdakı tıxacı yumşaltmaq lazımdır. Axşam yatmazdan qabaq qulaq keçəcəyinə dolana qədər ilıq qliserin və ya bitki yağı tökülür və pambıqla bağlanır. Səhərədək tıxac tam yumşalır, pambıq çıxarılır və qulaq keçəcəyinə 20 ml-lik şprislə hidrogen-peroksid (perekis) vurulur. İynə şprisə taxılmamalıdır. Məhlulla birlikdə tıxacın hissəcikləri də xaric olunur. Tıxac tam xaric olmadıqda iki gündən sonra prosedur təkrarlana bilər. Əks halda həkimə üz tutmaq olar.
- Qulaq kirini yumşaltmaq üçün ilıq sarımsaq yağı istifadə oluna bilər. Onu hazırlamaq üçün 1 xörək qaşığı Fitooil Küncüt yağına xırda doğranmış və ya həvəngdəstədə əzilmiş yarım diş sarımsaq əlavə olunur, vam ocaqda sarımsaq hissəcikləri qızarana qədər qızdırılır. Yağ süzüldükdən sonra gündə üç dəfə 3-4 damcı qulağa damızdırılır.
Diqqət! Qulaq tıxacını qətiyyən saç sancağı, kibrit çöpü və ya başqa əşyalarla çıxarmaq olmaz! Onlar təbil pərdəsini və qulaq keçəcəyinin dərisini zədələyə bilər.
Maraqlı bilgilər Göy balinalarda qulaq kiri həyat hadisələrini "qeydə alır". Həmin proses bir qədər ağac gövdəsindəki illik halqalara bənzəyir. Balinaların qulaq kiri qidalanma, ətraf mühitin çirklənmə dərəcəsi və hormonal dəyişikliklər barədə məlumat verir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
22 minədək yeni iş yeri açılacaq
Bakıda torpağın qiyməti artıb
"Kupça" ilə bağlı 5 vacib suala - Cavab
Günün ulduz falı
"Balaca Bryus Li"-FOTO
Böyük Britaniyada altı nəfərdən çox adamın bir yerə toplanması qadağan edilir
Ətli, makaronlu yemək (foto resept)
Obama Putinə xəbərdarlıq etdi
Balıq pəhrizi
Azərbaycan muğamını elmi cəhətdən öyrənəcək yeni şöbə yaradılır
"Dağlıq Qarabağ münaqişəsinin həllinin indiki mərhələsində Rusiyanın aktivliyi təsadüfi deyil"
Bakının bu ərazilərində işıq olmayacaq
Kompüter-şəhər inşa olunacaq
Pendirli kartof salatı (foto-resept)
Yeni trend: Afrika hörüyü
Azərbaycanlı müğənni "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin qalibi olub
Məşhurlar sellülitdən necə qorunur?
Prezidentin oğlu orduda
Piylənən kişidən 61 kq şiş çıxdı
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Səhvsiz makiyaj
Qadın.Net-lilərin 2012-ci il görüşlərinin davamı
Bədən çatlaqları və müalicəsi
Duzdan istifadə etmədən ləziz yeməklər hazırlayın
Milyon dollarlıq avtomobil təqdim olundu
Depressiya haqqında doğru bilinən səhvlər
Doğum gününə görə xarekter ( sentyabr)
Günün qoroskopu - 13.11.2013
Nəqliyyat sektorunda vahid ödəniş sistemi olacaq
Əliyev, Putin və Sarkisyan sambo yarışında
Ebola virusunu aşkar edən alim: “Yeni ölümcül xəstəlik yaranacaq”
Həyatının son anlarında tibb işçilərinin onu necə incitdiyini çəkdi
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Son günlər müşahidə edilən hava şəraiti ilə
Yeni il axşamı üçün geyim tövsiyələri
Professordan ciddi çağırış: “Reallıq budur ki, pandemiya...”
Səhnəmizin ilk Gülçöhrəsinin anım günüdür
Prezident və Birinci vitse-prezident işğaldan azad edilmiş Füzuli və Cəbrayılda olublar
Borc məhkəməyə qədər necə ödənilə bilər?
Burakla Dilanın yeni serialının yayım tarixi bəlli oldu
Uşaq köpəyi, köpək uşağı xilas etdi
Rəngarəng ayaqqabılar
Saç tipinə görə maskalar
Ən qəribə qadağaları olan ölkələr _FOTO
İlk kripto kafe açıldı-FOTO
Uşaqlar gün ərzində cəmi neçə saat yatmalıdır?
BÜRCLƏR bizə nə vəd edir?-29 İyul
Xocavəndin işğaldan azad olunan kəndlərinin görüntüləri - VİDEO
Məşhur model dünyanın ən varlı adamına ərə gedir-FOTO
İranda Heydər Əliyevin ruhuna ehsan verildi














