
Müharibə aparan ölkələrdə adətən belə bir fikir formalaşır ki, bu ölkələr bir-birinin məhsullarından imtina etməlidir. Ancaq bunun əksini düşünənlər də olur. Məsələn, ABŞ və SSRİ arasında soyuq müharibə zamanı sovet vətəndaşları Amerikanın cins şalvarlarını geyinir, Amerika isə Rusiyanın arağından istifadə edirdi. Hazırda Azərbaycanla Ermənistan arasında savaş getdiyi bir vaxta Bakıda Ermənistan, İrəvanda isə Azərbaycan məhsullarının satılması barədə xəbərlər var.
Maraqlıdır, tanınmışlar Ermənistan məhsulu ilə rastlaşsalar, o məhsulu alar, istifadə edərlərmi?
Müsavat Partiyası başqanının müavini Elman Fəttah Ermənistan məhsullarından uzaq olduğunu dedi: “Ermənistanla Azərbaycan arasında ticarət qadağası var. Azərbaycanda Ermənistan məhsullarının heç biri satılmamalıdır. Biz bu məsələlərdə həssas insanlarıq. Ona görə də Ermənistanın hər hansısa bir məhsulu qarşımızı çıxsa belə, istehlak etmərik. Həm də Ermənistanın yüksək keyfiyyətli tanınmış bir markası da yoxdur ki, ondan imtina etmək xüsusi bir fədakarlıq tələb etsin”.
ADP sədri Sərdar Cəlaloğlu Ermənistanın nəinki məhsulundan, onun dərmanından belə, istifadə edilməyin yanlış olduğunu dedi: “Ermənistan məhsulları ümummilli səviyyədə boykotdur. Vaxtilə Hindistanda Mahatma Qandi ingilis mallarını boykot etməklə Hindistanı müstəqil edib. Buna görə də əgər biz Ermənistana qarşı boykot siyasəti aparırıqsa, Azərbaycan vətəndaşları bir nəfər kimi bu boykotda iştirak etməlidir. Siqaret yox, lap dərman belə olsa, ondan imtina edilməlidir. Amma əgər rəsmi boykot yoxdursa, dolayısı yolla, üçüncü dövlətlər vasitəsilə bu məhsullar bizə gəlir. Məsələn, Gürcüstan bizdən nefti alır satır Ermənistana. Eyni zamanda da Ermənistandan arağı, siqareti alıb satır Azərbaycana. Boykot məsələsinə tam nəzarət olmadığına görə Ermənistan qeyri-qanuni də olsa, blokada şəraitindən çıxmağa cəhd edir”.
S.Cəlaloğlu bildirdi ki, Ermənistan iqtisadiyyatının güclənməməsi üçün Azərbaycan vətəndaşlarının onların istehsal etdiyi heç bir şeyi almamalıdır: “İslami nöqteyi-nəzərdən də bir xristian ölkəsində istehsal olunan və təmizliyi, halallığı bilinməyən bir məhsuldan istifadə müsəlman üçün günahdır, haramdır”.
Deputat Fazil Mustafa isə bildirdi ki, ancaq ermənilərin nəşr etdiyi hansısa kitabı ala bilər: “Azərbaycanda istehsal olunan siqaret və arağın Ermənistana satılmasına müsbət baxıram. Ona görə ki, siqaretə və arağa nifrət edirəm. Bunun kimi zərərli şeylərin Ermənistana verilməsinə yaxşı baxıram. Ona görə də məsləhət görürəm ki, iş adamları istehsal etdikləri siqareti, arağı, hətta kolbasanı Ermənistana göndərsinlər. Ancaq Ermənistandan Azərbaycana məhsul gətirilməsinin əleyhinəyəm. Məhsulun ermənisi, rusu olmur. Məhsulun keyfiyyətlisi olur”.
F.Mustafanın İrəvanda rus dilində nəşr olunan hansısa kitabı alardı: “Əgər erməni dilini bilsəydim, bu dildə olan kitabı da alardım. Kitabı erməninin və ya ingilisin buraxmasının heç bir fərqi yoxdur. Yaxşı kitabdırsa, alardım. Biz müharibə aparırıq deyə ermənilərin istehsal etdiyi hər şeyi boykot etməli deyilik. Dünya açıq dünyadır və hər kəs istədiyi məhsulu ala bilər”.
Siyasi şərhçi Azər Rəşidoğlu bildirdi ki, xarici ölkələrdə səfərdə olarkən, Ermənistan məhsulları ilə rastlaşa bilərik: “Düşünmürəm ki, Ermənistan məhsullarını almaqda vətənə xəyanət elementləri var. Yadıma "Baharın 17 anı" filmindəki maraqlı bir səhnə düşdü. Himler Şellenberqdən soruşur ki, siz düşmənin istehsal etdiyi “Camel” siqaretlərini haradan alırsınız? Şelenberq cavab verir ki, bu ölkədə düşmən siqareti çəkənə “vətəni satırsan” damğası vurulur. SSRİ və ABŞ arasında soyuq savaş getdiyi zamanlarda SSRİ-də hamı Amerikanın cins şalvarlarını geyinirdi, Amerika saqqızı çeynəyirdi. ABŞ-da isə Rusiya arağını içirdilər. Bu savaşa təsir etmirdi. Vətənpərvərlik düşmənin qarşısına mərdliklə çıxmağı tələb edir, kimin hansı siqareti çəkməsi onun vətənpərvərlik göstəricisi ola bilməz".
Müğənni Əli Mirəliyev isə deyir ki, əslində ermənilərin heç nəyi yoxdur: “Mən vaxtilə Tiflisdə, Ermənistanda konsertlərdə çox olmuşam. Ermənilərin heç musiqiləri də yoxdur. Ermənilər xalq deyil. Ermənilərin konyakına da, siqaretinə də digər məhsullarına da tüpürüm. Heç vaxt onların heç bir məhsulunu almaram. Bizim gözəl Gəncə konyakımız dura-dura erməninin konyakını niyə alım ki?”
XƏBƏR LENTİ
Şokoladlı banan çubuqları (foto-resept)
Baharın gəlişinin Qiyamətə 4 oxşarlığı
Bu gecə Palçıq Yağacaq
ABŞ-da qarğa dəstəsi insanlara hücum etdi - VİDEO
Rus dili - ИРё, Йй
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Hava haqqında
İki üzlü qız doğuldu
Körpələrdə dişlərin çıxması
Türk hamamı
Oğluna İblisin adlarından birini verdi
Qar dənəciyi düzəldək
"QazEL"lər xəttdən çıxarılır
Qorilla hirsləndi, fotoqrafı nokauta saldı
"Boston" tortu(foto resept)
Pul yığmaq üçün hansı dəyişiklikləri etməli?
“Haber Global” -da İlham Əliyevin doğum gününə həsr olunmuş reportaj -VİDEO
ABŞ koronavirusa yoluxma sayına görə Çin və İtaliyanı keçib birinci oldu
"Hər bəlamda günahkar sənsən!"
Həkim qədər təsirli 27 meyvə və tərəvəz (2)
Azərbaycanı İrəvanda təriflədilər
Ən yaxşı ağardıcı maskalar
Duzdan dərman düzəldin
İstefa Davudoğlunun, yoxsa Ərdoğanın qərarıdır
Market sifarişini gətirən kuryer qadını öldürdü
Hava haqqında
Dənizin gözəlliyi və dəniz suyunun faydaları
Günün qoroskopu:Bədxərclik etməyin!
Azərbaycanda yaşamaq üçün nə qədər ödəməlisən?
İnanılmaz 20 təbiət möcüzəsi
Çin ilkə imza atacaq
Sabahın HAVAsı
Cazibədar xanımların seçimi
Prezident İlham Əliyev italiyalı həmkarını təbrik edib
Yaşıl pomidor turşusu (foto-resept)
Necati Şaşmaz serialından danışdı-FOTO
"Spam"lardan necə yaxa qurtaraq?
Ən varlılar arasında azərbaycanlı da var
Tramp 48 saatda 11 mitinq keçirməyə hazırlaşır
28 min azərbaycanlı geri döndü
Kloppun saqqızı satışa çıxarıldı
Uşaqlı ailələr ev təmizliyində nəyə diqqət etməli?
Möhtəşəm saç çubuqları
Bakının havası - sıfır
Hamını heyrətləndirən uşaq
Metro və avtobuslarda iş vaxtı dəyişdirilir
Kağızlardan düzəldilmiş həşəratlar
Saç reklamlarında bu hiylələrdən istifadə olunur - FOTO
"Kobra" Pərviz artıq Vətənə qayıdıb
Ledi Qaqa kökəldi-FOTO















- ŞƏRHLƏR