Yazılı sual-cavab
Yaş: 10-15
Oyunçuların sayı: 8-15
Oyun iştirakçılarına bir parça kağız paylanır və təklif edilir ki, onlar kağızlara istədiyi bir sualı yazsın. Sonra kağızlar toplanır və ortaya qoyulur. Uşaqlar bu kağızlardan birini çəkib, yazılı üzünü oxumadan arxa üzünə istədikləri bir cavabı yazırlar. Yenə kağızlar toplanır və hər iki üzdə bir-bir sual cavablar oxunur. Çox vaxt müşahidə olunur ki, cavablar bir-birinə uyğun gəlməyərək gülməli şəkil alır.
Üzük-üzük
Yaş: 10-15
Oyunçuların sayı: 10-20
Uşaqlar iki dəstəyə bölünür və sıra ilə üzbəüz dayanırlar. Hər dəstə özünə rəhbər seçir. Püşk atılır, püşk hansı tərəfin xeyrinə düşürsə, o tərəfdə oyunu başlayır. Birinci dəstənin rəhbəri bir üzük və ya düymə götürür. Öz dəstəsinə əmr verir ki, hər bir uşaq əllərini belinə (arxasına) qoysun. Rəhbər arxa tərəfdən hər bir uşağa yanaşır, əllərini onun əllərinə qoyur.
Bu qayda ilə bütün uşaqlara yanaşır və üzüyü (düyməni) uşaqlardan birinin ovcuna qoyur. Rəhbər bu işi elə aparır ki, o biri tərəf üzüyün
kimə verildiyini bilməsin. Sonra uşaqlar əllərini yumaraq qabağa çıxarırlar. İkinci tərəf üzüyün kimin əlində olduğunu tapmağa çalışır.
İkinci tərəf ancaq üç uşağın əllərini açdıra bilər. Üç uşaqda üzük tapılmasa, ikinci tərəf uduzmuş olur. Bundan sonra növbə ikinci
dəstəyə keçir. Bu dəfə ikinci dəstə düyməni gizlədir, birinci dəstə isə onu tapmağa çalışır. Hansı dəstə düyməni daha çox tapa bilirsə onlar qalib gəlir.
Düyməni tapmaq üçün hər dəfə yoldaşların arasından bir uşaq seçilir. Bu uşaq hər dəfə əl açdırdıqda yoldaşları ilə məsləhətləşir.
Üzüyün tapılmasında dəstənin bütün üzvləri iştirak edir.
Tap nədir
Yaş: 10-15
Oyunçuların sayı: 5-10
Oyunçulardan biri otaqdan çıxır. Yerdə qalanlar bir heyvanın ya da bir göyərçinin yaxud da bir mədənin adını çəkirlər. Çölə çıxan
uşağı otağa çağırırlar. Uşaq gəlir və növbə ilə hamıdan bir-bir adı tutulan əşyanın əlamətlərini soruşur. Hər uşaq öz istədiyi əlaməti
söyləyir (qaradır, böyükdür, ot yeyir, ot yemir və s.). bir uşağın dediyi əlaməti o biri uşaq deməməlidir. Otağa çağırılan uşaq söylənilən
əlamətlərə görə quşu və yaxud heyvanı tapmalıdır. Tapa bilirsə, uşaqlardan biri ilə yerini dəyişdirir. O artıq otaqdan kənara çıxmır,
uşaqlarla birgə oyunu təkrar etməyə hazırlaşır.
Təsvir
Yaş: 10-16
Oyunçuların sayı: 8-10
Bir parça ensiz lakin uzun kağız götürülür. Uşaqlardan biri kağıza oyunçulardan birinin adını yazır, yazılan yeri içəri qatlayır və kağızı ikinci uşağa verir. O da tanıdığı adamlardan birinin əlamətlərini kağıza yazır. Kağızı bükür və ucunu yoldaşına verir bu qayda ilə
uşaqlar növbə ilə yazırlar. Yazılan təxminən bu məsələlərə aid olmalıdır: nə iş görür, xasiyyəti necədir, harada olmuş, sifəti nə cürdür
və s.
Bir uşağın yazdığından o biri uşağın xəbəri olmamalıdır. Yazılıb qurtardıqdan sonra uşaqlardan biri kağızı açır, uşağın adını və onun haqqındakı yazılanları oxuyur. Daha çox uyğunsuz təsvirlərə rast gəlirsə, bu uşaqların gülməsinə və şənlənməsinə səbəb olur.
Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"
XƏBƏR LENTİ
Yeməli peyzajlar
Əcnəbi qəhrəmanlar - Göygöz Kosadan qorxmayan Mətanət bacı
Mehriban Əliyevaya həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib - FOTO
Qırmızı dırnaq manikürü
Kefli alma (foto-resept)
Arzu Əliyeva “Uşaq festivalı”nda - FOTO
Kartoflu pankek (foto resept)
İnsanların həyatını asanlaşdıran 7 texnologiya
Alla Puqaçova harada dəfn olunacaq?
Şəkidə fləşmob
Balqabaq kotleti (foto resept)
Dərsliklər satışda
Bakıda keçiriləcək Olimpiadanın vaxtı dəyişdirildi
Plan
Fərqli ayaq bilərzikləri
Yeni ili ailənizlə qarşılayın
"Terminator 6" filmindən ilk FOTO
Mükəmməl makiyajın sirləri
Həm yanımızda, həm də yadımızda qalanlara...
Duanın insana faydası
"Sirli" kələm (foto resept)
Qərb 1919-cu ildə də uydurma soyqırımını araşdırmaqdan qaçıbmış
Məşhur aktyor AÇIQLAMA VERDİ-FOTO
Ermənilər Naxçıvan-İrəvan dəmir yolunun bərpasını istəyir
“Rusiyaya işləmək üçün gələnlər…” – Medvedevdən kritik açıqlama
Dənizi hasarlardan xilas edib sahiblərinə - Xalqa qaytaraq
Südlü biskivit (foto resept)
Günün ulduz falı
Mənzillər ucuzlaşıb, torpaq isə...
Ceki Çan haqqında son xəbər
"Real" "Bernabeu"da şou göstərdi, "Qalatasaray" qrupda ilk xalını qazandı
Meqan Markl qəfildən səhnəyə çıxdı,hər kəs heyrətləndi-FOTO
Qadının xarakteri sinəsinin formasından asılıdır
Sağlam olmaq üçün sadə üsullar
Məktəblilərin payız tətili başladı
Sevgiyə ağlayan qadınlar
Üz yuyarkən etdiyimiz səhvlər
Monika Belluçi qala gecəsinə qatılıb-FOTO
Azərbaycanda dövlət qulluqçuları üçün Təlim Mərkəzi yaradılacaq
Hər birimiz bir çiçək...
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Apple bu ölkədə sürətlə inkişaf edir
Gəlin buketləri
Bu kolbasalardan uzaq durun-RƏSMİ XƏBƏRDARLIQ
Oyuna geçikən komandaya şok cəza verildi
Uşaqlarda qaşınma
Atdığı iki qutu ziblə görə 100min funt cərimə olunub-FOTO
Kolleclərə sənəd qəbulunun vaxtı açıqlandı
Saqqız çeynəmək mədəniyyəti
Sürücülərə CƏRİMƏ xəbərdarlığı: artıq sizi burada da ÇƏKİRLƏR!














