Bostanda
Yaş: 8-10
Oyunçuların sayı: 15-30
Ləvazimat: 70 ya 80 ədəd xırda çöplər.
Meydançada bir düz xətt çəkilir. Xəttin bir tərəfində 7-8 addım məsafədə bir dairə çəkilir. Bu dairə tərlan yuvasıdır. Xətt ilə yuvanın arasındakı boşluq, bostan yeridir. Bostana xırda çöplər səpilir. Əvvəlki xətdən dörd beş addım aralıda ikinci bir xətt çəkilir.
Həmin xətdən bir az aralı 2 dairə çəkilir ki, bunlar da göyərçin yuvası adlanır. Hər dəstə bir yuvanın (dairənin) ətrafında dayanır.
Uşaqlardan biri rəhbər, o biri isə tərlan olur. Tərlan öz yuvasına çəkilir və gözləmə mövqeyində durur. Rəhbərin işarəsi ilə oyun başlanır.
Tərlan bostanın üzərində uçur, yəni qollarını açaraq o tərəfə, bu tərəfə qaçır, hopppanır. Quşlar (uşaqlar) tərlandan qorxaraq yuvalarında dayanırlar.
Tərlan bir qədər bostanda var-gəl etdikdən, hoppandıqdan, qaçdıqdan sonra öz yuvasına qayıdır. Bu zaman quşlar yuvalarından (dairələrdən) çıxaraq. Bostana doluşur və özləri üçün dən-çöp toplayırlar.
Rəhbər qəflətən səslənir: "Tərlan gəldi!" Uşaqlar sürətlə qaçaraq öz yuvalarına qayıdırlar. Tərlan isə uşaqlardan bir neçəsini tutmağa səy göstərir. Tutulan uşaq tərlan tərəfə keçir və ona kömək edir. Dəstələrdən hansı daha çox dən-çöp yığırsa, bu dəstə oyunu udmuş hesab olunur.
Oyun bir neçə dəfə keçirildikdən sonra yenidən ən bacarıqlı uşaqlardan rəhbər və tərlan seçmək məqsədə uyğundur.
Kim götürər
Yaş: 8-12
Oyunçuların sayı: 10-18
Meydançada iki düz xətt çəkilir. Xətlərarası məsafə 12-18 addım olmalıdır. Uşaqlar iki dəstəyə bölünürlər. Dəstələr xətlər üzrə sıraya düzülür. Hər dəstədən bir uşaq ortaya çıxır və onlar üz-üzə dururlar. Ortaya bir top qoyulur. Birinci dəstənin uşaqları növbə ilə müxtəlif hərəkətlər icra edir (gəzir, fırlanır, qollarını açır, əllərini yerə qoyur, hoppanıb düşür və s.) ikinci uşaq bu hərəkətləri təkrar etməlidir.
Birinci uşaq müxtəlif hərəkətlərlə ikinci uşağın başını qarışdırır və birdən topu götürüb qaçır. İkinci dəstənin rəhbəri isə həmin an uşağın
dalınca qaçıb onu tutmağa (tapmağa) çalışır. Topu aparan uşaq öz sırasına çata bilirsə oyunu yenə birinci dəstənin uşaqları davam etdirir. Əgər əksinə ikinci dəstənin rəhbəri topu qaçıran uşağı tuta bilmirsə, oyunu ikiknci dəstə başlayır. Hansı dəstə daha çox uşaq (əsir) tutmuş olursa, o dəstə oyunun qalibi sayılır.
Naxquli
Yaş: 8-13
Oyunçuların sayı: 2-6
Ləvazimat: çubuq və çiling (naxquli).
Çilingin uzunu 15-20sm, çubuğun uzunluğu isə 60-70sm olmalıdır. Çilingin iki ucunu da bir qədər şişləməlidir (yonmalı-itiləməlidir). Əvvəlcə bir çala qazılır.
Uşaqlar bir-birinin ardınca sıraya düzülürlər. Onlar növbə ilə çilingi yerə qoyub çubuqla bir ucundan vururlar. Çiling yerdən qalxıb
müəyyən məsafə uzağa düşür. Bu məsafəni həmin çubuqla ölçür və onun necə çubuq uzunu olduğunu müəyyənləşdirirlər. Sonra ikinci
uşaq çilingi çalaya qoyur və vurur, məsafəsini isə öz çubuğu ilə ölçür.
Oyun bu qayda ilə davam edir. Uşaqların hansının çilingi daha uzağa düşərsə, o uşaq oyunun qalibi hesab olunur. Çilingi daha uzağa düşmüş uşaq çilingi əlinə götürür "naxquli.. i..i..i" deyərək, qaçmaqla özünü çiling qoyulan çalaya çatdırır. Həmin oyunçu da oyunu yenidən başlayır.
Oyunun şərti: Qalib gəlmiş uşaq "naxquli…i..i..i" sözünü çalaya çatana kimi səsləndirməlidir.
Oyunun şərtləri: 1) Qaçan uşağa toxunmaq lazımdır.
2) Oyun zamanı intizamsızlığa, kobudluğa yol verilməməlidir.
3) Qaçan uşağı itələmək və onun geyimindən tutmaq qadağandır.
4) Toxunulan uşaq müqavimət göstərmədən dərhal dayanmalı və göstərilən yerdə gözləməlidir.
Həmin oyunda bir sıra qabiliyyətlər aşılanır. Xüsusən, tənəffüs sistemi inkişaf etdirilir, dəqiqlik, cəldlik, sürət, möhkəm iradə, rəqibdən özünü qoruma, istənilən məsafəni qət etmək, məqsədə nail olduqdan sonra mərkəzə qayıtmaq (çiling qoyulan yer) və s. həyati vərdişlər mənimsədilir.
Güzgü
Oyunçuların sayı: 10-20
Uşaqlar dairəvi düzülürlər. Hər uşağın yanında balaca dairə çəkilir. Yalnız rəhbər dairəsizdir. Oyun başlanır. Rəhbər uşaqlardan
birinə yaxınlaşır və əl-qolu ilə, yaxud da üzü ilə bir hərəkət (mimika) edir. Yaxınlaşan uşaq da hərəkətləri təkrar etməli və rəhbərin dalınca getməlidir. Rəhbər bu qayda ilə başqa uşaqlara yanaşır. Rəhbərin hərəkətlərini onun arxasınca gələn bütün uşaqlar da təqlid edirlər.
Rəhbər öz arxasınca 10-15 uşaq toplayıncaya qədər oyun bu qayda ilə davam etdirilir. Birdən rəhbər "güzgü sınıb" deyib səslənir. Rəhbər və onun arxasında olan bütün uşaqlar qaçaraq hər hansı dairəni tutmağa cəhd edirlər. Əvvəlki dairələr içərisində qalan uşaqlarda öz dairələrindən çıxıb yeni dairə tuturlar. Hansı uşaq dairəsiz qalırsa, o rəhbəri əvəz edir.
Bundan sonra oyun yenidən davam edir.
Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ermənistanın iki “Su-25” təyyarəsi məhv edildi - RƏSMİ
Ban Ki Mun İŞİD-ə meydan oxudu
Azərbaycan qadınları Orduya yazılır
“Qalatasaray” 1/4 finalda
Göbələkli toyuq basdırması (foto resept)
Dekabrın 3-də hər şey məlum olacaq
"Qara dəlik" böyüyür
Mütəxəssislərdən Günəşlə bağlı VACİB AÇIQLAMA: 25-ci mərhələyə daxil oldu
Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır
Murat Boz Bakıya gəlir-SƏBƏB
Üz dərisini qorumağın 5 üsulu
Türkəçarə dəhşəti: balzam gicgahını deşdi - FOTO
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Acun İlıcalının keçmiş xanımı ərə getdi-FOTO
Ermənistan Qarabağdakı hərbi əməliyyatlarda itkilərinin sayını açıqladı - VİDEO
Alexandra Dillonun rəsmləri
"Survivor"iştirakçısı Pərvizdən danışdı:"Yaxşı ki, başıma vurmadı"-FOTO
Dünyanın ən gözəl qadını seçildi, bu xəbərə güldü
Düşmən ordu dəhşətli itki verdi
Meyvə şirələrinin faydası
Corc Kluni və Amal Boşanır-SƏBƏB
İstanbulda əsrin kəşfi
Azərbaycanda hava soyuyacaq
Metropoliten satıcılarının əksəriyyəti hələ də işsizdir
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
Putindən Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA - VİDEO
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Qayınanasının zəngindən sonra milyonçu olmağa qərar verdi-FOTO
Acundan "Survivor" paylaşımı
Xəzərin Bakı sahillərində delfin görüntülənib? - AÇIQLAMA + VİDEO
Smartfon istifadəçilərinin nəzərinə: yeni virus yayıldı
1 milyon uddu, həyatı MƏHV OLDU
"Ermənilər qondarma soyqırım ilə bağlı iddialarını sübut edə bilmirlər"
Ömrü uzun olanın döşəyi…
Merve Boluğur şantaj edildi
Sümüklərin "xörəyi"
Girovlarla bağlı yeni xəbər
Arnold Şvartsnegger Rusiya şirkətini məhkəməyə verdi-10 milyonluq təzminat
Endirilən bayraq Türkiyəni ayağa qaldırdı
Dünyanın ömrü uzandı
Boğaz ağrısında təbii müalicə üsulları
Vəhşi təbiətin yırtıcı gözəlləri
Məşhur aktrisa koronavirusa yoluxdu
İsrail və Fələstin atəşkəs barədə razılığa gəliblər
Maraqlı dizayn nümunələri
HAVA necə olacaq?-22 Avqust
Bağçalarda uşaqlar yaş həddinə uyğun qidalanmır - HESABAT
Bəzi tarixi yerlərə səyahət
"Ustad" dərgisinin 18-ci sayı-FOTO
İrəvan namaza icazə vermədi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]