Topla atışma
Yaş: 10-13
Oyunda 15-20 uşaq iştirak edir.
Ləvazimat: top və təbaşir.
Uşaqlar iki dəstəyə bölünür və hər dəstə özü üçün kapitan seçir. Oyuna başlamazdan əvvəl yerdə təbaşirlə bir düz xətt çəkilir. Bu xətdən 8-10m məsafədə dəstələrin önündə orta xəttin sağ və sol tərəfində xətlər çəkilir. Həmin xətlərin arxa tərəfi "şəhər" adlanır. Hər dəstə öz şəhərində dayanır. Sonra dəstə başçıları püşk atırlar. Püşk hansı dəstənin xeyrinə olursa ilk olaraq oyunu da o dəstə
başlayır. Yəni onlar ilk olaraq topu qarşıdakı komandaya tərəf atır.
Onların komanda üzvlərindən birini vurur. Top həmin komandanın oyunçularından birinə dəyən kimi kapitan fit verir oyunu dayandırır.
Top dəyən uşaq əsir aparılır. Oyun bu qayda ilə davam edir. Bir tərəf o biri tərəfi tam əsir götürdükdə oyun dayandırılır.
Oyunun şərtləri: 1) Kapitan "əsir" götürülmür. Ona dəyən top hesaba alınmır. Onun da başlıca vəzifəsi daha çox topu tutub dəstəsinə
ötürməkdən ibarətdir.
2) Əsir aparılan uşağa o biri tərəf top vura bilsə, bu uşaq əsirlikdən qurtarır və öz yerinə qayıdır.
3) Hər hansı bir oyunçu orta xətti keçərsə, o əsir düşmüş hesab edilir.
4) top yerə dəydikdən sonra qalxıb oyunçuya dəyirsə, bu hesaba alınmır.
Qələndər, ay Qələndər
Yaş: 10-13
Oyunçuların sayı: 8-15
Uşaqlar sıraya düzülürlər. Onlardan biri aparıcı olur. Aparıcı olan uşaq əlində bir qayış (turna) saxlayır və ürəyində bir quşu tutub bu quşun əlamətlərini uşaqlara təsvir edir. Aparıcı danışdıqça uşaqlar hamısı bir ağızdan "Qələndər, ay Qələndər" deyib avazla səslənirlər.
Aparıcı: Bir quşum var bu boyda (əllərilə quşun böyüklüyünü göstərir).
Uşaqlar: Qələndər, ay Qələndər.
Aparıcı: Dimdiyi var bu boyda (barmaqları ilə ürəyindəvtutuduğu quşun dimdiyinin böyüklüyünü göstərir).
Uşaqlar: Qələndər ay Qələndər.
Aparıcı: Bu qayda ilə ürəyində tutduğu quşun əlamətlərini (boyunu, dimdiyini, qanadını, ayaqlarını, dırnaqlarını) təsvir edir.
Uşaqlar da hər dəfə "Qələndər ay Qələndər" deyib şənlənirlər.
Aparıcı sözünü qurtardıqdan sonra üzünü uşaqlara tutub soruşur: Bu nə quşdur?
Əlindəki qayışı sırada duran uşaqların birinə verir. Həmin uşaq hər hansı bir quşun adını deyir. Əgər o quşun adını deməzsə, bu zaman başçı deyir: "yalandır, ver qayışı tapana". Uşaq qayışı yanandakı yoldaşına verir. Bu qayda ilə qayış doğru cavab tapıncaya qədər əldən ələ keçir. Doğru cavab verildikdə aparıcı "palandır" deyərək ucadan xoş avazla səslənir.
"Palandır" sözünü eşidən kimi bütün uşaqlar qaçırlar. Quşu tapan uşaq isə əlindəki qayışla uşaqları qovur. Uşaqlar isə yuvaya (mərəyə) çatıncaya qədər sürətlə qaçır. Qayış kimə dəysə, o aparıcı rolunda çıxış edir. Yəni aparıcı olur.
Göründüyü kimi bu oyun uşaqların hərəki qabiliyyətlərinin (sürət, cəldlik, çeviklik və s.) və həm də zehni cəhətdən inkişafına kömək
edir. Onlar quşu əlamətlərinə görə tapmaq üçün düşünür. Fikri fəallığını artırır.
Beləliklə, bu oyunda oyunçular fəal istirahət etməklə yanaşı, eləcə də fiziki və zehni yükləri bir-birilə növbələşdirir.
Traktorçular
Yaş: 8-10
Oyunçuların sayı: 16-18
Uşaqlar dörd sıraya düzülürlər. Sıradakı uşaqlar cüt-cüt, qoşa-qoşa dayanırlar. Cüt dayanmış uşaqlardan biri traktorçu, o biri traktor
olur. Traktorçu əlini traktorun çiyninə qoyur. Bütün sırada dayanmış uşaqlar yaxındakı yoldaşı ilə həmin qaydada düzülürlər.
Rəhbər komanda verir: "Traktoru işə salın!"
Bu zaman uşaqlar yerlərində tərpəşirlər və ağızları ilə Z..Z..Z..Z..Z..Z.. – səs edirlər.
Rəhbər: Fit verin!
Uşaqlar: U..U..U..U..U
Rəhbər: İşə çıxın!
Traktorlar işə çıxırlar. Yəni uşaqlar sıradan çıxıb öz cütlüyü ilə birlikdə tarlalara gedirlər.
Rəhbər yenidən siqnal verir: Traktorlar, yerinə!
Bu vaxt uşaqlar qaçaraq öz yerlərini tuturlar. Oyunda hansı sıra öz yerinə hamıdan tez qayıdıb düzülürsə, o sıra qalib sayılır.
Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"
XƏBƏR LENTİ
55 yaşlı Tarantino ilk dəfə evləndi
Ozan Güvən xəstəxanalıq oldu-FOTO
Valideynlərə 3 məsləhət
Yol polisinə sürücüləri təqib etmək imkanı tanıyan qanun təsdiqləndi
Dəbli koftalar
Ərdoğanı güldürən uşaq
Papa erməniləri hiddətləndirdi
77 kq-lıq balıq ovladılar-FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 4 Dekabr
2011-ci ilin milyarderləri
"Eurovision 2018"in açılışı oldu-FOTO/VİDEO
Məşhurların çəkildiyi Filmə cəmi 27 nəfər baxıb
Bill Qeyts "Microsoft"un səhmlərini niyə satır?
Azərbaycanda qar yağdı
Yaşıl çayla gözəlləşmək
2015 Xəz dəri kolleksiyası-3
Məşhurların şəxsiyyət vəsiqələri-FOTO
Cansu Derenin yeni serialı bəlli oldu
Xəzərdə güclü yanğın
Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb
Müstafa Sandalın keçmiş xanımı tanınmaz halda-FOTO
Sabaha olan teledərslərin proqramı açıqlandı - FOTO
Bakı-2015-də qayda pozan əcnəbilər cəriməni necə ödəyəcək?
76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
Pensiyaçıların nəzərinə!
Füzulidən olan şəhid ailəsi: “Qurd kapitan”ın qanı yerdə qalmadı - VİDEO
"Texnikabank"ın əmanətçilərinə kompensasiyaların ödəniləcəyi tarix açıqlandı
Gəlin-qaynana davası...
Facebook-un qurucusu Mark Zukerberq haqqında - BİLMƏDİKLƏRİMİZ
Tələbə "Rusiya gözəli" oldu - FOTO
3144 velosiped
Məşhur aparıcının əri həbs olundu-SƏBƏB
Ermənilər rusları aldadır
Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT
Dırnaq boyası çəkən məşhur kişilər
Sevişərkən fikriniz harda olur?
Telman Adıgözəlovun oğlu: ""Evləri köndələn yar"a baxanda..." - FOTO
Demet Akalının tərlikləri qiymətinə görə diqqət çəkdi-FOTO
Sentyabrın 26-dan ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq
Koronavirusun müalicəsi neçəyə başa gəlir?
Serenay sonsuz ayaqqabılarından danışdı_FOTO
Saçları gurlaşdıran bildirçin yumurtası
Mançesterdə "Azərbaycan gecəsi" keçirilib
Nazirlik əhaliyə XƏBƏRDARLIQ etdi - Antisiklon gəlir
Yaşlanmağı gecikdirmək üçün qızıl təkliflər
Apple və Google-un dühası
Şirvanşah Şahənşah
Koronavirus 7 yaşlı uşağın həyatını alt-üst etdi-FOTO
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Aparıcı geyiminə görə canlı yayımda işdən çıxarıldı-FOTO














