Qadin.NET / Azərbaycan milli uşaq oyunları-11

Azərbaycan milli uşaq oyunları-11

 

Azərbaycan milli uşaq oyunları-11



 

Yazılı sual-cavab

Yaş: 10-15

Oyunçuların sayı: 8-15

Oyun iştirakçılarına bir parça kağız paylanır və təklif edilir ki, onlar kağızlara istədiyi bir sualı yazsın. Sonra kağızlar toplanır və ortaya qoyulur. Uşaqlar bu kağızlardan birini çəkib, yazılı üzünü oxumadan arxa üzünə istədikləri bir cavabı yazırlar. Yenə kağızlar toplanır və hər iki üzdə bir-bir sual cavablar oxunur. Çox vaxt müşahidə olunur ki, cavablar bir-birinə uyğun gəlməyərək gülməli şəkil alır.

Üzük-üzük

Yaş: 10-15

Oyunçuların sayı: 10-20

Uşaqlar iki dəstəyə bölünür və sıra ilə üzbəüz dayanırlar. Hər dəstə özünə rəhbər seçir. Püşk atılır, püşk hansı tərəfin xeyrinə düşürsə, o tərəfdə oyunu başlayır. Birinci dəstənin rəhbəri bir üzük və ya düymə götürür. Öz dəstəsinə əmr verir ki, hər bir uşaq əllərini belinə (arxasına) qoysun. Rəhbər arxa tərəfdən hər bir uşağa yanaşır, əllərini onun əllərinə qoyur.

Bu qayda ilə bütün uşaqlara yanaşır və üzüyü (düyməni) uşaqlardan birinin ovcuna qoyur. Rəhbər bu işi elə aparır ki, o biri tərəf üzüyün

kimə verildiyini bilməsin. Sonra uşaqlar əllərini yumaraq qabağa çıxarırlar. İkinci tərəf üzüyün kimin əlində olduğunu tapmağa çalışır.

İkinci tərəf ancaq üç uşağın əllərini açdıra bilər. Üç uşaqda üzük tapılmasa, ikinci tərəf uduzmuş olur. Bundan sonra növbə ikinci

dəstəyə keçir. Bu dəfə ikinci dəstə düyməni gizlədir, birinci dəstə isə onu tapmağa çalışır. Hansı dəstə düyməni daha çox tapa bilirsə onlar qalib gəlir.

Düyməni tapmaq üçün hər dəfə yoldaşların arasından bir uşaq seçilir. Bu uşaq hər dəfə əl açdırdıqda yoldaşları ilə məsləhətləşir.

Üzüyün tapılmasında dəstənin bütün üzvləri iştirak edir.

 

Azərbaycan milli uşaq oyunları-11



 

Tap nədir

Yaş: 10-15

Oyunçuların sayı: 5-10

Oyunçulardan biri otaqdan çıxır. Yerdə qalanlar bir heyvanın ya da bir göyərçinin yaxud da bir mədənin adını çəkirlər. Çölə çıxan

uşağı otağa çağırırlar. Uşaq gəlir və növbə ilə hamıdan bir-bir adı tutulan əşyanın əlamətlərini soruşur. Hər uşaq öz istədiyi əlaməti

söyləyir (qaradır, böyükdür, ot yeyir, ot yemir və s.). bir uşağın dediyi əlaməti o biri uşaq deməməlidir. Otağa çağırılan uşaq söylənilən

əlamətlərə görə quşu və yaxud heyvanı tapmalıdır. Tapa bilirsə, uşaqlardan biri ilə yerini dəyişdirir. O artıq otaqdan kənara çıxmır,

uşaqlarla birgə oyunu təkrar etməyə hazırlaşır.

Təsvir

Yaş: 10-16

Oyunçuların sayı: 8-10

Bir parça ensiz lakin uzun kağız götürülür. Uşaqlardan biri kağıza oyunçulardan birinin adını yazır, yazılan yeri içəri qatlayır və kağızı ikinci uşağa verir. O da tanıdığı adamlardan birinin əlamətlərini kağıza yazır. Kağızı bükür və ucunu yoldaşına verir bu qayda ilə

uşaqlar növbə ilə yazırlar. Yazılan təxminən bu məsələlərə aid olmalıdır: nə iş görür, xasiyyəti necədir, harada olmuş, sifəti nə cürdür

və s.

Bir uşağın yazdığından o biri uşağın xəbəri olmamalıdır. Yazılıb qurtardıqdan sonra uşaqlardan biri kağızı açır, uşağın adını və onun haqqındakı yazılanları oxuyur. Daha çox uyğunsuz təsvirlərə rast gəlirsə, bu uşaqların gülməsinə və şənlənməsinə səbəb olur.

Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"

13 noyabr 2016
GO BACK