Dölün ilk tərpənməsi adətən qadın tərəfindən bağırsaqlarda yelin yerdəyişməsi kimi hiss olunur.Dölün ilk tərpənməsi hamiləlik zamanı ən həyacanlı, ən unudulmaz hisslərdən biridir.
Döl hamiləliyin 8-ci həftəsindən başlayaraq hərəkət edir. Lakin o, hələ ki çox kiçik və dölyanı sularda üzdükdə uşaqlığın divarlarına toxunmur. İnkişaf etdikcə dölün çəkisi artır, döl daha güclü hərəkətlər etməyə və uşaqlığın divarlarına toxunmağa başlayır. İlk hamiləlikdə bu təxminən hamiləliyin 20-ci həftəsində baş verir, təkrar hamiləliklərdə - 2 həftə tez. Arıq qadınlar dölün tərpənməsini daha tez, kök qadınlar isə dəri altı piyin çox olmasına görə daha gec hiss edə bilər.
Ciftin yerləşməsi də burada müəyyən rol oynayır. Cift uşaqlığın ön divarında yerləşdikdə dölün tərpənməsi daha gec hiss olunur.
Döl ilk dəfə tərpəndikdə bu günü yadınızda saxlayın və təqvimdə qeyd edin. Həkim mütləq bu haqda sual verəcək. Bu çox vacib tarixdir. Bu tarixə əsaslanaraq doğuşun təxmini gününü təyin etmək mümkündür. İlk hamiləlikdə bu tarixə 20 həftə, növbəti hamiləliklərdə 22 həftə əlavə olunur.
Dölün tərpənməsindən onun yerləşməsini başa düşmək olar. Dölün ən fəal hərəkət etdiyi yerdə ətraflar (ayaqlar) yerləşir. Əgər dölün ən aktiv təkanları diafraqmaya (döş boşluğunu qarın boşluğundan ayıran əzələ) yaxın hiss olunursa, bu o deməkdir ki, uşağın başı aşağıdadır. Əgər ən aktiv təkanlar qarının aşağı hissəsində hiss olunursa, deməli, uşağın başı yuxarıdadır. Nəzərinizə çatdıraq ki, hamiləliyin 34-cü-35-ci həftəsinə kimi uşaq doğuş üçün lazım olan vəziyyətini (başı aşağı olmaqla) tuta bilər.
Hamiləliyin 24-cü həftəsindən təxminən 32-ci həftəsinə kimi uşaq çox fəal olur, çox hərəkət edir. Daha sonra isə "ev" böyümüş uşaq üçün dar olur və onun aktivliyi getdikcə azalır. Doğuşa yaxın həftədə uşaq çox az hərəkət edir. Lakin bu hərəkətlər mütləq hiss olunmalıdır!
Adətən qadınlar uşağın tərpənməsini oturaq və ya uzanaq vəziyyətdə daha yaxşı hiss edir. Bəzən qadınlar şikayətlənir ki, ev işləri görəndə uşaq hiss olunmurdu, uzanan kimi isə çox aktiv tərpənməyə başladı. Bu normal haldır. Qadın gəzdikdə, ev işləri gördükdə onun qarnı yellənir və bu uşağın xoşuna gəlir, onu sakitləşdirir və yatızdırır. Hamiləliyin sonuna yaxın ana və uşaq adətən eyni vaxtlarda yatır və ayıq qalır.
Uşağın tərpənməsində olan dəyişikliklərə qadın mütləq fikir verməlidir. Əgər uşaq adi günlərdən fərqli şəkildə tərpənirsə, bu hər hansı pozulmanın əlaməti ola bilər. Çox güclü, qaydasız, narahat hərəkətlərdən sonra hərəkətlərin kəskin azalması və ya heç olmaması hipoksiyadan (oksigenin çatışmazlığı) xəbər verə bilər. Bu hal təhlükəlidir. Buna səbəb cift çatışmazlığıdır. Kəskin cift çatışmazlığı dölün həlak olmasına səbəb ola bilər.
Uşaq 3 saat ərzində tərpənməyibsə, narahat olmayın. Çox güman ki, uşaq yatır. Lakin uşaq 12 saat ərzində heç tərpənməyibsə, dərhal həkimə müraciət edin!
Ana bətnində olan uşağın hərəkətlərini başa düşməyə çalışmalıdır. Belə ki, əgər ana uzun müddət bel üstə uzanırsa, bu uşaqlığın damarlarının sıxılmasına səbəb olur ki, nəticədə qan dövranı pozulur və uşaq əziyyət çəkməyə başlayır. Bunu anaya "çatdırmaq" üçün döl daha çox hərəkət etməyə başlayır. Ana körpəni başa düşməli və vəziyyətini dəyişməlidir.Ana onun bətnində olan uşaqla danışmalıdır. Bu uşağın xoşuna gəlir, onu sakitləşdirir. Uşağa mahnı oxuyun, nağıl danışın.
Hamiləliyin sonunda uşağın hərəkətləri bəzən anada diskomfort və hətta ağrılara səbəb olur. Bu halda bədəninizin vəziyyətini dəyişin, qarnınızı sığallayın, uşaqla bir qədər danışın.
medicina.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sabah Qaz Olmayacaq!
Xama sousu ilə göbələkli kartof(foto resept)
Necə gözəl gəlin olmalı?
Səbinə Əliyevanın Şuşanın işğaldan azad olunması ilə bağlı xalqımızı təbrik edib
Dilan Çiçək və Burak Dəniz eyni serialda - FOTO
Ford elektrosamokat icarəsi ilə məşğul olacaq
Dünyada işsizlərin sayı rekord həddə çatıb - 192,7 milyon
Həyat yoldaşı axtaranlara
"Xoşbəxt insanın hekayəsi olmaz!"
Leyla Əliyeva tibb müəssisələrində - FOTO
Avto kredit, yoxsa lizinq?
Rusiyada “gənclik yaşı” qaldırıldı
Murat Bozun anası xəstəxanaya yerləşdirildi-SƏBƏB
Uşaqlar üçün bəzədilmiş tortlar
Dişi anakonda erkək olmadan balaladı
Təbii qazın limiti bahalaşdı? - RƏSMİ AÇIQLAMA - VİDEO
Kemeron Diaz kino karyerasını başa vurur
Qat qat xəmirdən içlikli bükmə (foto resept)
Makaron salatı (foto-resept)
Siçovul göstərdiyi şücaətə görə medalla təltif olundu - VİDEO
Melaniya Trampın bioqrafiyası nəşr olunur-ŞOK Faktlar
Mən bildim...
Onu özünə aşiq et!
Sabah Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək
Lenin ovu davam edir
Nazirlik əhaliyə XƏBƏRDARLIQ etdi - Antisiklon gəlir
Əsrimizin reallığını şəkillərdə görün
Kabusların öhdəsindən necə gələk?
Sadə manikür
Koronaviruslu xəstələr üçün ayrılan xəstəxana ilə bağlı qərar ləğv edildi
Bu gün Yaşar Nurinin doğum günüdür
Birinci xanım: Cəza alacaqlar
Həyat yoldaşınızı keçmişinə qısqanırsınız?
Rusiyada həbsxanalarda cəzaçəkmə qaydaları dəyişdirilib
Roma Papası qondarma “soyqırım” tədbirlərinə qatılmayacaq
Viktoriya Devid Bekhemdən şikayətləndi-FOTO
Çin alimlərindən daha bir ixtira - məktəblilər üçün
Qurban bayramı günündə bunu etmək olar?
Balqabaqlı qutab (foto-resept)
Quru saçlar üçün baxım
Bu günün hava proqnozu - 30.10.2013
Qadınlarda kişi hormonunun çoxaldığını göstərən əlamətlər
Bakının ilk fontan bağı
Pitonla oynayan azyaşlı-FOTO
Azərbaycanda yeni qaydalar təsdiq edildi
Azərbaycanda qadınların bəzi iş yerlərində çalışmaları qadağan ediləcək
Dünyanın maraqlı yerləri
Koronavirusla bağlı SON STATİSTİKA
Tonaşendə düşmənin iki tankı məhv edildi - VİDEO
6 yaşlı dahilər ölkəsi!?














