Milli.Az Azər tac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yığıncaqda iştirak edib.Dövlətimizin başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib.
Prezident İlham Əliyev yubiley münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı Milli Elmlər Akademiyasının 70 il ərzində uğurlu yol keçdiyini, bu gün də ölkənin inkişafında fəal rol oynadığını, alimlərin öz elmi araşdırmaları ilə Azərbaycanın inkişafına töhfə verdiklərini, onların elmi fəaliyyəti sayəsində müxtəlif sahələrdə ən müasir texnologiyaların tətbiq edildiyini bildirdi. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində Akademiyaya münasibətin yaxşı olmadığını xatırlatdı. Diqqətə çatdırdı ki, o vaxtkı rəhbərlik qurumun fəaliyyətinə ehtiyac olmadığı qənaətində idi. Dövlətimizin başçısı yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra elmə və elm adamlarına yüksək dəyər verildiyini və bu gün də bu sahənin prioritet istiqamətlərdən biri olduğunu vurğuladı.
Ölkənin tərəqqisində alimlərimizin rolundan danışan prezident İlham Əliyev yeni təhlükələr və təhdidlərin mövcud olduğu dünyada hər bir ölkənin öz daxili resurslarına arxalanmasının vacibliyini qeyd etdi. Bildirdi ki, dünyada sabitlik, sülh, əmin-amanlıq adası olan Azərbaycan da son illər ərzində neft-qaz amilindən asılılığı azaltmağa çalışır və buna nail olur.
"Əminəm ki, gələcək illərdə də ölkəmizin iqtisadi inkişafı davam edəcək", - deyən dövlətimizin başçısı növbəti illərdə də iqtisadi inkişafın dayanıqlılığı istiqamətində səylər göstəriləcəyini, heç kəsdən asılı olmamaq üçün daxili resurslardan istifadə ediləcəyini vurğuladı.
Prezident İlham Əliyev dünyadakı yeni vəziyyətlə əlaqədar alimləri öz dəyərli təkliflərini verməyə çağırdı. Dövlətimizin başçısı demoqrafik inkişaf əsas götürülərək alimlərin indidən yeni strategiya üzərində işləmələrinin zəruriliyini qeyd etdi, onları qeyri-neft sənayesinin inkişafı, ərzaq təhlükəsizliyi ilə bağlı fəal olmağa çağırdı. "Sənaye və kənd təsərrüfatı sahələri bizim gələcək inkişafımızı təmin edəcək", - deyən prezident İlham Əliyev bildirdi ki, kosmik sənayedə beynəlxalq əməkdaşlıq dərinləşməlidir. Dövlətimizin başçısı hərbi sənaye sahəsində də Azərbaycan alimlərinin fəaliyyəti üçün geniş meydanın olduğunu söylədi. Qeyd etdi ki, bu gün ölkəmiz mindən çox adda hərbi təyinatlı məhsul istehsal edir və Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal hesabına həyata keçirilir.
Prezident İlham Əliyev ölkə üçün strateji əhəmiyyət daşıyan neft-qaz sahəsində də alimlərin ən yeni texnologiyalardan istifadə etmək məqsədilə dünya təcrübəsi ilə tanış olmağa çağırdı. "Alimlər qarşısında duran vəzifələr çoxdur. Əsas istək odur ki, Azərbaycan elmi inkişaf etsin və ümumi inkişafımıza töhfəsini versin", - deyən dövlətimizin başçısı humanitar elmlərin önəmini də vurğuladı. Bildirdi ki, multikulturalizm, Azərbaycan dilinin saflığının qorunması, zəngin tariximiz haqqında dünyaya daha dolğun məlumatın çatdırılmasında alimlərimiz fəal olmalıdırlar.
Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə yubiley mərasimində iştirak etdiyinə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirdi, bu günlərdə dövlətimizin başçısının Sərəncamı ilə alimlərin böyük bir qrupunun mükafatlandırıldığını söylədi və bunu elmə, alimlərə verilən yüksək qiymət kimi dəyərləndirdi. Akif Əlizadə Akademiya əməkdaşlarının 70 illik yubileyə əliboş gəlmədiklərini, dəyərli əsərlər hazırladıqlarını diqqətə çatdırdı. Akademiyanın prezidenti bir daha elmə və elm adamlarına göstərilən diqqət və qayğıya görə alimlər adından prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Nobel mükafatı laureatı, professor Corc Ficerald Smut Milli Elmlər Akademiyasının zəngin tarixi, Azərbaycan alimlərinin müxtəlif sahələrdə, o cümlədən fizika, biofizika, kosmik sənaye sahələrində əldə etdikləri nailiyyətlərdən məlumatlı olduğunu qeyd etdi, azərbaycanlı alimlərlə əməkdaşlığa maraq göstərdiyini söylədi.
Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademikViktor Matveyev rəhbərlik etdiyi elm ocağının təbrik məktubunu oxudu. "Azərbaycan öz alimləri ilə fəxr etməlidir", - deyən Viktor Matveyev azərbaycanlı həmkarları ilə əlaqələrindən, həyata keçirilən birgə layihələrdən danışdı, elmə göstərilən diqqətə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qəribə adətləri olan qəbilələr
Qeyri-adi təbiət hadisəsi: Su qaya boyunca tərsinə axdı - VİDEO
Arıqladım
Brokolinin faydaları
Atalar sözləri
Sürpriz kök salatı (foto-resept)
Ziynet Salı toy tarixini açıqladı
Hava necə olacaq?!
Şişdə toyuq (foto-resept)
Rusiya KİV-də keçirilən sorğuda çoxluq Moskvanın Bakını dəstəkləməli olduğunu hesab edib
10 aylıq oğlan 9 yaşlı uşaq boydadır - FOTO
Mercedes BMW X6-ya qarşı
Sevginizdən istifadə etdiyini göstərən 6 davranış
Ermənilər girovları qaytarmağa hazırdır
Qadın barğamını kəsib boynundan asdı
"Hercai" serialın a daha bir aktrisa qatılacaq
Övlad qatili
Dünyaca məşhur aktyor VARİSİNİ açıqladı-FOTO
"Azercell" abunəçilərinə xəbərdarlıq
Təhlükəli epidemiya yayılır
Sağlam pəhrizin incə məqamları
Siyənək salatı (foto resept)
Yazmağı öyrədək
Bu saç modeli keçəlliyə səbəb olur - FOTO
Tarkan yenidən Türkiyəyə köçür-FOTO
İnsanlardan inciməmək üçün nə edək?
Günün ulduz falı - 12.03.2014
Oqtay Əsədov imperatorla görüşdü
Gəlinlik saç düzümləri
Seren Serengilin əsil yaşı sübut olundu-FOTO
Məktəblər qeyri-adekvatlar yetişdirir?
12 kiloqram arıqladan yumurta pəhrizi
Ananas maskası
Bakıda ən bahalı və ən ucuz mənzillər haradadır?
Fərqli manikür nümunələri
“WhatsApp”da yeni funksiya tətbiq olunacaq
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
İnsanları geyindirən kitabxana
Hulusi Akardan Qarabağda Rusiya-Türkiyə hərbi birləşmələrinin fəaliyyəti ilə bağlı AÇIQLAMA
Ləzzətli rafaello (foto resept)
Günün qoroskopu: romantik hisslərə qapılmayın
Bu şəxslər də küçəyə çıxa biləcək - SİYAHI
Ağacı yanlış budayırlar, sonra da deyirlər ki, ağac ağlayır...
Serial eşqi gerçək oldu?-FOTO
23 dildə "Yeni iliniz mübarək olsun"
Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı
Azərbaycan FHN-in təyyarəsinin Nepala uçuşu məsələsi həll edilir
Qalaktikaların qatili tapıldı
Dünyanın ən varlı 10 baş məşqçisi
Bakıda daha bir gözəl park















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]