
Bu ilin mart ayı ərzində Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod mayak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 16,38% azalıb - 1 374 dollar/Рєv.m-dən 1 149 dollar/Рєv.m-ə qədər, milli valyutada isə ay ərzində 11,94% artıb - 1 078 manat/Рєv.m-dən 1 206 manat/Рєv.m bəndində qərarlaşıb. Milli.Az Report.Az-a istinadın xəbər verir ki, bu barədə “MBA Ltd.” konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabatda bildirilir.
İki valyutada qeyd edilən məbləğlər arasındakı tərs mütənasibliyə fevral ayında ölkədə baş verən devalvasiya səbəb olub.
Bazar portfelində ümumi təkliflərin sayı isə 512 ədəd təşkil edib. İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 1 000 dollar/kv.m-ə qədər olan ucuz mənzillərlə, qiyməti 1 000-1 600 dollar/kv.m qiymət aralığında olan orta mənzillərin payına düşüb. Hər iki qiymət diapazonunda olan mənzillər ayrı-ayrılıqda bazarda 43% paya malikdir və qeydə alınan orta bazar qiyməti müvafiq olaraq 795 dollar/kv.m və 1 220 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 14%-ni isə qiyməti 1 600 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillər təşkil edir və buradakı orta qiymət 2 080 dollar/kv.m-dir.
“MBA Ltd.”-nin monitorinq qrupunun ötən ay apardığı araşdırmalar göstərir ki, ilkin yaşayış mənzil bazarında təklif olunan “pod mayak” 1, 2, 3 və çox otaqlı mənzillərin hər birinin dollarla qiymətləri məlum olan səbəblərdən ciddi şəkildə azalıb: "Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod mayak” mənzillərin sayında artım əsasən Yasamal və Nərimanov rayonlarında qeydə alınıb. Buna da əsas səbəb kimi, tikilməkdə olan binaların yekunlaşmasını göstərmək olar. Satışa təklif olunan yeni tikilən mənzillərin sayında azalma isə daha çox Sabunçu və Səbail rayonlarında qeydə alınıb. Müşahidə olunan azalmanı isə bu rayonlarda satışa çıxarılan mənzillərin digər rayonlara nisbətən daha tez satılması ilə izah etmək olar".
Ümumilikdə, ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi həmişəki kimi şəhərin II və III zonalarında mütləq çoxluq təşkil edib. Yaranmış vəziyyət isə son nəticədə əhalinin sıxlığının bu zonada artmasına zəmin yaradıb.
Hesabatda deyilir ki, ilkin yaşayış mənzil bazarında 1 kv. metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil Nəsimi rayonunda (2 otaqlı təmirsiz mənzil) qeydə alınıb. “28 May” mtero stansiyası yaxınlığında yerləşən 84 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin 1 kv. metrinin satışa təklif olunan qiyməti 4 500 dollar təşkil edib. Ən ucuz mənzil isə Əhmədli qəsəbəsində yerləşən 115 kv.m-lik sahəyə malik yeni tikilidə 2 otaqlı mənzil (520 dollar/kv.m) olub.
Məlumatda deyilir ki, yeni tikili mənzil bazarında ay ərzində Bakı şəhərinin rayonları üzrə manatla РѕrtР° qiymət artımı (65%) ən çox Sabunçu rayonunda müşahidə edilib. ABŞ dolları ilə isə qiymət azalması ən çox Suraxanı (-22%) və Abşeron rayonunda (-21%) qeydə alınıb.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kann festivalı başlandı - FOTO
Kişilərin qadınlardan eşitmək istəmədikləri...
Avtomobilinə zərər dəyməsinə icazə vermədi, qızının ölümünə səbəb oldu
Erməni güləşçi: "Azərbaycanlılara təşəkkür edirəm "
Koronavirusla bağlı son STATİSTİKA
Cazibədar sinə üçün məsləhətlər
Meqan və Harrini kral ailəsindən kimsə danışdırmır-SƏBƏB
Qadın.Net-lilərin 2012-ci il görüşlərinin davamı
Beren Saat yenidən ekranlarda!
Günün qoroskopu - 05.11.2013
Messi daha bir rekorda imza atdı
Ermənilər cəbhədə gərginlik yaratmaqda davam edirlər
İlham Əliyevdən yeni təyinat
Selena Qomez filmə çəkilir - FOTO
Türklər Məkkəyə metro çəkəcək
"Bəyaz gecələr" salatı (foto resept)
Koronavirusa görə “onlayn evlilik dövrü” başlayıb - FOTO/VİDEO
Cinsi əlaqədə 10 qızıl qayda
Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlandı
İnternet problemi nə vaxt həll olunacaq?
Maykl Ceksonun həyatı film olur
Müharibə mütləq olacaq
ŞOK! Azərbaycan Ağır Atletika Federasiyası 500 min dollar cərimələndi
NATO-dan vurulmuş vertolyotla bağlı
Körpəni ana südündən necə ayırmalı?
Aclıq çəkmədən 60 kq arıqladı-FOTO
Cüneyt Arkın məşhur serialda
Piyada zolağında kim daha üstündür?
Fəqərəarası disk yırtıqları
Yeni avtobuslar gəlir
Rasim Balayevdən xəbər var
Fərqli yeni il ağacları
Toplumun fikrini dəyişəcək gücə malik məşhurlar bəlli oldu-FOTO
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Ölümcül virusu müalicə edən həkim öldü - SƏBƏB
Twitter artıq bunu da edəcək
Zəngilan şəhərinin kosmosdan çəkilmiş görüntüsü yayıldı - FOTO
Nazirlikdən YENİLİK - 50 yaşdan yuxarı şəxslərə təqaüd veriləcək
Günün qoroskopu: gərginləşməyə davam edəcək
Alimlərdən şirniyyat sevənlərə XƏBƏRDARLIQ
Türkiyə klubunu məğlub etdik
QMİ Məşhəd və Kərbəla ziyarətləri ilə bağlı dəyişikliklər edib
Kimin bığ və saqqalı daha yaxşıdır?
Millimiz dünya çempionatında mübarizəyə başlayır
Neymar üçün mundial bitdi
Dağlıq Qarabağ münaqişəsi - 2: Alov qalxacaq
“Survivor” tarixinin ən böyük mükafatı-VİDEO
"Chanel"dən yeni kolleksiya - FOTO
Barak Obamadan qəribə açıqlama
Şuşada Qarabağı əhatə edən möhtəşəm YENİLİK















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]