Körpə döşdən imtina etsin deyə döş giləsinə xoşagəlməz və acı "bir şey çəkmək" kimi süddən kəsmə üsulu heç məsləhət deyil.
Əmizdirən anaların əksəriyyəti razılaşar ki, ən yaxşı süddən kəsmə üsulu - tədricən, yumşaq şəkildə əmizdirmələrin sayını azaltmaqdır. Bu halda, süddən tam kəsilmə zamanı həm ana, həm uşaq, həm də ananın döşü buna hazır olur və hər şey yüngül və ağrısız şəkildə baş verir. Bu cür yanaşma tərzi ilə uşaq minimal dərəcədə stresə məruz qalır, yəni, uşağın sağlamlığı və psixikasına mənfi təsir dəyməsi riski minimuma endirilir. Ananın südünün miqdarı da minimal dərəcədə olur, odur ki, o, qəfil süddən kəsmə səbəbilə şişmiş döşlərin sağılması kimi problemlərlə üz-üzə qalmır.
Bəzən elə olur ki, ana körpə döşdən imtina etsin deyə döşün giləsinə hər hansı bir maddə çəkəndə, körpə döşdən imtina edir, lakin ana, qəfil süddən kəsmənin mənfi nəticələrini müşahidə etmir. Gözə çarpan nəticə, uşağın sadəcə bir neçə gün qəmgin gəzməsi olur (bu, adətən gün ərzində bir neçə dəfə süd əmən 2 və daha yuxarı yaşda olan uşaqlara aiddir). Lakin, tez-tez elə olur ki, ana bu üsulla uşağın döşdən imtina etməsini istəyir, uşaq isə ya bu acı substansiyanı yeyir, ya ağlayaraq döşü istəyir və ya bir neçə gün dözdükdən sonra onun davranışı qəfil dəyişir, o anasının qucağından sallaşır, tez-tez ağlayır və sairə.
Bu niyə baş verir? Çünki, körpənin əmməyə olan güclü tələbatı qəfildən ödənməmiş qalır. Bəlkə də, uşaq artıq süddən kəsilməyə hazırdır və xüsusi nəticələr müşahidə olunmayacaqdır. Lakin ola bilsin ki, qəfil dəyişkənlik nəticəsində uşaq stres keçirsin, xəstələnsin (stresin təzahürü olaraq). Bu dəyişkənlik, gələcəkdə mənfi xatirələrə səbəb ola, mənfi psixoloji nəticələrə gətirib çıxara bilər (bəzi körpələr südün dadının qəfil dəyişməsini xəyanət kimi qəbul edirlər). Əgər körpə çox kiçikdirsə, o sadəcə olaraq, bu haqsızlığın niyə baş verdiyini anlamayacaqdır. Bir çox uşaqlar üçün bu münasibətlər çox dəyərlidir; məlumdur ki, uşaqlar mənfi dəyişikliklərdə özlərini günahlandırırlar :"Axı niyə belə oldu? Bəlkə südün acı dadmasının səbəbkarı mənəm?". Əgər uşağın əmmə tələbatı qalıbsa, o bu tələbatını başqa yolla - hər hansı əşyaları sormaqla, xəstələnməklə, dava-dalaşla, özünə qapanmaqla və s. yollarla ödəməyə çalışacaqdır. Bəlkə də o, onun üçün ən əziz nemətin qəfildən, naməlum səbəbdən dadını dəyişməsini gələcəkdə xatırlayacaqdır.
Nəhayət, sırf tibbi nəticələri də unutmamaq lazımdır. Ağızın selikli qişasına hətta minimal miqdarda düşmüş hər hansı bir maddə həssas uşaqda anafilaktik şoka qədər allergik reaksiyaya səbəb ola bilər (bu, xüsusilə tibbi preparatlara, həmçinin aloe, yovşan kimi bitkilərə aiddir). Həmçinin döşə yaxılmış xardal, mayonez və digər məhsullar və ya tibbi preparatlar, xüsusən 1 yaşına qədər uşağın mədəsində ciddi problem əmələ gətirə bilər. Məsələ burasındadır ki, əksər uşaqlar ananın döşə sürtdüyü "acı maddəni" yeyirlər, odur ki, siz də buna hazır olun. Acı maddələrin acı olmasının səbəbi, onların insan orqanizmi üçün zərərli olduğu üçündür. Bu səbəbdən, bir yaşına qədər uşaqlar üçün bu üsul xüsusilə təhlükəlidir.
Əmizdirmələrin sayını tədricən məhdudlaşdıraraq körpəni süddən kəsməyin tərbiyəvi məqamları da var. Bu - körpə ilə razılaşmaq, onun tələblərini anlamaq, həmçinin ananın ehtiyac olduğu qədər israrlı davranması və bununla bərabər uşağa zədə vurmamaq bacarığına yiyələnməsidir. Əlbəttə ki, bəzən uşaq öz arasıkəsilməz tələbləri, istəkləri, əmmələri ilə, heç nə ilə razılaşmamaqla ananı o qədər yorur ki, bir dəfəyə onu süddən kəsmək anaya ən sadə və ən effektiv üsul kimi görünür. Özü də əksər hallarda bu üsulu anaya uğurlu üsul kimi dostları və ya qohumları tövsiyyə edir. Lakin, unutmaq lazım deyil ki, bu cür məsləhətlər özündə iki təhlükəni birləşdirir. Birincisi, bütün uşaqlar və bütün analar fərqlidir. Bir ana-balaya uyğun gəlmiş üsul, digər ana-balaya qətiyyən uyğun gəlməyə bilər.
Hər bir uşağın döşə bağlılığı fərqlidir və hər bir uşaq bunu fərqli şəkildə göstərir və büruzə verir. Hər bir uşaq südün rənginin/dadının dramatik şəkildə dəyişməsi ilə döşün qəfil əlindən alınmasına fərqli şəkildə reaksiya verir. Hər bir uşaq fərqli yaşda, fərqli əhval-ruhiyyədə fərqli reaksiya göstərə bilər. Bir uşağa uyğun gələn, bir anaya asanlıqla başa gələn üsul, digər ailədə tamamilə nəticə verməyə bilər. İkincisi isə, körpənin stresə reaksiyası özünü dərhal büruzə verməyə bilər; əgər bu üsulun tətbiqindən sonra mənfi reaksiyalar baş veribsə, analar bunu öz tanışlarına ümumiyyətlə bildirmirlər və tədricən özləri də unudurlar. Uzun müddət bundan əvvəl və heç tanımadığınız şəxslərin başına gəlmiş hadisələrə bel bağlamayın. Əhvalatlar öz yerində, amma uşaq sizin uşağınızdır, qərarı siz verirsiniz və nəticə ilə də siz üzləşməli olacaqsınız.
Bəzən qadınlar bu üsula stres vəziyyətində əl atırlar, məsələn: qəfil ciddi xəstəlik və müalicənin əmizdirməyə müvafiq gəlmədiyi hallarda, hamiləlik zamanı təhlükə üz verdikdə, ana güclü ağrılar səbəbilə körpəni tədricən süddən ayırma imkanına malik olmadıqda. Lakin, xoşbəxtlikdən, bu cür çıxılmaz vəziyyətlər nadir hallarda baş verir. Əgər körpə hələ çox balacadırsa və əmməyə tələbatı varsa, yaxşı olar ki, ona, əlindən alınmış döşü əvəzləyəcək əmzik, əmzikli şüşə və ya yumşaq oyuncaq verəsiniz. Körpəni daha çox qucaqlamaq, ona toxunmaq lazımdır. Baş verən bütün dəyişiklikləri maksimal şəkildə ona izah etməli, onu hələ də çox sevdiyinizi və günahın onda yox, ondan asılı olmayan bir vəziyyətdə olduğunu bildirməlisiniz.
Bəs əgər sizin vaxtınız varsa, lakin uşağı süddən tədricən ayıra bilməyəcəyinizi düşünürsünüzsə necə? Bir çox qadınlar bu prosesdən keçiblər - hər bir evlilikdə qadın bəzən boşanma barədə düşündüyü kimi, əmizdirmə zamanı da anaların beyninə qəfil süddən kəsmə barədə fikirlər gəlir. Ana düşünür ki, əmizdirmələrin hamısını dayandırsaydı çox yaxşı olardı: özünü müstəqil hiss edərdi, azad olardı, vaxtı çoxalardı, yeni məşğuliyyətlər meydana gələrdi...bəzən adama elə gəlir ki, əmizdirmələrin hamısını qəfildən dayandırmaq yeganə çıxış yoludur.
Problem ondadır ki, bu çıxış yolu lotereya kimidir və fərqli nəticə verə bilər. Bəxtinizi sınamağa dəyərmi? Bəlkə siz heç arzuladığınız nəticə ilə qarşılaşmadınız. Onda necə? Həqiqətənmi problem əmizdirmələrdədir? Yoxsa sözə qulaq asmayan körpədə və onunla razılığa gələ bilməməyinizdə, bəlkə də onunla daim 4 divar arasında qalmağınızdadır. Halbuki, əvvəllər həyatınız daha dolğun, maraqlı, rəngarəng idi.
Əksər hallarda analar daim körpəyə bağlılıqlarından, həmişə onun yanında olmaqdan, məsuliyyət daşımaqdan, uşaqlar xəstələndikdə onları müalicə etməkdən, tərbiyə etməkdən, oynamaqdan yorulurlar...çox vaxt gündəlik işdə işləmək, anaya bütün bu əhəmiyyətli yüklərdən daha asan gəlir.
Əslində sizi nəyin narahat etdiyini və kefinizi pozduğunu düşünün. Sizə hansı məqamlar mane olur və sizi yorur? Bu barədə nələr etmək olar? Bəlkə körpəni süddən qəfil kəsməyib, bir gün əvəzinə, bir neçə ay ərzində körpənizi və öz döşünüzü hazırlayaraq süddən kəsməyə tədricən davam edə bilərsiniz. Süd verdiyiniz hər əlavə ay, sizin və körpəniz üçün əhəmiyyətlidir. Əmizdirmə rejimini dəyişmək, əmizdirmələrin sayını məhdudlaşdırmaq çətindir. Amma axı bütün tərbiyə elementləri kimi analar bunu da tədricən öyrənirlər. Əmizdirmələri tədricən azaltmaqla, siz körpənin istəklərini məhdudlaşdırmaq, ana-bala cütlüyündə lider olmaq bacarığı və zəruri təcrübə qazanırsınız. Bu bacarıq olmadan körpəni tərbiyə etmək - çətin və əziyyət tələb edən prosesdir. Körpə də öz növbəsində tədricən anadan ayrılmaq və öz tələblərini başqa yollarla - acdıqda yemək və içmək, qorxduqda və kədərləndikdə anasını qucaqlamaq, darıxdıqda oynamaqla - ödəməyi öyrənir.
Döşə brilyant yaşılı və ya Xilak Forte preparatı sürtmək, tərbiyəvi problemin həlli yox, ondan qaçmaqdır. Belə olan halda, gec ya tez bu problem digər bir formada üzə çıxır. Əgər siz hər hansı problem səbəbilə əmizdirmələrin sayını azalda, körpə ilə razılaşa, ona etiraz edə, onun nə istədiyini anlaya və onun tələbini başqa üsulla ödəyə bilmirsinizsə və döşünüzə xoşagəlməz maddə sürtürsünüzsə, siz özünüzü təhlükəyə atır (özünüzdə laktostaz, mastit və körpədə stress riski) və körpə ilə kommunikasiya probleminin həlli yolunu tapa bilmirsiniz. Onsuz da, siz gec və ya tez bu problemi həll eləməli olacaqsınız...başqa zamanda və başqa məkanda.
Ana və ananın döşü balaca körpə üçün - xeyirxahlıq, zəriflik və sakitlik mənbəyidir. Əksər körpələr üçün - xüsusilə 2 yaşa qədər - döş, bu dünyanın sabitliyi və etibarlılığına olan inamdır və əgər bir gün bu inam sarsılarsa və körpə isti, doğma və etibarlı döş əvəzinə hər hansı acı və xoşagəlməz bir şey dadırsa, o özünü aldadılmış (bəzən isə günahkar) hiss edir və inamını itirir (əgər körpə süddən kəsilməyə heç hazır deyildisə). Bir anlıq özünüzü, sakitləşmək üçün öz sevimli anasına/döşə tərəf qaçan və əvəzində xardal alan körpənin yerinə qoyun...bu körpə balanın nə dərəcədə incidiyini və ümidinin necə boşa çıxdığını təsəvvür edə bilərsinizmi? Onda onu bu imkandan məhrum etməyə çalışın və bu ümidsizliyi özünüz də hiss edin.
Milli.Az
XƏBƏR LENTİ
İki şəhidimizin övladları dünyaya gəldi
Yara izlərini döymə ilə örtən vyetnamlı sənətkar
Esmaü'l Hüsna
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI
İmmuniteti gücləndirən meyvələr
50 min dollarlıq estetik əməliyyatın nəticəsi
“Ulduz müharibələri”nin aktyoru öldü
Qənirə Paşayevanın sosial şəbəkələrdə yayılan şəkillərinə aydınlıq gəldi - FOTO
Bakıda cənub küləyi əsəcək
Bu gün köhnə Yeni ildir
Tələbələrə kreditlər veriləcək
Oturma tərzinizə görə xarekteriniz
Həmsədrlərin status-kvonun uzadılmasına xidmət edən bəyanatı
Qocalmaq söhbəti keçmişdə qaldı
Məşhur aktrisa başını daz qırxdırdı
Ana namizədinin xəstəxana çantası
Buxağın sallanma səbəbləri
Diqqət! Hava şəraiti kəskin dəyişir
Hamiləlik dövründə əsəb
Qətərdə futbol üzrə dünya çempionatının keçirilmə vaxtı gələn il məlum olacaq
2018 Emmy mükafatları; Qırmızı xalça
Obama: "ABŞ dünya kubokunu qazana bilər"
Şokoladın qidalanmadakı rolu
Qaynana dır-dırı xərçəngə səbəb olur
Kiçik mətbəxlər üçün dekorasiya nümunələri
Tom Kruzun filmi üçün 111 illik körpünü partladacaqlar
Mingəçevir sakini evində qədim saat saxlayır
Zeynəb Xanlarova İlham Əliyevi BELƏ TƏBRİK ETDİ - VİDEO
Qadın nədir? Nə deyildir?
2019-cu ilin ən çox qazanan müğənniləri - SİYAHI
Sürətli üzməyin sirri tapıldı
Erməni analar: “Bizə yalnız İlham Əliyev kömək edə bilər” - VİDEO
Viktor Hüqonun Məhəmməd Peyğəmbərə (s.ə.s) həsr etdiyi şeir
Rusiyaya səfər edənlərin nəzərinə: bunları etməyin
Həyat yoldaşını qıdıqlamaqla onun həyatını xilas etdi – FOTO
Tüklərdən qozla xilas olun
Çin - sivilizasiyanın mərkəzi
Ermənilər Azərbaycanın içində düşmən yaratmaq istəyirlər
Gecə saatlarında dərmanı haradan almalı?
Çörək axtaran ermənilər
2011-in geyimləri
Təxirə salma xəstəliyi nədir və necə xilas olunur? (2)
Mərciməyin faydaları
Lobyalı göbələkli salat (foto resept)
"Siyah inci" izləyicilərinə pis xəbər
Timatinin 32 min dollarlıq hədiyyəsi-FOTO
İş xanımlarının nəzərinə
Yuxular və yuxuyozmalar
Azərbaycanda səs siqnallarına görə cərimələr 10 dəfəyədək artırıldı
"Həmişə "Neftçi"yə azarkeşlik etmişəm"