Ötən ay Bakı şəhərinin təkrar yaşayış mənzil bazarında satışa çıxarılan mənzillərin orta təklif qiyməti təxminən 6% azalaraq 1689 dollar/kv.m-ə qədər, milli valyutada isə 6,12% azalaraq 1770 manat/kv.m-ə düşüb.
Bu ilin fevral ayında baş verən milli valyutanın devalvasiyası nəticəsində əhali əlindəki pulu qorumaq məqsədilə daşınmaz əmlakın alınmasına yönəldib. Bu da öz növbəsində martda qiymət artımına ciddi təsir edib. Sonrakı ayda isə alıcılıq qabiliyyətinin zəifləməsi müşahidə edilib və nəticədə daşınmaz əmlakın qiyməti aşağı düşüb. "MBA Ltd." konsaltinq şirkətinin açıqladığı sonuncu aylıq hesabatda göstərilir ki, daşınmaz əmlakın qiyməti aşağı düşməsinin digər səbəbi isə hazırda ölkədə yaşayış mənzillərinin qiymətinin ən yüksək səviyyədə olmasıdır. Artıq yaşayış mənzil bazarında qiymətlər pik nöqtəyə çatıb. Məlumatda həmçinin qeyd olunur ki, son iki ay ərzində bazarda baş verən proseslərin əmlak bazarına göstərdiyi təsir nəticəsində təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində azalma müşahidə edilib. Aprel ayında bazarın bu seqmenti üzrə təklifin həcmi 1,5% azalıb. Martda ümumi təkliflərin sayı 1752 olduğu halda, apreldə bu rəqəm 1726-ya düşüb. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 18,7% azalıb.Bazarda satışa çıxarılan mənzillərin əksər hissəsi 2000 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir və bu dəyərdə olan mənzillər ümumi portfelin 81,5%-ni təşkil edir. Qeydə alınan orta bazar qiyməti 1480 dollar/kv.m-dir. Orta bazar qiyməti 2160 dollar/kv.m-dir. Bahalı mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 3000 dollar/kv.m-ə bərabərdir.Ötən ay əksər layihələrdə nisbi qiymət azalması müşahidə olunub. Ay ərzində ən çox qiymət azalması İtalyan layihəsində qeydə alınıb (-9,46%). Təkrar yaşayış mənzil bazarında 1 kv. metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil "arxitektor" layihəli 2 otaqlıda qeydə alınıb. "İçərişəhər" metro stansiyası yanında yerləşən 43 kv.m sahəyə malik olan, əla təmirli mənzilin 1 kv. metrinin satışa təklif olunan qiyməti 4 600 dollar təşkil edib. Ən ucuz mənzil isə Qaradağ rayonunda, Ələt qəsəbəsində yerləşən 70 kv.m-lik sahəyə malik "eksperimental" layihəli, 3 otaqlı mənzildə (700 dollar/kv.m) qeydə alınıb.Ötən ay Bakı şəhərinin təkrar yaşayış mənzil bazarında satışa təklif olunan mənzillərin orta təklif qiyməti təxminən 6% azalaraq 1689 dollar/kv.m-ə qədər, milli valyutada isə 6,12% azalaraq 1770 manat/kv.m-ə düşüb. Bu barədə məlumat "MBA Ltd." konsaltinq şirkətinin hesabatında yer alıb. Məlumata görə, mart ayında milli valyuta ilə təkrar yaşayış mənzil bazarında 14% artım müşahidə edildiyi halda, apreldə 6,12%-lik qiymət azalmasının əsas səbəbi fevralda baş verən milli valyutanın devalvasiyası nəticəsində əksər əhalinin əldəki pulu əmlak bazarına investisiya etməsi olub ki, bu da öz növbəsində martda qiymət artımına ciddi təsir edib. Sonrakı ay, apreldə isə alıcılıq qabiliyyətinin zəifləməsi müşahidə edilib və bu, öz növbəsində qiymət azalmasına gətirib çıxarıb.Digər səbəb isə hazırda ölkədə yaşayış mənzillərinin qiymətinin ən yüksək səviyyədə olmasıdır. Artıq yaşayış mənzil bazarında qiymətlərin pik nöqtədən nisbətən aşağı düşməsi özünü göstərir. Onu da qeyd edə bilərik ki, dünya bazarında neftin qiymətinin azalması ölkədə daşınmaz əmlakın qiymətinin yüksək səviyyədən aşağı düşməsinə təsirsiz ötüşməyib. Bu səbəbdən daşınmaz əmlak bazarındakı hazırkı durğunluğu devalvasiyanın nəticəsi kimi və neftin qiymətindəki dəyişkənliklə izah etmək olar", - deyə şirkətdən bildirilib.Son iki ay ərzində bazarda baş verən proseslərin əmlak bazarına göstərdiyi təsir nəticəsində təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində azalma müşahidə edilib. Aprel ayında bazarın bu seqmenti üzrə təklifin həcmi 1,47% azalıb. Martda ümumi təkliflərin sayı 1752 olduğu halda, apreldə bu rəqəm 1726-ya düşüb. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 18,7% azalıb. Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarının təklif portfelindəki payı əvvəlki aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 66,8%-ə bərabər olub.Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 2000 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 81,5%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1480 dollar/kv.m-dir. Ümumi təklif portfelinin 13,75%-ni 2000-2500 dollar/kv.m qiymət diapazonu arasında satılan mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 2160 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər 1 kv. metrinin dəyəri 2500 dollardan çox olan mənzillərin bazardakı payı isə 4,75% təşkil edir. Bahalı mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 3000 dollar/kv.m-ə bərabərdir.Ötən ay əksər layihələrdə nisbi qiymət azalması müşahidə olunub. Ay ərzində ən çox qiymət azalması İtalyan layihəsində qeydə alınıb (-9,46%). Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1648 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya (54%) malikdir. Mənzillərin orta sahəsi 82,57 kv.m, orta otaq göstəricisi isə 2,43, hər otağın orta satış qiyməti 56 108 dollar, mənzilin orta qiyməti isə 136 343 dollar təşkil edib.Təkrar yaşayış mənzil bazarında 1 kv. metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil "arxitektor" layihəli 2 otaqlıda qeydə alınıb. "İçərişəhər" metro stansiyası yanında yerləşən 43 kv.m sahəyə malik olan, əla təmirli mənzilin 1 kv. metrinin satışa təklif olunan qiyməti 4 600 dollar təşkil edib. Ən ucuz mənzil isə Qaradağ rayonunda, Ələt qəsəbəsində yerləşən 70 kv.m-lik sahəyə malik "eksperimental" layihəli, 3 otaqlı mənzildə (700 dollar/kv.m) qeydə alınıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Emin yeni klipini təqdim etdi-VİDEO
"Dərs vaxtı"nın 18 sentyabr cədvəli açıqlandı
Birlikdə keçirdiyiniz vaxt
Milyarder qadının "ucuz" geyimi QALMAQAL yaratdı-FOTO
İrina Şeyk paylaşdığı FOTO ilə TƏƏCCÜBLƏNDİRDİ
Təhsil Nazirliyi: “Summativlərin keçirilməsi ilə bağlı qərar layihəsi artıq hazırdır”
"Kurtlar Vadisi"nin "Ömər baba"sı Bakıda - FOTO
"İdeya" tortu(foto-resept)
Demək Akalın qəzəbləndi-FOTO
Lənkəran şəhəri və Samux rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv olunub
Körpənizlə ilk görüş
Ağ pizza (foto resept)
Ledi Qaqa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Koronavirusdan qorunmağın yeganə effektiv üsulu açıqlandı
Dünya bazarında neftin qiyməti
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi-FOTO
Rumıniya çempionu Azərbaycandan təklif alıb
Azərbaycan 177 ölkənin sırasına qoşuldu...
Teymur Rəcəbov mübarizəni dayandırdı
Qlobal istiləşmənin səbəbi AÇIQLANDI
Azərbaycanlı zəvvarlardan xəbər var
Türkiyə ekranların ən dəbli məşhurları
Qara nöqtələri sıxmayın!
Darçınlı kök keksi (video-resept)
"Barselona" şoku: sırada "Mançester Siti" və PSJ-dir?
Piylənməyə qarşı yeni dərman
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Qorxulu yuxuların yeməklə əlaqəsi tapıldı
Dadlı tost (foto-resept)
Günün ulduz falı
Melanya Trump Helsinkiyə paltoda getdi-FOTO
Bacı-qardaş davası
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olundu
Məşhur cütlüyün 1 milyonu nəyə xərcləyəcəyi bilindi
Qadınlar dünyamızın gözəlliyidir
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
Bürcə görə qadınların seçimi
Milli Məclis hansı məsələləri müzakirə edəcək?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni səlahiyyətlər verildi
Gökhan Özen və Demet Akalın qalmaqalı böyüdü-VİDEO
90 yaşlı qadından möhtəşəm məsləhətlər.
Kəs və yapışdır-31
Mobil telefonun zərəri
Bergüzar və Engin eyni FİLMDƏ-FOTO
Oruc tutan adamın günün çox hissəsini yatması düzgündürmü?
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi-VİDEO
Asanlıqla gizlənməyi bacaran ev heyvanları
Həyət evləri üçün icazə almağa ehtiyac qalmadı
Selena Gomez sevənlərini kədərləndirdi
Azərbaycandakı uzunömürlülərlə bağlı MARAQLI MƏLUMATLAR aşkarlanıb















- ŞƏRHLƏR