Bakı şəhərinin təkrar mənzil bazarında qiymətlərdə müşahidə olunan azalma 2015-ci ilin sonuncu ayında davam edib. "MBA Ltd." qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı hesabata əsasən, təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti ötən ay 1 545 dollar/kv.m-dən 2,2 % azalaraq 1 511 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1 622 manat/kv.m-dən 1 577 manat/kv.m bəndinə qədər enib.
Ümumilikdə, əmlak bazarında gözləmə mövqeyi tutan mənzil satıcılarının sayında dekabrda azalma qeydə alınıb ki, bu da öz növbəsində təklif portfelinin artmasına gətirib çıxarıb. Əvvəlki aylarda olduğu kimi bu ay da, təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Xətai, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb.Təklif edilən mənzillərin əksər hissəsi 1 500 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 55,7%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1 182 dollar/kv.m-dir. Ümumi təklif portfelinin 32%-ni 1 500-2 000 dollar/kv.m qiymət diapazonunda yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1 722 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2 000 dollar/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 12,3% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2 449 dollar/kv.m təşkil edib.Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil "arxitektur" layihəli 5 otaqlıda qeydə alınıb. "Sahil" metro stansiyası yaxınlığında yerləşən 220 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4 500 dollar təşkil edib. Ən ucuz mənzil isə Nərimanov rayonunda, Montin qəsəbəsində yerləşən zəif təmirli 80 kv.m-lik sahəyə malik "italyan" layihəli, 2 otaqlı mənzildə qeydə alınıb - 525 dollar/kv.m.Qeyd edək ki, alıcıların sayında isə nisbətən artım olduğundan, dekabr ayında mənzil bazarının aktivliyi əvvəlki aya nisbətən 3% artıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ermənistan sərhədlərinə qayıdır
Zaxarova əsirlərin dəyişdirilməsindən danışdı
Qardaş qısqanclığı
Kiyev milisi odlu silaha əl atacaq
Bengü nişanlandı - FOTO
Bəşər Əsəd dürüstlük testindən keçdi
Yayın qısa saç trendləri
Çay sodasının faydaları
Dəbli polto modelləri
Qaşlar niyə tökülür?
150 balla bu ixtisaslara daxil ola bilərsiniz - SİYAHI
Kəmaləddin Heydərov: “FHN Suqovuşan su anbarını mühafizəyə götürüb”
Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - CƏDVƏL
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 50 yeni yoluxma
Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA
Şəhidimiz torpağa tapşırıldı
Sarımsağın faydaları haqqında
Broyler toyuğunda təhlükə
Stilini dəyişən Porsche 911
Koronavirusun qorxunc təsiri
Közlənmiş qarğıdalı və makaron (foto resept)
Tərxunun xeyri nədir?
Sıla onunla ayrıldı
Xəzərdə zəlzələ olub
Limonun ən faydalı beş cəhəti.
Can Yamanla Demet münasibətlərini gizlədə bilmədilər-FOTO
Maus və klaviaturasız kompüter
Dünyaca məşhur aktrisa öldü-FOTO
Təəccübləndirən müştərilər
İstidə işləmək qadağan edildi
Körpənin inkişafı
Makiyajda səhvlərə son
Yer kürəsinin əkizi tapıldı
ASAN Xidmətdə işləmək istəyənlərə ŞAD XƏBƏR
Günün qoroskopu:Uğurlu gündür!
Kardi-B saçlarının təbii halını göstərdi-FOTO
Pesto souslu balıq (foto resept)
4 K ekran hazırlanıb
Dünya səyahətinə çıxan məşhur cütlük-FOTO
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlandı
Qeyri-adi ayaqqabılar
Şəhzadə Harry və Meghanın toyu
Orucun qəbul olunmasının mühüm meyarları
Hande Erçel və Kerem Bürsinin yeni serialı bəlli oldu
Maraqlı vəziyyətdə qalan Ukrayna
Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub
Sofiya Verqara sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Necati Şaşmazdan Amerikada evlilik xəbərlərinə AÇIQLAMA
Kardi B "Muhteşem Yüz Yıl"a heyrandır-FOTO
Uşaqların gülməli fotoları
- ŞƏRHLƏR