Övlad sahibi olmaq hər ailə üçün ülvi arzu, böyük sevincdir. Lakin bəzən mentalitetdən, adət-ənənələrdən yaranan stereotip bu sevinci kədərə çevirərək ailənin xoşbəxtliyinə xələl gətirir. Bəli, söhbət ailələrdə qız uşaqlarına olan mənfi münasibətdən gedir. Nədənsə, yeni qurulmuş ailədə ilk uşağın oğlan olması böyük iftixar sayılır, bir neçə qızı olan valideyn sonda mütləq oğlu olacağına ümid edir, oğlu olmayan atalar narahatçılıq keçirirlər. Qız uşaqlarına olan mənfi münasibətin kökləri keçmiş dövrlərə gedib çıxır.
Qız yükü - duz yükü
Hələ qədim zamanlarda bəzi millətlər qız uşaqlarına mənfi münasibət bəsləyir və onların dünyaya gəlişini uğursuzluq hesab edirdi. Keçmişə nəzər yetirdikdə qədim Hindistan, Çin və Romada qadına olan pis münasibət istər-istəməz insanda ikrah hissi doğurur. Həmin dövrlərdə qadın kişinin qulluqçusu, hüququ olmayan bir varlıq hesab edilirdi. Hindistanda hətta həyat yoldaşı vəfat etmiş qadını diri-diri ərinin cəsədi ilə birgə yandırmaq adəti mövcud idi. Bir çox yerlərdə heyz (aybaşı) halında olan qadın murdar sayır, həmin müddət başa çatana qədər onu evin bir küncünə bağlayır, qabağına heyvan kimi yemək-içmək qoyurdular.
Quran ayələrinə nəzər salsaq, Həzrət Məryəmin yaşadığı dövrdə də qadının heç bir ictimai, siyasi hüquqa malik olmadığının şahidi olarıq. Uzun illər övlad həsrəti ilə yaşayan Həzrət Məryəmin anası Hannə hamilə qaldıqda dünyaya gələcək övladının təlim-tərbiyəsi üçün ibadətgaha həvalə edəcəyini nəzir edir. Dünyaya gələn uşaq oğlan deyil, qız olur. Hannə ona Məryəm (ibadət edən qız) adını verir. Məryəm ibadətgaha gətirilir, amma qadınların ibadətgahda ibadət etməsinə icazə verməyən yəhudi rahibləri onun gəlişinə etiraz edirlər. Ərəbistan yarımadasında da vəziyyət heç də ürəkaçan deyildi. Cahil ərəblər qız uşaqlarını diri-diri basdırır və onların mövcudluğunu namus, maddi və strateji baxımdan özlərinə təhlükə hesab edirdilər. Namus baxımdan - ona görə ki, müharibə və qarətlərə getdikləri zaman qızlar evdə tək qalır, maddi baxımdan - onlar evdə oturur, heç bir gəlir gətirmir, strateji baxımdan - qəbilə və karvanların qarətində iştirak edə bilmirdilər. Bir sözlə, cahil ərəb üçün qız ağır yük idi. Hər hansı bir ərəb üçün onun dəvəsi qadından daha üstün hesab edilirdi.
Dəyər gətirən din
İslamın gəlişi ilə bir çox qeyri-insani rəftar və davranışlarla yanaşı, qadınlara mənfi münasibətə də son qoyuldu. Allah Qurani-Kərimin «Nəhl» surəsi, 58-59-cu ayələrində buyurur: «Onlar birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzləri qapqara qaralar; verilən müjdənin «pisliyi» üzündən öz tayfasından qaçıb gizlənər. Görəsən, o körpəni zillət içində saxlayacaq, ya torpağa basdıracaq? Bir görün, onlar necə pis mühakimə yürüdürlər!».
Həzrət Məhəmməd (s.ə.s) İslamı qəbul edən mədinəli qadınlarla əhd-peyman bağladıqda onların qarşısına qız uşaqlarını diri-diri basdırmamaq şərtini qoyur. O, öz səhabələrinə müraciət edərək buyurur: «Kim üç qız uşağını tərbiyə edərək onları evləndirsə, Cənnəti özünə vacib edər».
Peyğəmbər (s.ə.s) cəmiyyətdə qızlara olan münasibəti dəyişmək üçün öz qızına xüsusi sevgi və diqqət göstərirdi. Qadına vəhşi münasibətin göstərildiyi bir dövrdə Həzrət Məhəmməd (s.ə.s) qızı Fatimənin (ə) əlindən öpərdi.
Azad qadın
İslam dinində məsciddə kiminsə dəfninə icazə verilmir. Məscidülhəramı bərpa edən İbrahimin (ə) qəbri orada deyil. Sonuncu Peyğəmbərimizin (s.ə.s) qəbri də Mədinədədir. Tarixdə bir şəxs müsəlmanların qibləgahı olan Kəbədə dəfn olunmaq şərəfinə layiq olmuşdur. Bu şəxs sadə bir kəniz, peyğəmbər anası Hacərdir.
Peyğəmbərin (s.ə.s) otağı qızı Fatimənin otağı ilə qonşudur. Həzrət Fatimə (ə) öz ailəsi ilə Peyğəmbər məscidində Həzrət Məhəmmədlə (s.ə.s) bir dam altında yaşayan yeganə şəxsdir. Onların pəncərələri üzbəüzdür. Hər sübh ata pəncərəsini açıb qızını salamlayır. Qızı Fatimə (ə) Peyğəmbərin (s.ə.s) səfərə çıxanda ən son, qayıdarkən birinci görüşdüyü şəxs idi.
Həzrət Məhəmmədin (s.ə.s) qızına olan sevgisi ilə bəşəriyyətdə qadına olan qeyri-insani münasibətə inqilabi zərbə idi.
Qurani-Kərimdə Həzrət İsanın (ə) anası Məryəmin (ə) şərəfinə surə, qadınların hüquq və vəzifələrini əks etdirən neçə-neçə ayələr nazil oldu. İslam dini qız uşaqlarını «artıq yük» hesab edən fikirləri alt-üst edərək qadınlara azadlıq verdi.
Sonsuzluq
Bəzi dardüşüncəli insanlar oğlan uşaqları olmadığı təqdirdə nəsillərinin kəsiləcəyini güman edir və həyat yoldaşlarını bunun əsas səbəbkarı hesab edirlər. Həttia bəzi ailələr bu səbəbdən ayrılmalı olurlar. Halbuki, dünyaya gələn övladın qız və ya oğlan olması qadından deyil, məhz kişidən asılıdır. Qız uşaqları sonsuzluğa səbəb olur? Nəsilin davam etməsi üçün mütləq oğlan uşaqları lazımdır?
Allah Qurani-Kərimdə «Kövsər» surəsini nazil etməklə bu kimi fikirlərin əsassız olduğunu sübut etdi. Bildiyimiz kimi, Peyğəmbərin (s.ə.s) oğlan övladı yox idi. Buna görə də bəzi cahil ərəblər Həzrət Məhəmmədin (s.ə.s) nəslinin davam etməyəcəyini və onun sonsuz olduğunu bildirirdilər. Ərəblər arasında oğlan övladı olmayan şəxsə «əbtər» (tərcümədə quyruğu olmayan qoyun deməkdir - Red.), yəni sonsuz deyirdilər. İslamın yayılmasından narahat olanlar sevinirdilər ki, Peyğəmbər (s.ə.s) vəfat etdiyi zaman oğlu olmadığı üçün din yaşamayacaq və onun fikir və ideyaları məhv olacaq. Bu cür fikirlərə cavab olaraq, Allah «Kövsər» surəsini nazil etdi:
«(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər bəxş etdik! Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! (Sənə sonsuz deyən) düşməninin özü sonsuzdur!» («Kövsər» surəsi, ayə 1-3).
Bəli, Peyğəmbəri oğlu olmadığı üçün sonsuzluqda ittiham edənlərin, «oğlan övladlarının çoxluğu» ilə fəxr edənlərin nəsilləri tarixin səhifələrində əriyib yox oldu. Peyğəmbərimizin (s.ə.s) nəsli isə bugünədək davam etməkdədir. Odur ki, həyat yoldaşlarına oğlan sifarişini verən kişilər bilsinlər ki, əhəmiyyət kəsb edən övladın cinsi deyil, nəsli təmsil edəcək layiqli şəxsiyyət olmasıdır.
Övlad qatili
Təəssüflər olsun ki, elmi-texniki tərəqqinin inkişaf etdiyi müasir dövrdə oğlan uşaqlarının qızlardan üstün olması fikri hələ də qalmaqdadır. Gender bərabərliyi, qadın hüquq və azadlıqlarının təbliğ olunduğu zamanda «Oğul - düşmən çəpəridir», «Qız yükü - duz yükü» kimi ənənəvi anlayışlar cəmiyyətdə qızlara qarşı yanlış təsəvvürlər yaratmaqdır. Düzdür, bu gün heç kim öz qızını diri-diri torpağa basdırmır, lakin kompüter diaqnostikası vasitəsilə uşağın cinsini təyin edən valideynlər qız uşaqlarını abort etdirirlər. Kasıbçılıq, imkansızlıq, ərin təzyiqi və b. bəhanələrdən selektiv aborta müraciət edən valideynlər «övlad qatili» olmaqdan çəkinmirlər. Allah Quranda «İsra» surəsinin 31-ci ayəsində buyurur: «Yoxsulluqdan qorxub (cahiliyyət dövründə olduğu kimi) övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!».
Əmanətə xəyanət?!
Qeyd etdiyimiz kimi, İslam dini oğlan uşaqlarının qızlardan üstün olmasını pisləyir. Cinsindən asılı olmayaraq, Allah qarşısında hər kəsin bərabərhüquqlu olması fikrini dəstəkləyən dinimizdə bu barədə çoxsaylı hədislər mövcuddur:
Həzrət Məhəmməd (s.ə.s) buyurur: «Övladlarınızın ən yaxşısı qızlarınızdır».
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: «Qız övladları rəhmət, oğlanlar isə nemətdir. Allah nemətə görə sorğu-sual edər, rəhmətə görə isə mükafatlandırar».
İstər qız, istərsə də oğlan övladı valideyn üçün Allahın əmanətdir. Hər bir valideynin vəzifəsi övladlarına düzgün tərbiyə vermək, cəmiyyət üçün faydalı insan yetişdirməkdir. Allah övladları düzgün tərbiyə edib-etmədiyimiz barəsində bizləri axirətdə sorğu-sual edəcəkdir.
XƏBƏR LENTİ
İnsanlığın necə məhv olacağı bilindi
Dəniz Çakır yeni FOTOsuyla diqqət çəkdi
Burak 80 qadınla yeməyə getdi - FOTO
Azərbaycanda yeni tarixi abidələr aşkarlandı
İstanbulun tarixini yenidən yazdıracaq TAPINTI - FOTO
Sadə makiyaj üçün tövsiyələr
Soğan turşusu (foto-resept)
“28 may” stansiyasının əsas çıxışı sentyabrın 16-da açılacaq
Xərçəng haqqında bilmədiyiniz faktlar
Bal ayı adəti haradan gəlib?
Ərdən icazə almaq qaydası
CNN: “Alov qüllələri” Azərbaycan tarixinin simvoludur
Bakıda yağış və külək
Bu hərfləri təkrarlamaq səhhətimizə faydalı imiş
Google-da işə katerlə gedirlər
Azərbaycan əhalisinin gəlirləri artıb
Ordumuz böyük təlimə başlayır
"Oskar" mərasiminin ən zövqsüz geyimləri - FOTO
Prezident İlham Əliyev daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması üzrə Dövlət Proqramını təsdiq edib
Unikal almaz 32,6 milyon dollara satıldı
“Euronews” Dağlıq Qarabağdan yazdı
Prezident İlham Əliyev Belçikada işgüzar səfərdədir
Mayda hava necə olacaq?
Azərbaycanda reklama nə qədər pul xərclənilir?
Dünya ŞOKda - Bu da gerçək əjdaha - VİDEO
Subay qalmaq qorxusu
Körpələr üçün yataq otağı modelləri
Plastik əməliyyatlar müğənnini bu hala saldı - FOTO
Madonna və Ajda Pekkan bir arada
Azərbaycanlı gimnastlar Bolqarıstanda səkkiz medal qazanıblar
Qu quşunun hazırlanması
Prezident üç nəfərə Azərbaycanın Milli Qəhrəmanı adını verdi - SƏRƏNCAM
Yanan binadan 4 nəfəri xilas edən polis
"Maşenka" tortu (foto resept)
Meyvə quruları ilə müalicə
Pensiyaçılara bayram müjdəsi
Uşaqların I sinfə qəbulu ilə bağlı yeni metod
Aciz ölmək istəməyən qadın gülümsəyərək getdi
Hülyanın paylaşdığı FOTO diqqət çəkdi
150 minlik nişan üzüyü ilə gündəm oldu-Əslində isə-FOTO
İngilis dili - XXIX dərs
Yeni metro stansiyaları nə vaxt istifadəyə veriləcək?
Çingiz Mustafayevin çin olan arzusu
Bağırsaqlarınızda problem olduğunu göstərən 5 hal
Dünyanın 8 milyarderindən biri müflis oldu
​Evsizlərə şad xəbər - MÜTLƏQ OXUYUN
HAVA necə olacaq? 8 İyul
Ətli-qozlu börək (foto-resept)
Qeyri-sabit hava nə qədər davam edəcək?
Hava haqqında - 22.09.2013















- ŞƏRHLƏR