Tərkibi:
1 ədəd yumurta sarısı
150 q acı şokolad (50-60%)
1 ədəd yumurta ağı
50 q "Möcüzə" paket yağı
20 q südlü şokolad
100 q badam
100 q şəkər kirşanı
Hazırlanması:
Yumurtanı əvvəlcədən suda qaynadın. Yumurtanı güclü oda qoyun, su qaynamağa başlayanda isə 5 dəqiqə gözləyin və qazın odunu azaldıb əlavə 5 dəqiqə də gözləyin. Yumurta bişəndən sonra onu soyuq suyun içinə salın. Bu, onun qabıqlarının asan təmizlənməsinə kömək olacaq. Bişmiş yumurtanın ağı bizə lazım olmayacaq. Bizə onun sarısı lazımdır.
Badamın üzərinə qaynar su tökün və 5 dəqiqə qaynar suda saxlayın. Sonra isə suyunu süzərək qabıqlarını təmizləyin.
Badamı südlü şokoladla birlikdə blenderdən keçirin. Sonra isə üzərinə yumurta ağı, şəkər kirşanı əlavə edərək yenidən blenderdə təqribən 3 dəqiqə ərzində qarışdırın. Şokolad digər ərzaqlarla yaxşıca qarışdırılmalıdır. Əgər alınan məhlul axan şəkildə və ya yumşaq olsa, onu bir saatlıq soyuducuya qoya bilərsiniz. Xəmirimiz hazırdır.
Yağı soyuducudan çıxarın. Yağ çox bərk olmamalıdır. Şokoladı isə su hamamında əridin və soyudun. Şokoladın temperaturu elə olmalıdır ki, yağı əritməsin.
Yağı mikserlə çalın. Bir qədər çaldıqdan sona əvvəldə bişirdiyiniz yumurta sarısını onun üzərinə əlavə edin və yenidən çalın. Sonra isə şokoladı bu qarışımın üzərinə əlavə edərək yenidən mikserlə bir dəqiqə ərzində çalın. Krem hazır olduqdan sonra onu bir saat soyuducuda saxlayın.
Hazırladığınız xəmiri soyuducudan çıxarın və ona kolbasa forması verin. Sonra isə onu 20 hissəyə kəsin. Kəsdiyiniz hissələri dairəvi olaraq açın və içinə bir qədər hazırladığınız kremdən qoyun və onu yumrulayın. Şəkildə ardıcıllıq göstərilibdir.
Südlü şokoladı sürtkəcdən keçirin və ya bıçaqla şəkildəki kimi doğrayın.
Hazırladığınız şokolad toplarını xırdalanmış şokolada batırın.
İçli konfetimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)
XƏBƏR LENTİ
Çimərlikdən qum götürdüyünə görə fantastik məbləğdə cərimə ödədi
Leonid İvaşov: “Rusiya Ermənistanın tərəfində Dağlıq Qarabağ münaqişəsinə qarışmamalıdır”
Gözlərə qulluq
Qışda sağlam hamiləlik keçirmək üçün...
Hakan Şükürdən 20 Yanvar tviti
Amerikalı musiqiçi nadir kolleksiyanın sahibidir
Əl işlərim
Bazarda od tutub yanan qiymətlər
Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHI
Bakıda avtobuslarda nağdsız ödəniş sisteminə tam keçidin vaxtı məlum oldu
"Kuzenlerim" serialının aktyor və aktrisaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ziddiyyətli ata sözləri
Qadın gərək hər yaşda gözəl olsun.
Kamal Sunalın ölümündən 19 il keçir
Supernova
Ziyafət üçün yay donları
Britaniyanın Baş naziri koronavirusa yoluxdu
Gözəl dodağa sahib olmağın yolları
Dünyanın ilk uçan velosipedi
Fotoda yaxşı görünmək istəyirsiniz?
Bu uşaq "r" hərfini deyə bilmədi də...
Müəllimə dərs saatına yox, işinə görə maaş veriləcək
Sevən ürəklər peçenyesi (foto resept)
Marsa səyahətin tarixi açıqlandı
İstirahət günü Azərbaycanda çimərlik havası olacaq
Gül kələmli alfredo (foto resept)
Yaxşı pensiya almağın yeni yolu
Bakıda güclü partlayış
Çiy balıq yeyən qadın balıqdan hamilə olduğunu öyrəndi-FOTO
Nənəsini qucaqlamaq üçün xüsusi kostyum ixtira etdi - VİDEO
Bədənizin səsini eşidin
Təhlükəli yollar
Həcc savabına bərabər namaz
Əzizim əziz, əyləncəsi isə çox baha...
Kağız gəlinciklər - 3
Şamaxıda zəlzələ olub
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb - VİDEO
Azərbaycanda yollarda vəziyyət necədir?
Virusun ikinci dalğası nə zaman gəlir?
Bunları bilməliyik
Dünyanın ən bahalı brendi bəlli oldu
Ədviyyatların düzgün istifadəsi
Məşhur aktrisanı kimsə tanımadı-FOTO
Təbiətdən təsirlənərək hazırlanan tortlar
Qurban bayramında qeyri-iş günlərinin sayı açıqlandı
"Çukur"dakı Azərbaycanlı aktyor
ÜST-dən koronavirusa təkrar yoluxma ilə bağlı AÇIQLAMA
Uşaq qidasının içindən qurd çıxdı - Bakıda
Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri















- ŞƏRHLƏR