Biskvit üçün:
3 ədəd yumurta
90 q şəkər tozu
90 q un
Xaşxaşlı biskvit üçün:
40 q şəkər kirşanı
40 q xaşxaş
1 ədəd yumurta
1 yumurtanın sarısı
2 yumurtanın ağı
10 q "Möcüzə" paket yağı
10 q un
Krem üçün:
1 ədəd yumurta
1 yumurtanın sarısı
140 q limon şirəsi
100 q şəkər tozu
1 ç.q nişasta
200 q kəsmik
Sirop üçün:
Yarım limon
50 q şəkər tozu
120 q su
İsveçrəsayağı meranqa üçün:
2 yumurtanın ağı
120 q şəkər kirşanı
1 paket vanilin və ya 1 çay qaşığı yarısı vanil ekstratı
Hazırlanması:
Sobanı əvvəlcədən isidin (2000 C-də). Diametri 20 sm olan formanı yağlayıb unlayın. Əvvəlcə biskviti hazırlayın. Bunun üçün yumurta sarılarını şəkər tozunun yarısı ilə qatı ağ köpük əmələ gələnə qədər çalın. Başqa bir qabda isə yumurta ağlarını köpük əmələ gələnə qədər çalın. Sonra isə yerdə qalan şəkər tozunu da əlavə edib parıltılı ağ rəngli məhlul alınana qədər mikserlə çalın. Yumurta ağı ilə sarısı olan məhlulları bir-birinə qarışdırın.

Bu qarışımın üzərinə ələnmiş un əlavə edərək qaşıqla asta qarışdırın. Asta qarışdırmaq ona görə lazımdır ki, köpüklər yox olmasın.

Xəmiri qabaqcadan yağlanıb unlanmış formaya tökün. 200°РЎ-də 25-30 dəqiqə ərzində bişirin. Bişəndən sonra soyudun və bir neçə saat kənarda saxlayın.

Xaşxaşlı biskviti hazırlamaq üçün əvvəlcə xaşxaşı qəhvə üyüdəndə yaxşıca üyüdün. Xaşxaşlı biskvit üçün lazım olan iki yumurta ağından başqa bütün ərzaqları qatıb çırpma teli ilə qarışdırın. Yağı əritsəniz, yaxşı olar.

Yumurta ağlarını kənarda köpüklənənə qədər çalıb ehmalca xaşxaşlı xəmirə əlavə edin və az olmaq şərtilə qarışdırın.

Listə yağlı kağız sərin. Listin kənarlarını isə yağlayıb unlayın. Sonra isə xəmiri listə tökün və 180°РЎ-də 20 dəqiqə bişirin. Biskvit bişəndən sonra onu elə listin içində soyudun. Sonra piştaxtaya yağlı kağız (kalka) sərin və listi o kağızın üzərinə tərsinə qoyun. Biskvit özü kağızın üzərinə düşəcəkdir.

İndi isə siropu hazırlayın. Bunun üçün su ilə şəkər tozunu qatın və qaza qoyun. Su qaynayanda yarım limonun suyunu (istəyə görə limonun sayını artıq da etmək olar) sıxıb onun üzərinə əlavə edin. Sonra isə siropu özünü tutması üçün bir neçə saat kənarda saxlayın.

İndi isə kremi hazırlayın. Yumurta, yumurta sarısı, şəkər tozu və limon şirəsini, eləcə də bir ədəd limon sedrasını qarışdırın və bu qarışımı otaq temperaturunda bir saat saxlayın. Bu bir saat ərzində isə onu tez-tez qarışdırın ki, şəkər tozu həll olsun. Bu qarışımı bir neçə saatdan sonra bir qazana ələkdən keçirərək tökün. Sonra isə üzərinə nişasta əlavə edin və səliqə ilə və yaxşıca qarışdırın. Asta xodlu odda qaynayana qədər saxlayın və qaynara gələndə bir dəqiqə ərzində saxlayın ki, krem qatılaşsın. Hazır kremin üzərini qida sellofanı ilə bağlayın, soyudun. Soyuyandan sonra isə soyuducuya qoyun. Bu kremdən iki yemək qarışı ayırın. Limonlu kremimiz hazırdır.

Soyuq kəsmiyi ələkdən keçirin. Kəsmiyi çalarkən üzərinə ayırdığınız limonlu kremi əlavə edin və qarışdırın. Kəsmikli kremimiz də hazırdı.

Artıq tortu tam hazırlamaq zamanıdır. Biskviti ortadan iki hissəyə kəsin. Alınan hər iki biskvitə limonlu sirop çəkin. Altda qalan biskvitə kəsmikli kremin yarısını çəkin.

Sonra isə onun üzərinə xaşxaşlı biskviti qoyun. Bu biskvitin üzərinə isə yerdə qalan kəsmikli kremi çəkin. Onun da üzərindən sirop çəkilmiş biskviti qoyun və üzərindən nazik qat limonlu krem çəkin. Siropu biskvitlər yumşaq olsun deyə çəkirik. Bundan sonra tortu soyuducuya qoyun.

İsveçrəsayağı meranqa üçün yumurta ağı ilə şəkər kirşanını su hamamında qarışdırın. Qatı bir qarışım alınana qədər qarışdırın. Qazın odu zəif olsun. Üzərinə vanil əlavə etməyi də unutmayın. Hazır tortun üzərinə meranqanı çəkin. Əvvəlcə ortasına qalın təbəqə çəkin.
Sonra isə yerdə qalan meranqanı tortun üzərinə əlavə edin və onu tortun üzərinə eləcə də kənarlarına bərabər miqdarda yayın (elə edin ki ortadakı qalın çəkilmiş kremin qalınlığına xələl gətirməyin). Sonra isə bir çəngəlin və ya bıçağın köməkliyi ilə kremə dalğalı naxışlar verin. İsveçrəsayağı meranqa qaldıqca daha da qatılaşır və onu torta çəkmək çətinləşir. Ona görə də onu tez-tez çırpma teli ilə qarışdırın ki, yumşaq və rahat çəkilən olsun.

Hazır tortu 2-3 dəqiqə qaynar sobanın içinə qoyun və çıxarın və ya mətbəx üçün işlədilən kiçik od verənlərdən istifadə edərək tortun üzərinə od verə bilərsiniz. Bu proses üzərinin kremi bir qədər rəngini dəyişsin deyə lazımdır. Ona görə də bunu etməsəniz də, olar.
Tortumuz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)
XƏBƏR LENTİ
Yeni tədris ilində neçə şagird təhsil alacaq?
Bakının bu əraziləri qazsız qalacaq
Finlandiyanın baş naziri koronavirusa yoluxub?
Yaşlarına rəğmən cavan nənələr
Putin bu uşağın ən böyük arzusunu reallaşdırdı-FOTO
Günün ulduz falı
Bu günün hava proqnozu
Erkən qırışların səbəbləri
Kartoflu rus salatı (foto-resept)
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Qiyməli kartof (foto resept)
Həcc arzusunda olanlara şad xəbər
COVID-19-dan qorxan avtobus sürücüsü risk etmədi - VİDEO
Yağlı qidalanma xərçəng riskini artırır!
Bu hallarda körpəni həkimə aparın
Qısqanmaq və tərk etmək
Qadınlar kişilərdən çox yaşayırlar, çünki..
Ayaqlardakı yağları əridən hərəkətlər
Sızanağa meyilli üzlər üçün maska
Gürcüstanın yeni prezidenti Azərbaycana ilk rəsmi səfərinə gəlir
Daha bir sirli sütun Almaniyada peyda oldu
"Sevinc" salatı (foto resept)
MART ayında HAVA
Əgər uşaq oğurluq edirsə...
Asiya səyahəti
İlin ən böyük səma şousu: dilək tutubsunuz?
Acun Şeyma gərginliyi davam edir
İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlandı
Möcüzəvi saçlı bacılar
Leyla Əliyevanın və Stiven Vebsterin əsərləri Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə nümayiş olunur
Koronavirusa qarşı həşərat hüceyrələrindən vaksin hazırlanıb
Azərbaycanda məktəblərdə kişi müəllimlərin azlığı nəyə görədir?
İstirahət gününün HAVAsı - XƏBƏRDARLIQ
Qeyri-adi gözəllikdə rəsmlər
Cennifer də ayrılır - FOTO
Azərbaycanda yaşamaq üçün nə qədər ödəməlisən?
Kəsmikli-şaftalılı piroq (foto resept)
Əliboş: yenə alınmadı
İrem Dericidən gözlənilməz etiraf
Hollivud “Peyğəmbər”i ekranlaşdırdı
İsrail sərt karantin rejiminə qayıdır
Yaponiya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb
Qəbizlikdən əziyyət çəkənlərə MƏSLƏHƏT: hər gün...
Bu tərəvəzlər immuniteti gücləndirir
Qat-qat xəmirli börək (foto-resept)
Badambura (foto-resept)
Sabah Milli Məclis 10 məsələyə baxacaq
Ciyərli rulet-pizza (foto resept)
Azərbaycanda əməkhaqqı ildən-ilə artır və artacaq
Pazllar "Şirinlər"















- ŞƏRHLƏR