Qadin.NET / İçli konfet(foto resept)

İçli konfet(foto resept)

Tərkibi:

1 ədəd yumurta sarısı

150 q acı şokolad (50-60%)

1 ədəd yumurta ağı

50 q "Möcüzə" paket yağı

20 q südlü şokolad

100 q badam

100 q şəkər kirşanı

Hazırlanması:

Yumurtanı əvvəlcədən suda qaynadın. Yumurtanı güclü oda qoyun, su qaynamağa başlayanda isə 5 dəqiqə gözləyin və qazın odunu azaldıb əlavə 5 dəqiqə də gözləyin. Yumurta bişəndən sonra onu soyuq suyun içinə salın. Bu, onun qabıqlarının asan təmizlənməsinə kömək olacaq. Bişmiş yumurtanın ağı bizə lazım olmayacaq. Bizə onun sarısı lazımdır.

İçli konfet(foto resept)

Badamın üzərinə qaynar su tökün və 5 dəqiqə qaynar suda saxlayın. Sonra isə suyunu süzərək qabıqlarını təmizləyin.

İçli konfet(foto resept)

Badamı südlü şokoladla birlikdə blenderdən keçirin. Sonra isə üzərinə yumurta ağı, şəkər kirşanı əlavə edərək yenidən blenderdə təqribən 3 dəqiqə ərzində qarışdırın. Şokolad digər ərzaqlarla yaxşıca qarışdırılmalıdır. Əgər alınan məhlul axan şəkildə və ya yumşaq olsa, onu bir saatlıq soyuducuya qoya bilərsiniz. Xəmirimiz hazırdır.

İçli konfet(foto resept)

Yağı soyuducudan çıxarın. Yağ çox bərk olmamalıdır. Şokoladı isə su hamamında əridin və soyudun. Şokoladın temperaturu elə olmalıdır ki, yağı əritməsin.  

İçli konfet(foto resept)

Yağı mikserlə çalın. Bir qədər çaldıqdan sona əvvəldə bişirdiyiniz yumurta sarısını onun üzərinə əlavə edin və yenidən çalın. Sonra isə şokoladı bu qarışımın üzərinə əlavə edərək yenidən mikserlə bir dəqiqə ərzində çalın. Krem hazır olduqdan sonra onu bir saat soyuducuda saxlayın.

İçli konfet(foto resept)

Hazırladığınız xəmiri soyuducudan çıxarın və ona kolbasa forması verin. Sonra isə onu 20 hissəyə kəsin. Kəsdiyiniz hissələri dairəvi olaraq açın və içinə bir qədər hazırladığınız kremdən qoyun və onu yumrulayın. Şəkildə ardıcıllıq göstərilibdir.

İçli konfet(foto resept)

Südlü şokoladı sürtkəcdən keçirin və ya bıçaqla şəkildəki kimi doğrayın.

İçli konfet(foto resept)

Hazırladığınız şokolad toplarını xırdalanmış şokolada batırın.

İçli konfet(foto resept)

İçli konfetimiz hazırdır.

İçli konfet(foto resept)

Nuş olsun!

(Tərcümə edilib)


23 iyul 2014
GO BACK