ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilir ki, görüşdə əsir və itkin düşmüş, girov götürülmüş şəxslər barədə müzakirələr aparılıb və bu istiqamətdə olan problemlərin həlli yolları müzakirə edilib.
Ermənistan nümayəndə heyəti bəyan edib ki, Ermənistan tərəfi əsir və girovların qaytarılması istiqamətində Azərbaycan tərəfi ilə neytral zonada görüşərək istənilən formatda görüşlər keçirməyə hazırdır.
Erməni əsirliyində ölmüş Fərhad Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilib.
Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytında yerləşdirilən məlumatda görə, 1 noyabr 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4016 nəfər təşkil etmişdir. Onlardan 3256 nəfər hərbçi, 758 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.
Mülki şəxslərdən 59 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 254 nəfər qadın, 351 nəfər yaşlı şəxsdir (154 nəfər qadın).
Əsir, itkin düşmüş 4016 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınıb.
Münaqişə müddətində 1419 nəfər əsir və girovluqdan azad edilmişdir. Onlardan 347 nəfər qadın, 1072 nəfər kişidir. Eyni zamanda 207 nəfər uşaq (73 nəfər azyaşlı qız), 287 nəfər yaşlı şəxsdir (110 nəfər yaşlı qadın).
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 449 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 75 nəfər isə naməlum şəxslərdir.Onu da bildirək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Separatçı Dağlıq Qarabağ rejiminin oyuncaq “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. “Apellyasiya Məhkəməsi” bu qərarı qüvvədə saxlayıb.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Hamilələrin isti suya girməsi zərərlidirmi?
Yer kürəsi böyüklüyündə yeni planet kəşf edildi
Düyü unu maskası
Qozlu-xurmalı keks (foto resept)
Xocavənd Polis Şöbəsi Hadrutda yerləşdirildi
Elektrik enerjisi artıq qalıb? – Qonşuya sat
Dodaq formanıza görə xarekteriniz
Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - VİDEO
Xəzər dondu
İnsan beynində qeyri-adi zona kəşf edildi-FOTO
Günün qoroskopu: Diqqətli davranın!
JLO ideal bədəni qurluşu ilə yenə TƏƏCCÜBLƏNDİRDİ
İş yerinə dair arayış əldə etmək asanlaşdı - VİDEO
Gözəllik standartlarının daima dəyişməsinin səbəbləri
Qadınlar abortdan sonra... - Bunlara diqqət!
Oskar mükafatları sahiblərini tapdı
Qızının əlçatmaz arzusunu reallaşdırdı!
Azərbaycanda çoxdilli məlumat-sorğu mərkəzi yaradılır
Böyük Britaniyanın səhiyyə naziri də koronavirusa yoluxdu
Boşanma dövrünü rahat keçirmək üçün ...
İşə görə evdən çıxanlarla bağlı - AÇIQLAMA
Məşhur aktyor ölümcül xəstədir
Koalaların nəsli kəsilə bilər
21-ci əsrin ən yaxşı futbolçuları seçildi: heyətdə kimlər yoxdur ki
Bakıda güclü külək olacaq
Həbs olunan məşhurun bacısı: "Kimsə ananızı söysə, nə edərsiniz?”
Yeni ucuz smartfon göstərildi
İstanbuldan Berlinə şok cavab
Tramp Nobel Sülh Mükafatına namizədliyindən danışdı: Haqqımdır
Boksçu Məhəmməd Əli üsyan etdi
Ramazan ayı ilə bağlı FƏTVA
Prezident İlham Əliyev Nardaranla bağlı sərəncam imzaladı
Günün qoroskopu: Gərgin gündür!
Film qəhrəmanları gündəlik həyatda
Bu abituriyentlər kolleclərə İMTAHANSIZ qəbul oluna biləcəklər
Yeni il bayramını qeyd etmək olarmı?
Çörəyin qiyməti artır?
Yeni 100 dollarlıq əskinaslar dövriyyəyə buraxılacaq
Kiminlə yoldaşlıq edək?
Azərbaycanda ilk dəfə Milli Qolf Turniri keçirilir
Koronavirusa qarşı dərman istifadə edərkən nəyə diqqət etməliyik?
Məşhur serialın qəhrəmanları indi - FOTO
Hava necə olacaq?
Fransada açıq məkanlarda maska taxmaq məcburi oldu
Ruslar Azərbaycan narından məhrum oldular
Günün ulduz falı - 15.04.2014
Saçların təbii vastələrlə boyanması
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Uşaq dünyası
Macarıstanlı Agnesin əl işləri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]