Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan ölkəmizdə olan ermənilər üzərində nəyinki məhkəmə qurmur, hətta onları vətənlərinə geri qaytarır. 2010-cu ilin yanvarından Azərbaycana sığınan 5 nəfərdən ibarət erməni ailəsi bu gün ölkələrinə təhvil verilib. Təhvil vermə prosesi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə həyata keçirilib və insidentsiz başa çatıb.
ANS TV-nin məlumatına görə, 2010-cu ildə ailəsilə birlikdə Azərbaycan tərəfə keçən Ermənistan vətəndaşları bu gün Qazax rayonu istiqamətində qarşı tərəfə təhvil verilib. Məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi yayıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə həyata keçirilib.
Ermənistan vətəndaşı olan 5 mülki şəxs – Yegişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyan 2010-cu ilin yanvarında Azərbaycan ərazisinə keçiblər.
Ermənistan vətəndaşı Yeğişe Gevorkyanın sözlərinə görə, o, Naxçıvanın Sədərk rayonu tərəfindən erməni postunu yarıb Azərbaycan tərəfə keçib: “Bizim sərhədçilər maşında körpə uşaqların olduğunu bilsələr də atəş açdılar. Həmin vaxt qızım Qayane yaralandı. Amma biz Azərbaycan postuna çatanda mən dayandım. Onlar maşında ailəmin olduğunu görəndə bizə atəş açmadılar. Sonra sizin tərəfə keçdik”.
Gevorkyan Yegişe həyat yoldaşı Mardanyan Ruzanna və ailəsilə birlikdə Azərbaycana keçdikləri gün 2010-cu ilin yanvarın 10-da Ermənistana qayıtmaqdan imtina etmiş, üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlamışdılar.
Ailə Azərbaycan ərazisində saxlanıldığı andan etibarən Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında olub. Təşkilat bu müddət ərzində ailənin saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğunu təsdiq edib. Ailə müntəzəm olaraq tibbi müayinədən keçirilib və sağlamlıqları ilə bağlı hər hansı problem olmayıb.
Ermənistan tərəfi isə artıq 6 aydan çoxdur ki azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmaqdan imtina edir. Onlar yaxınlarının məzarını ziyarət etmək üçün getdikləri Kəlbəcərdə girov götürülüblər. Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq girovlar üzərində qondarma məhkəmə prosesi təşkil edib.

XƏBƏR LENTİ
Azərbaycanda "yay havası" nə vaxta qədər davam edəcək?
Pendirli kek (foto-resept)
Orqanizmi təmizləyən və cavanlaşdıran SARI DETOKS
Maraqlı faktlar
Azərbaycan üçün "Korona" qorxusu varmı?
Hanami
"Çelsi" Kostaya 16 milyon təklif edir
HAVA necə olacaq?- 14 MART
Məşhur aktrisa maaşını ala bilmir -FOTO
Səhnəmizin Sofi Loreninin yubileyidir
Gəncə paytaxt seçildi
Uşaqlara büdcə idarə etməyi necə öyrətməli?
İlk qar kristalı fotoaparatının yaradıcısı
Sehr təki əsərlər
Retro saç stili yenidən dəbdə!
Ordumuz Avropa ikincisidir
İnsan həyatını dəyişən 10 kitab
Türkiyədə deputatlara İnstagram qadağası
Hikmət Hacıyev: “Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı yeni hərbi cinayətlərə zəmin hazırlayır”
Zakir Həsənov komandir-rəis heyətinə konkret göstərişlər verdi
Abituriyentlərin nəzərinə!
Kraliça türk serialına görə Çağırış etdi
Rusiyada kosmosdan reklam göstərmək üçün lazerlər sınaqdan keçirildi
Erməni zabitin savaş proqnozu
Pensiyaların artırılacağı tarix bəlli oldu
Smartfonların qiymətində qəfil bahalaşma
Ətin qiymətinin qalxması restoranlara da təsir edib
Rusiya gözəli seçildi-FOTO
Dubaydakı bina rekord vurdu
BÜRCLƏR bizə nə vəd edir?-19 Mart
Dünyanın ən bahalı gəlinliyi
2012-ci ilin yataq örtüyü dəstləri
Manikürdə retro təsiri: Şəffaf dırnaqlar
Təbii maskalar
1 milyon dollarlıq qılınc
Qaçqınlar təhlükə altında qalıb
Sibir borşu (foto resept)
"Ata, mən gedib orada şəhid olacağam, sən də mənimlə həmişə fəxr edəcəksən"
Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI
Ermənistandan danışıqları pozmaq üçün yeni təxribat
Emin sevgi mahnısına klip çəkdirdi - VİDEO/FOTO
Pxisoloji xəstəliklərlə mübarizə aparmış məşhurlar
Toyuqlu talaş börəyi (foto resept)
"Evə optika" layihəsinin başlanma tarixi açıqlandı
Sürücülük vəsiqələri ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
Pandemiya dövründə 460 nəfər ev dustaqlığına buraxılıb - NAZİR
Google yeni servis yaradıb
Məşhurların makiyajsız şəkilləri
Sulu qar yağacaq
Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR

- ŞƏRHLƏR