
Bu il Azərbaycanda və digər ölkələrdə hökm sürən quraqlıq kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşmasına səbəb olub. Qiymət artımı meyvə və tərəvəz məhsulları ilə yanaşı unun da qiymətinə təsir edib. Bakıda topdansatış mərkəzlərində unun bahalaşması halları müşahidə olunur. Ölkədə un istehsalı və idxalı ilə məşğul olan aparıcı şirkətlər bildiriblər ki, əlli kiloluq kisənin qiyməti 30-60 qəpik artıb.Bununla bağlı bəzi mütəxəssislər həyəcan təbili çalsa da, dövlət qurumları vəziyyətin nəzarətdə olduğunu bildirir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ANS PRESS-ə verilən məlumata görə, bu il taxılla bağlı ölkədə problem yaşanmayacaq.“Aran rayonunda əkin sahələrinə dolunun düşməsi və Azərbaycanda hökm sürməsi taxıl sahələrinə müəyyən qədər ziyan vurdu. Əsas səbəblərdən biri isə bu ilin quraqlıq keçməsi olub. Bununla da Azərbaycanda taxıl istehsalı müəyyən qədər aşağı düşüb. Lakin heç bir bahalaşma olmayacaq. Çünki Azərbaycan lazım olan taxıl ehtiyatını idxal edilən məhsul hesabına ödəyəcək. Dünya bazarına nəzər saldıqda taxılın qiyməti ucuzlaşıb”, - deyə Murtuzəli Hacıyev bildirib.Ekspertlər isə Kənd Təsərrüfatı Nazirliyinin mövqeyinin düzgün olmadığını bildirir. İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı, kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov ANS PRESS-ə açıqlamasında bildirib ki, bu il Azərbaycanda ötən illə müqayisədə bu il taxıl istehsalı 25 faiz azalıb. Onun sözlərinə görə, bu da təxminən 600-700 min ton deməkdir.“Biz ehtiyacımızı öz məhsulumuz hesabına ödəyə bilməyəcəyik. Biz bu məhsulu xaricdən idxal etməliyik. Bundan başqa, Kənd Təsərrüfat Nazirliyinin dünya bazarında buğdanın qiymətinin artmaması reallığı özündə əks etdirmir. Dünya bazarında buğdanın qiymətinda sabitlik mövcud deyil. Qara dəniz ətrafında baş verən hadisələr nəticəsində həm Ukrayna, həm də Rusiya dünya bazarına məhsul çıxara bilmir”, - deyə Vahid Məhərrəmov bildirib.Ekspert deyir ki, məlum hadisələrdə buğda keyfiyyəti də ötən illərə nisbətən aşağı düşüb. Bu proses həm də Fransada baş verir. Bu hadisələr də dünya bazarında ərzaq buğdasının qiymətinə təsir edib.“Son zamanlar dünya birjasında ərzaq buğdasının təxminən 5 faizə qədər artıb. Əgər Kənd Təsərrüfatı Nazirliyi bu məsələdə problem görmürsə, bu demək deyil ki, hər şey qaydasındadır. Əgər ötən il yarım milyard dollar qiymətində taxıl və taxıl məhsulları idxal etmişiksə, bu il daha çox maliyyə vəsaiti xərcləyəcəyik”, - deyə V.Məhərrəmov bildirib.Ekspert deyir ki, həmin maliyyə vəsaiti fermerlərimiz üçün xərclənə bilərdi. Onun sözlərinə görə, bu maliyyə vəsaiti əcnəbi fermerlərin cibinə gedəcək: “Məqsəd yalnız o deyil ki, əhalimizin ərzağa olan təlabatı ödənilsin. Kənd Təsərrüfatı Nazirliyinin məqsədi o olmalıdır ki, ölkənin ərzaq məhsullarına olan istehsalı daxili istehsalı hesabına tam ödənilsin. Nazirlik vaxtında bu sahəyə diqqət yetirməliydi. Bu sahəyə ayrılan vəsaiti səmərəli şəkildə xərcləməliydi”.Ekspertin sözlərinə görə, deyilənlərə nəzərə alaraq, ehtimal olunur ki, ölkədə un və çörəyin qiymətində artım olsun.İqtisadiyyat və Sənaye Nazirliyindən isə bildiriblər ki, hazırda taxıl bazarında qiymət artımı müşahidə olunmayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Bakıda un satışında da heç bir qiymət artımı qeydə alınmayıb.“Mütəmadi olaraq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalat bazarına dövlət nəzarəti həyata keçirilir. Bu həm məhsulların keyfiyyətli, həm də süni qiymət artımının qarşısının alınmasını əhatə edir”, -deyə Abbas Əliyev vurğulayıb.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Xəyalların intiharı...
77 kq-lıq balıq ovladılar-FOTO
Məntiqi rəngləmələr - 1
Türkiyənin məşhur serialında erməni tərifi - VİDEO
Hava haqqında - 16.02.2014
"Microsoft" "Facebook"u almaq istəyib
Facebook yeni rekord vurdu
Qara nöqtələr üçün 3 təbii maska
Fərizənin anası:"Hələ də ürəyim əzilir"
İrandan Rusiyaya zərbə
Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər ölüb
Dünyanın ən yaşlı kişisi öldü
Uşağın xasiyyəti yataqdan başlayır
Qərb zonasında qasırğa
Məşhurların gəlin saç modelləri
Kubilay Aka və Miray Daner barışdı
"Yeteneksizsiniz"də Bakıdan kadrlar
İlham Əliyevdən erməni diplomata sərt cavab
Yeni tədris ilində dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı?
6 serial birdən finala çıxacaq
Vitamin çatışmazlığını göstərən 6 işarə
Qadın.Netlilərin maraq dünyası (3-cü hissə)
Çempionlar Liqasının qalibi bilindi
Yaşa görə ideal yuxu müddəti
"Tərəvəz" şənliyində 320 kq-lıq balqabaq uddu-FOTO
Gözəlliyiniz uzun ömürlü olsun
Gəlin toyda qızılların ağırlığından yeriyə bilmədi
Hicablı gəlinlər üçün baş örtükləri
Abituriyentlərin nəzərinə: Ərizə qəbulu bu gün başa çatır
Qəbələnin 100 mininci sakini doğulub
Baralgin həbləri satışdan niyə yığışdırıldı?
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - VİDEO
Yağış, qar, külək - Sabahın havası
İpoteka kreditlərinin verilməsi qaydalarında
Megan Marklın təbii saçı hər kəsi təəccübləndirdi-FOTO
Bu da ən uzun iftar süfrəsi
"5 yaşlıların 55 faizi təhsilə cəlb edilib" - Nazir
İstanbulda qasırğa
Yuxu haqqında
Balqabaq qutabı (foto-resept)
Təhsilsiz dahilər
Şəhid gizir Yaşar Babayevin yeni doğulan qızı - VİDEO
Kosmosda sərvət tapıldı-FOTO
Yumurta sarısı qadına ana olmaqda kömək edib
Pensiyaçılara Bakı 2015 müjdəsi
Qürub çağı
"BlackBerry" şirkətinin minlərlə əməkdaşı işsiz qalacaq
Milli Ordumuzda dəyişiklik
Sinan Akçıl AÇIQLAMA verdi-FOTO
Mayda 3 gün ardıcıl iş olmayacaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]