Anqola nəinki öz təbiətinə, eləcə də ölkə ərazisində yaşayan müxtəlif qəbilələrin qeyri-adi ənənələrinə görə məşhurdur. Hətta bəzi qəbilələr elə vəhşidirlər ki, ölkədə yaşayan sivil əhalinin günbəgün inkişaf etməsinə inanmaq müşkül olur.
Hələ eramızdan çox-çox əvvəllər müasir Anqola ərazisində bantu adlı etnik qrup yaşayıb. Bantu dövrünə görə kifayət qədər inkişaf etmiş xalq idi. Onlar gildən qab-qacaq hazırlayır, metal əldə edir, hətta torpaq becərirdilər. Bu gün Anqolanın əsrlər boyu sivilizasiyanın tozu da toxunmayan ərazilərində həyat yerində donub. Anqolanın səhralarında bantunun müxtəlif növləri yaşayır. Hər bir qəbilənin də öz qandonduran adətləri var.
Mukubal
Ölkənin bu yabanı qəbiləsi əsasən mal-qara saxlayırlar. Amma özləri toyuq, yumurta, qarğıdalı ilə qidalanırlar. Təkcə balıq yemək qadağandır. Çünki əsrlər öncə balığın bu qəbilənin əcdadlarını ölümdən qurtardığı haqda əfsanə var. Mukuballılarda ilk övlad doğulana qədər başqa şəxslərin yanında ər arvadla danışmır. Kişi evlənmək istəyəndə,gələcək arvadının əvəzinə qızın ailəsinə mal-qara verir. Qız nə qədər cavandırsa, heyvanların sayı da ona görə artır.
Himba
Himbaların çoxu Namibiyada yaşasalar da Anqolada da az məskunlaşmayıblar. Himbalar əsasən ağaclardan hördükləri komalarda yaşayırlar. Komaların üzərinə isə nəcis sürtürlər. Himbalar bəzək əşyalarını çox sevirlər. Hətta körpələrin boynuna mirvari boyunbağı taxırlar. Böyüklərsə adətən qollarını, boyunlarını balqqulaqlarına qərq edirlər.
Mvila
Mvilalı qızlar ərə gedənə qədər boğazlarına dəmir qandal geyinirlər. Ərə gedəndən sonra isə həmin qandallardan təmtəraqlı şəkildə azad olub ağır boyunbağılar taxmağa başlayırlar.
Mvila qadınlarının gözəllik sirləri bununla da bitmir. Onlar saçlarına müxtəlif heyvani yağlardan və nəcisdən məcun çəkirlər. Məcunun üzərini isə muncuq, balıqqulağı və s. bəzək hesab etdikləri əşyalarla doldururlar.
Dünya sivilizasiyasından elə dünya qədər uzaq olan bu qəbilələrin də ən maraqlı personajları xanımlardır. Demək ki, əsrlər, qərinələr dəyişsə də, zaman donub yerində qalsa, dünya qadınların üzərində dönür.
Leyla Sarabi
Publika.az
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR